[go: up one dir, main page]

  •   azərbaycanca: doğramaq

  Mənalar :[1] https://web.archive.org/web/20160314082315/https://azerdict.com/izahli-luget/do%C4%9Framaq

    1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi. // Bir boyda, bir ölçüdə kəsmək. Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn. // Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq. [Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev. // məc. Para-para etmək. Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi. Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad. [Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov.
    2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən doğramışdım doğradım doğrayıram doğrayacağam doğrayaram doğrayım doğrayım doğramalıyam doğrayasıyam doğrasam Adlıq doğramaq
Sən doğramışdın doğradın doğrayırsan doğrayacaqsan doğrayarsan doğra doğrayasan doğramalısan doğrayasısan doğrasan Yiyəlik doğramağın
O doğramışdı doğradı doğrayır doğrayacaq doğrayar doğrasın doğraya doğramalıdır doğrayasıdır doğrasa Yönlük doğramağa
Biz doğramışdıq doğradıq doğrayırıq doğrayacağıq doğrayarıq doğrayaq doğrayaq doğramalıyıq doğrayasıyıq doğrasaq Təsirlik doğramağı
Siz doğramışdınız doğradınız doğrayırsınız doğrayacaqsınız doğrayarsınız doğrayasınız doğrayasınız doğramalısınız doğrayasısınız doğrasanız Yerlik doğramaqda
Onlar doğramışdılar doğradılar doğrayırlar doğrayacaqlar doğrayarlar doğrasınlar doğrayalar doğramalıdırlar doğrayasıdır doğrasalar Çıxışlıq doğramaqdan


Tərcümələr  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

Feil doğramaq (crh)-  azərbaycanca:doğramaq (crh)