[go: up one dir, main page]

  •   azərbaycanca: abad [fars.]

  Mənalar :

  1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. – Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan. _ Abad edilmək – bax abadlaşdırılmaq. Abad etmək (eləmək) – bax abadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq – bax abadlaşmaq. Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Abad olsun! Evin abad olsun! – təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir. Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani. [Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev.
  2. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım. ...abad [fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s.[1]

Tərcümələr

redaktə

Özbək dili

redaktə

Etimologiya

redaktə

Ərəb أَبَد (ʾabad).

abad ‎(cəm abadlar)

  1. sonsuzluq

 
Tələffüz: [a.'βað]

  Mənalar :

  1. Katolik manastırının başçısı
  2. Katolik keşişi
  azərbaycanca: abbat
 
Tələffüz: [ˈɑː.bat]

  Mənalar :

  1. Katolik manastırının başçısı
  2. Katolik keşişi
  azərbaycanca: abbat

İstinadlar

redaktə