[go: up one dir, main page]

"Steins;Gate" — 2011-ci ildə çəkilmiş, 24 bölümdən və 1 epizoddan ibarət Yaponiya televiziya serialı

Loqo

Okabe Rintaro

redaktə
 
  • El Psy Congroo (Okabenin telefon danışıqlarının sonunda istifadə etdiyi parol)
  • Mən qüdrətli çılğın alim, Hooin Kyouma!
  • Pozğun dahi qız! (Okabe Kurisuya)
  • Bağışla, Zombi. (Okabe Kurisuya)
  • Gəlin baxaq dahi nə fikirləşir! (Okabe Kurisuya)
  • Sənin getmənə icazə verməyəcəm. Kimsənin səni aparmasına imkan verməyəcəm. İndi sən mənim əsirimsəm. Mənim hind donuzum! Məndən qaçmaq yoxdur! Muhaha, muhaha. (Okabe Mayuriyə)
  • Nəzəriyyələr sözlərin yanında heç nədir. Gördüyünü qəbul et.
  • Uruşibara Ruka. Qadın xasiyyəti və qadın səsi... Yox. Hər qadından daha incə. Amma o oğlandır. Mayuridən daha hündür, amma çox arıq... Amma o oğlandır. Miko geyimində əla görünür... Amma o oğlandır. Artıq qaranlıq düşür, hələ də hava istidir. Cırcıramlar oxuyurlar. Amma... O oğlandır.
  • Uhh... Hey mister, mən çılğın aliməm. Bu əladır!!! (Okabe ingiliscə danışmağa çalışanda)
  • Heç kim gələcəkdə nələrin baş verəcəyini bilmir. Buna görə gələcəyin potensialının ucu-bucağı yoxdur.
  • Bu, seçilmişlər üçün intelektual içkidir. (Okabe "Dr. Pepper" içkisi haqqında)
  • Mən deyəcəkdim ki, pozğun fantaziyaya malik şəxs pozğundur. (Okabe Kurisuya)
  • Çünki mən lənətə gəlmiş gələcəkdənəm![1] (Okabe Moekaya)
  • Hansı çılğın alim kifayət qədər tərəvəzi olmadığına görə narahatçılıq keçirər?

Makise Kurisu

redaktə
 
  • Sən qaça bilərsən, amma bu, hər şeyi daha pis edəcək![2]
  • Mən aliməm, öz nəzəriyyəm üzərində işləməliyəm. Emosiyalarımın yolumun üzərinə çıxmasına imkan verə bilmərəm. Amma hər şeyi unutmaq mümkünsüzdür... çünki səni yaşadığımız müddətdən daha uzun müddətdir ki, tanıyıram. Bu reallıqdır. Bu dünyadır.
  • İnsanların hisləri zamanı ötüb keçən xatirələrdir.
  • Mənim 18 yaşım var, amma həyatım heç bir hissəsini dəyişmək istəmirəm. Onlar mənim həyatımın bir hissəsidir, hətta səhvlər belə.
  • Dünya xətti dəyişsə belə, məni unutma. Mən buradayam.
  • Kim bir pozğunun bananını yeyər ki? (Makise Okabeyə)
  • Nəsə bir şey səhv getməlidir ki, sən mənim əsl adımdan istifadə edəsən.[3]
  • Bunu düzgün de, Hooin Pozğun-Kyoma! (Makise Okabeyə)
  • (Okabeni öpdükdən sonra) "Bunun elmi izahı var! Çünki... ilk öpüş də daxil olmaqla vacib xatirələr beynin hippokamp adlı hissəsində saxlanılır və onları unutmaq çətinləşir.
  • Zaman sürətli axır. Hazırda Eynşteynə qarşı içimdə narazıçılıq hissi baş qaldırıb. Zamanın sürətli və ya yavaş axması duyğulardan asılıdır. Nisbilik nəzəriyyəsi romantikdir. Amma eləcə də kədərli.

Mayuri Şiina

redaktə
  • Tuturuuuu!
  • Biz dünya sülhü üçün işlər görməliyik. Məsələn, dünyadakı hər kəsə Upa divan yastığını hədiyyə etmək.[4] (Mayurinin D-poçt arzusu)
  • Amma bunu etmək pis deyil? Mayuşii sənin pis şeylər etməni istəmir... (Mayuri Okabeyə)[5]
  • Bir bax, bir çox dostlar qazanmışıq... Daru-kun, Kris-çan, Luka-çan, Suzu-san, Moeka-san, Feyris-çan, Braun-san, Nae-çan və digərləri! Yayda sən elə tənha görünürdün ki... Amma indi sən yaxşısan. Mayuşiinin sənin əsirin olmasına daha ehtiyacın yoxdur.
  • Nəhayət... Mayuşii... Okarin üçün... faydalı oldu. (Okabeni maşın qəzasından xilas etdikdən sonra)
  • Hum, Mən bilmirəm o kim olub, amma Mayuşii his edir ki, o, vacib şəxs olub. Və nə vaxtsa bu vacib dost haqqında düşünürdü? Bəzən səs eşidirəm. Bu səs mənə xoşbəxtlik tapmalı olduğumu deyir. Mən Mayuşinin niyə Okarinlə olduğunu bilmək istəyirəm... Əgər mən bu şəxslə görüşsəm, ona təşəkkür edərdim. (Mayuşii Kurisuya)

İtaru Haşida

redaktə
  • De ki, "Sənin bananın yumşaq və ətlidir".[6]
  • Bir zamanlar heç kim PC almırdı. Onlar çox bahalı idi.
  • Jele-banan... Amma banan tamamilə salğıma birləşib.
  • Yenə deyə bilərsən, "Kim bir pozğunun bananını yeyər ki?" (İtaru Kurisuya)
  • İnsan öldü... Uyğun deyil.
  • Bu heç bir məntiqə sığmır! Ölmək! Lənətə gəlsin!
  • Pozğunlar bir-birilərinin sifətini qəzəblə baxırlar... Qalib gəl!
  • Yalanın iki növü var: incidən yalanlar və incitməyən yalanlar.

Suzuha Amane

redaktə
  • Zamana hökmranlıq etmək dünyaya hökmranlıq etməkdir.[7]
  • Hər kəs həyatının hansısa anında kimsədən kömək alır. Buna görə də sən də kimsəyə kömək etməlisən.
  • O... mənim düşmənimdir. (Suzuha Kurisu haqqında)
  • Bu dünya çox sakitdir. Bu əla düşüncədir... amma bu, məni qorxudur. Mənim tək bildiyim isə SERN-ə qarşı döyüşmək olub.
  • Sizə çox minnətdaram. Hamınıza. Mən bu zaman gələndə heç kimi tanımırdım, dünyada tək idim... İndi dostlarım var... sirlərimi bölüşə biləcəyim əsl dostlar.
  • Bu vəziyyətdə... Mənimlə gələcəksən, Rintaro Okabe? 1975-ci ilə?... Düzü, mənimlə kimsənin gəlməyini istəyirəm. Mən uğursuz olacağımı bildiyim halda getmək istəmirəm. Ölümümün mənasız olmasını istəmirəm... Buna görə də mənimlə gəl, məni xilas et. Mən də səni xilas etmək istəyirəm. Səni belə görərək yola düşmək istəmirəm. Buna görə də gəl, məni xilas et. (Suzuha Okabeyə)

Luka Uruşibara

redaktə
  • Əgər mən yenə oğlan olsam, bu gün haqqında hər şeyi unudacam, görüşə getdiyimizi, ikimizin məşq etdiyini, sənə toxuna bildiyimi... Əgər belə əzab çəkəcəyimi bilsəydim, heç vaxt qız olmağı arzulamazdım.[8]

Moeka Kiryu

redaktə
  • Mən... sənin üçün... əziz olan... birini öldürdüm... bu isə... mənim cəzamdır... bağışla məni...[9] (Moekanın son sözləri)
  • İnsanların... yaşamaq üçün digərinə ehtiyac olmağa ehtiyacları var. Əgər şəxs heç kimə lazım deyilsə, dəyərsizdir.
  • FB-dan başqa heç nəyim yoxdur... Mənim mənsub olduğum tək yer... Onu qorumaq üçün hər şeyi edərəm... mənə nifrət etməkdə haqlısan... (Moeka Okabeyə)
  • Hirsli olma, demək istəyirəm ki... Hirsli Okabe-kun qorxuludur! (T_T) (Moekanın mesajlarından biri)
  • Bax, hətta biz sənin əvvəl olduğun dünya xəttində düşmən olsaq da belə, indi mən ancaq sənin dostunam. Hətta bütün dünya sənə qarşı çevrilsə belə, mən səninlə olmağa davam edəcəm. (Moeka Okabeyə Qamma dünya xəttində)
  • Mən nəyi isə səhv etdim? Mən onu düzəldəcəm, söz verirəm. Ancaq məni tərk etmə. Sənin üçün hər şeyi edərəm, FB! (FB Moekaya mesajlar göndərməyi dayandırdıqdan sonra)
  • Sənin indi haqqında danışdığın "mən" məndən fərqli "mən"dir, indi mən sənə ancaq kömək istəyirəm. (Moeka Okabeyə Okabe onu xəyanət etməkdə ittiham edərkən)

Anime filmi

redaktə
  • Okabe: Azmısan? Mən də. Kiçik yaşlarından tanıdığım bir qızın əhvalı indi çox pisdir. Ona nə deyəcəyəmi bilmirəm. İşəyaramaz biri olduğumu düşünürəm.
  • Kurisu: Hooin Kyoma... adlı birini eşitmisən?
  • Okabe: Hooin?
  • Kurisu: O, bir alimdir. Amma digər alimlərə bənzəməz. Çılğın alimdir və sahəsində bir nömrədir. Dəli kimi danışar, dəli kimi hərəkət edərdi və hər kəs onu ələ salardı. Heç kim onun dediklərinə, araşdırmasına və ya kəşflərinə inanmırdı. Amma bilirsən, onun üzə çıxardığı şey sadəcə onun görə bildiyi şey idi. Bunun can yandıracağını və acı verəcəyini və hətta bütün dünyanı yox edəcəyini öyrəndi. Buna görə də bütün gücü ilə hər kəsi qorumağa çalışdı. Dünyanı xilas etmək üçün mübarizəyə davam etdi və sevdiyi hər kəsi qoruya bildi. Amma heç kimin bundan xəbəri yox idi. Həmişə çılğın alim olmağa və hər kəs onu ələ salmağa davam etdi.
  • Okabe: Kədərli hekayədir.
  • Kurisu: Beləmi düşünürsən? Məncə əla hekayədir. (onu öpür) İndi isə get. Bir nəfərin səni gözlədiyinə əminəm.

İstinadlar

redaktə
  1. "Steins;Gate Vikiyası - Okabe Rintaro" (ingilis). İstifadə tarixi: 3 mart 2016.
  2. "Steins;Gate sitatları-1" (ingilis). İstifadə tarixi: 3 mart 2016.
  3. "Steins;Gate Vikiyası - Makise Kurisu" (ingilis). İstifadə tarixi: 4 mart 2016.
  4. "Steins;Gate sitatları-2" (ingilis). İstifadə tarixi: 3 mart 2016.
  5. "Steins;Gate Vikiyası - Mayuri Şiina" (ingilis). İstifadə tarixi: 4 mart 2016.
  6. "Steins;Gate Vikiyası - İtaru Haşida" (ingilis). İstifadə tarixi: 4 mart 2016.
  7. "Steins;Gate Vikiyası - Suzuha Amane" (ingilis). İstifadə tarixi: 5 mart 2016.
  8. "Steins;Gate Vikiyası - Luka Uruşibara" (ingilis). İstifadə tarixi: 5 mart 2016.
  9. "Steins;Gate Vikiyası - Moeka Kiryu" (ingilis). İstifadə tarixi: 5 mart 2016.

Xarici keçidlər

redaktə
Wikipedia logo 
Wikipedia logo
Steins;Gate haqqında Vikipediyada məqalə var.