[go: up one dir, main page]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beləliklə, mövhumat insanı körpəlikdən aşiq edir, onu boş şeylərlə doldurur və fanatizmin əsarətinə çevirir. Pol Anri Holbax
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bir dəfə qorxmuş beyinlər mövhumata meyllidirlər. Latın atalar sözləri
  • Mövhumat - bəşər nəslinin ən dəhşətli düşmənidir.Volter
  • Mövhumat elmə əsaslanmayan inamdır. İşıq zülmətlə mübarizə etdiyi kimi, elm də mövhumatla mübarizə aparır. Dmitri Mendeleyev
  • Mövhumat həqiqəti əlində elə bərk-bərk sıxıb saxlayır ki, axırda öldürür. Rabindranat Taqor
  • Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz.Volter
  • Təbiətin boşluqlara dözümü yoxdur, haradakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar. Corc Bernard Şou
  • Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[1] Samuel Conson

İstinadlar

redaktə
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.104