[go: up one dir, main page]

Kiçik İsgəndər

Kiçik İsgəndər
Doğum tarixi 28 may 1964
Doğum yeri İstanbul
Vəfat tarixi 2 iyul 2019
Vəfat yeri İstanbul
Dəfn yeri Zəncirliquyu qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi!
  • Artıq aramızdakı uzaqlıqdan özünə qalın matəm geyimi tikdirə bilərsən. Televizorumun göstərmədiyi bir kanal kimisən artıq. Sən get, bambaşqa yataq otaqlarında sıradan insanların bədənlərini bəzə!
  • Dünyanın ən uzun gecəsi 21 dekabr yox, məni tərk etdiyin gecədir.
  • Bağışlanılan imtina ediləndir. O, bağışlanıldı... Çünki ondan imtina edildi!
  • Birini itirmək istəsəniz onu çox sevin, kifayətdir.
  • Bu gün kitab izlədim, film oxudum, musiqi yedim, yemək dinlədim. Ağlım səndə idi, heç bir şeyi doğru-düzgün edə bilmədim.
  • Burax artıq yanaqlarımı, dodaqlarımı, gücün çatırsa məni ürəyimdən öp.
  • Buzlaşmış bir ruham mən! Ərisəm, geri dönəmmərəm!
  • Eşitdim ki, böyrəyində daş varıymış, sevgilim. Ürəyindən düşmüşdür.
  • Eşq xarab olmuş kompasdır, səni səhv bədənlərə aparar.
  • Evdə pişik, it bəsləməklə heyvansevər olmazlar, heyvansevər mənim kimi olar: qoynunda ilan bəsləyəcəksən.
  • Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.
  • Gedə bildiyin yerə qədər get. Bu limanda itirdiyim yeganə gəmi sən deyilsən. Amma bunu unutma: fırtına limanda qalanı deyil, gedəni məhv edir.
  • Gözümü bağlayıb itələsələr yenə sənin yanına düşərəm, yer cazibəsi deyil bu, yar cazibəsidi.
  • Heç görüb, toxunub, öpmədiyin birinə aşiq oldunmu? Olsaydın eşqin nə olduğunu bilərdin.
  • İllah da üçüncü şəxs aramıza girəcəksə, bu şəxs kiçik barmaqları olan bir qızımız olsun.
  • İndi əlimdə bir bıçaq - "Sevdiyin qədər sevilərsən" deyən yalançı şairi axtarıram.
  • İpodunda heç dinləmədiyin, sırası gələndə ötürdüyün mahnıyam. Nə dinləyirsən, nə də silirsən.
  • Kişi olmaq alın yazısı olsa da, adam olmaq hər kişiyə nəsib olmur.
  • Kim deyib ki, ən böyük eşqlər nifrətlə başlar? Mənim ən böyük nifrətim eşqlə başladı.
  • Qadının göz yaşının axmasına təkcə soğan yox, "xiyar" da səbəb ola bilər.
  • Qarpız seçəndə göstərdiyiniz diqqəti sevgili seçəndə də göstərsəydiniz bu qədər aldanmazdınız.
  • Qəlbə qarşı tərbiyəsizlik edəndə eşqi döymək lazımdır.
  • Qəlbim qırılıb, diqqət elə, əlini kəsməsin!
  • Meyvə verməyən yeganə ağac dar ağacıdır.
  • Məhəbbəti yüksəklərə qaldırıb üzərinə belə yazmaq lazımdır: “Alçaq”ların əlinin çata bilməyəcəyi yerlərdə saxlayın.
  • "Məni unut" deyirsən. Bu mənə qeyri-mümkün görünür. Çünki, səni unutmaq üçün əvvəlcə səni xatırlamalıyam.
  • Nə kommunistəm, nə sosialist, nə ateist. Qismətsizəm!
  • Normal halda 2 gün güclə davam gətirən telefonunun zaryadkası, 5 gün qalırsa, deməli, tənhasan.
  • Özünü bir pox hesab edənlərlə eyni kanalizasiyada olmaq çox çətindir.
  • "Sevirəm, bağışla" dedi. O an insanın yalnız ağzıyla gülmədiyini anladım.
  • Sən gedəndə “boş ver, dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın səndən ibarət olduğunu necə anlada bilərdim axı.
  • Sənə sümük yox, eşq verdim. İndi itlik etməyin mənası yoxdu. Getmə deyirəmsə, getmə.
  • Səni yatarkən izləmək vardı indi… Qoxunda sərxoş olmaq… Səni oyandırmaq üçün can atmaq, amma qıya bilməmək.
  • Sənin həmişə “səni sevirəm, amma...” ların vardı, mənim isə “Amma səni sevirəm”lərim.
  • "Sənin üçün ölərəm" dedi. "Mənim üçün onsuz da ölmüsən" dedim. Cəsədini götürüb çıxdı.
  • Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən.
  • Soyuq və şəkərsiz çay kimisən. Nə içimi isidirsən, nə ağzıma dad verirsən, sadəcə yuxumu qarışdırırsan.
  • Şirin dil ilanı yuvasından çıxarar, öküzü deyil. Niyə geri qayıtmadığını anladım.
  • "Təbiətin gözəlliyinə bax!" dedim. "Ağaclara görə heç bir şey görə bilmirəm" dedi.
  • Torpaq olsam üstümdə gəzməyəcəksən, hava olsam içinə çəkməyəcəksən. Bu cür düşmənsən!
  • Ürəyi olmayanın ürəyimi sındırmağına icazə vermərəm. Məni bir saniyədə unudanı, mən iki saniyəylə şərəfləndirmərəm.

İstinadlar

redaktə