[go: up one dir, main page]

Əbdürrəhman Cami

Cami Əbdürrəhman Nurəddin ibn Əhməd (1414-1492) - tacik şairi, filosof.

Əbdürrəhman Cami



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə admına görə vəzifə böyük və şərəfli hesab edilir.
  • Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.
  • Bağışlamağın hüsnü orasındadır ki, əvəzsiz olsun.
  • Bir sürü üçün o sürünün itinin qurdla dostluq etməsindən daha böyük bir bəla yoxdur.
  • Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam.
  • Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
  • Dost deyildir, nakişidir o kəs ki,
    Öz dostunu məqsəd üçün edir yad.[1]
  • Eşq elə bir sirdir ki, gətirmək olmur dilə,

Lakin örtmək də olmur onu min pərdə ilə.

  • Günahkarlardan intiqam almaq ədalət, onu baöışlamaq isə fəzilətdir.[2]
  • Heç kəsin qəlbi aşiqlərin qəlbi qədər təmiz, heç kəsin ürəyi sevməyi bacarmayanların ürəyi qədər kəsif ola bilməz.
  • Xəstəlik törədən amilləri sən,
    Çalış ki, özündən kənar edəsən.
    Uzaq ol dərmandan, acmamış yemə,
    Doymamış əlini götür süfrədən.
  • İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır.
  • İtmiş bir şeyi tapmağın zövqü tapılan şeydən daha üstündür.
  • Kiçiklərlə şitlik edib zarafatlaşmaq böyüklüyü hörmətdən salmaq, rüsvayçılıq tozu qaldırmaqdır.
  • Kitab işıq saçar bir günəş kimi,
    Kitabdır arifin könül həmdəmi.
  • Lazım olan bir sənət axtar sən,
    Veyil-veyil dolanmaq çox yamandır.
  • Lazım olan bir sənəti tapdınmı,
    Möhkəm yapış, əldən vermə, amandır.
  • Mən anamı necə sevməyim ki, o məni bir müddət qarnında, uzun bir müddət qucağında, ölənə qədər də qəlbinin şəfqət küncündə daşımışdır.
  • Özü ləyaqətsiz olan adam heç kəsə ləyaqət öyrədə bilməz.
  • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
  • Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbir və təmkinlik nişanəsi, aclıq əsəbilik və qanıqaraçılıq əlamətidir.
  • Sənə böyük mənsəb, məqam gərəksə,
    Çalış elmə, fəzilətə çatasan.
  • Yarat bir əsər ki, adın ucalsın,
    Sən ölüb gedərkən, yerində qalsın.
  • Yumruq vurmağa adət etmiş adamlar zəiflərin təpiyi altında məhv olarlar.

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.82
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.142