[go: up one dir, main page]

Çarlz Bukovski (əsl adı: alm. Heinrich Karl Bukowski; 1920–1994) — alman mənşəli ABŞ yazıçı və şairi.

Çarlz Bukovski
Doğum tarixi 16 avqust 1920
Doğum yeri Andernax
Vəfat tarixi 9 mart 1994
Vəfat yeri San Pedro
Dəfn yeri Green Hills Memorial Park
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı.
  • Ağrı hiss etməmək duyğuların kəsilməsi deməkdir; hər coşğu şeytanla bazarlıqdır.
  • Anladım ki, həyatında birinin olmaması deyil, birinin həyatında ola bilməməkmiş təklik.
  • Balanslı insan dəlidir.
  • Bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan.
  • Bir çiçəyin böyüməsi bizi nə qədər kədərləndirirsə, ölüm də o qədər kədərləndirməli, qorxunc olan ölüm deyil, yaşanan ya da yaşana bilməyən həyatlardır.
  • Bir çox yaxşı adam bir qadın tərəfindən körpü altına salınmışdır.
  • Bir daha pivəmə toxunsan dişlərini ağzına tökərəm.
  • Bir insan var imiş, bir insan da var imiş, başqa bir insan da var imiş.. Zarafat etdim! Bu zamanda harada var bu qədər insan?!
  • Bir insanı sevmək mümkünmü sən tərəfindən? Yaxşı tanımadığınız biri isə bəlkə. Mən insanları pəncərədən seyr etməyi sevərəm…
  • Bir metropol qəzeti, pis xəbər yazmadan əvvəl öz nəbzini ölçər.
  • Bir pələngi tutub qəfəsə qoya bilərsiniz, amma onu qırdığınızdan əsla əmin ola bilməzsiniz. İnsanlar daha asandır.
  • Birini nə qədər çox sevsən, həyat onu səndən o qədər uzaqlaşdırar…
  • Boş insanlarla içi dolu xəyallar qura bilməzsiniz.
  • Bu qədər yaxşı niyyətli olmayın, çünki ən yaxın bildiyiniz vəfasız çıxa bilər və sizi düşmənləriniz deyil də dostlarınız yıxa bilər.
  • Cəsur insanın təxəyyülü məhduddur. Qorxaqlıq pis bəslənmənin bir nəticəsidir.
  • Cinsi əlaqə; mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır.
  • Demək olar ki, hər kəs dahi doğulur, axmaq basdırılır.
  • Dərdlərdə gülmək bir sənətsə əgər, mən bahalı bir əsərəm.
  • Dostlarınızın kim olduğunu bilmək istəyirsinizsə, özünüzə həbs cəzası verin.
  • Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.
  • Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın.
  • Dünyanın ən uzun məsafəsi 2 smdir. (Ayaklarını divara söykəyib özünü "əmmə" səylərində həmişə 2 smlik maneəyə ilişdikdən sonra sərf etdiyi cümlə)
  • Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, yapışmağa çalışdığımız iplər çox qısadır.
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (…).
  • Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər.
  • Eşq nə vaxt bitər bilirsənmi ? Bitdi dediyində ürəyin ağrımırsa.
  • Eşqlə əlaqədar ən böyük istehza: doğru insanı səhv zamanda sevmək.
  • Əgər iki nəfər arasında qalırsınızsa; İkincini seçin, çünki birincini həqiqətən sevsəydiniz, ikincisi olmazdı.
  • Əxlaq məhdudlaşdırıcı idi, lakin onlar insan təcrübəsinə əsaslanırdı.
  • Ən böyük acı, başqaları ilə paylaşmağa cəsarət edə bilmədiyin ağrıdır.
  • Ən yaxşı insan hələ tanış olmadığınız insandır.
  • Gerçək; susuz yeyilən bir portağaldır.
  • Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan.
  • Gülmənin dəb olduğu bir dövrdə ağlayıram… Gənc olmanın dəb olduğu bir dövrdə yaşlıyam… Səni sevmənin daha az cəsarət istədiyi bir dövrdə, səndən nifrət edirəm…
  • Günahım varmı, əlbəttə ki var, çətin yola zəif insanlarla çıxmağımdır ən böyük səhvim.
  • Heç bir şey gerçək qədər darıxdırıcı ola bilməz.
  • Heç vaxt heç nə uyğun deyildir. İnsanlar kor-koranə nə varsa onu tutdular: kommunizm, sağlam qidalar, balet, hipnoz, qrup görüşləri, velosiped sürmək, otlar, katoliklik, ağırlıq qaldırma, səyahət, geri çəkilmə, vegetarianlıq, Hindistan, rəsm, yazı, heykəltəraşlıq, bəstələmək, drijorluq etmək, kürəklə gəzmək, yoqa, cütləşmək, qumar oynamaq, içki içmək, dolaşmaq, dondurulmuş yoğurt, Bethoven, Buddha, kök suyu, intihar, əl işi kostyumlar, reaktiv səyahət, Nyu-York şəhəri və sonra hamısı buxarlandı və dağıldı. İnsanlar ölümü gözləyərkən görəcəkləri şeylər tapmalı idilər. Düşünürəm ki, seçim etmək gözəl idi.
  • Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur.
  • Həmişə qəliblərə uyğun gəlməyi rədd etdim. Gəldiyim nöqtə bu; digərlərindən daha bədbəxt, bi o qədər ümidsiz, amma başım hamısından daha gözəl.
  • Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.
  • Həyat elə lənətə gəlmiş bir şeydir ki, susduğu zaman danışmadığınız üçün peşman edər və danışdığınız zaman susmadığınız üçün.
  • Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa.
  • Həyat icazə verdiyin qədər mehribandır.
  • Həyat ilə sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır.
  • Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır…
  • Xəstəxanalar, həbsxanalar və fahişələr: bunlar həyatın universitetləridir. Bir neçə dərəcə almışam. Mənə həkim deyin.
  • Xoşbəxt bir təklik, bədbəxt bir birlikdən yaxşıdır dostlarım.
  • Xoşbəxt insanlar; hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.
  • Xoşbəxtliyi əldə etdinsə, sorğulama
  • İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; Xoşbəxtliyi tapmısansa, SORĞULAMA…
  • İnsan — keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır.
  • İnsan olmaq alçaq bir şey idi; elə çox şey vardı ki, olub bitən.
  • İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə, ya da sevgisizliklə şikəst olmuş.
  • İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.
  • İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; xoşbəxtliyi tutmuşsansa, sorğulama.
  • İnsanların sənin haqqında nə düşündüyünə əhəmiyyət verməməklə ömrünü uzada bilərsən.
  • İntellektual — sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan.
  • Kədərlənmə övlad, itirdim sandıqların, xilas olduqlarındır bəlkə.
  • Kifayət qədər dürüstsənsə, çox aşiq və həqiqətən sevirsənsə; hazırsan deməkdir: artıq bədbəxt ola bilərsən.
  • Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır.
  • Kürəyindən vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışandan da incimə, onu insan yerinə qoyan yenə sənsən.
  • Qadın olsam həyat qadını olardım.
  • Qadınımı borca al, amma avtomobilmi əsla.
  • Qadınlara yalan danışmaqdan çəkinməyin. Yetər ki özləri üçün deyildiyini bilsinlər.
  • Qumar oynamasan əsla qazana bilməzsən.
  • Quldarlıq ləğv olunmadı, sadəcə bütün rəngləri əhatə edərək genişləndirildi.
  • Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər? Nə düşünürlər? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur.
  • Mən səni bir kişinin heç toxunmadığı, yalnız yazışdığı, kiçik fotoşəkillərini saxladığı qadını sevdiyi kimi sevdim.
  • Məncə içmək, hər gün təkrarlana bilən və sabahısı gün təkrar həyata dönülə bilən bir intihar şəklidir.
  • Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam.
  • Məni yaşayan amerikan əyyaşı ölü yunan tanrısından daha çox maraqlandırır.
  • Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi.
  • Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım… Yəni xülasə, sizi maraqlandırmaz.
  • Nə qədər çətindir əslində sevib də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək. Yaşadığını bilib də mənim üçün öldü demək…
  • Nə qədər yaxşı bir insan olduğunun çox əhəmiyyəti yoxdur. Necə olsa, ilk səhvində, ən pis insan sən olacaqsan.
  • Onu bütün etdiklərinə rəğmən yenə bağışlayarsan.. Amma çətin olan onu bağışladığın üçün özünü bağışlamaqdır.
  • Pivə içmək üçün burdayıq və həyatlarımızı elə yaşamalıyıq ki, ölüm bizi götürməyə gələndə titrəsin.
  • Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim.
  • Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər.
  • Sadəlik həmişə sirrdir, dərin bir həqiqət üçün, nə istəsən etmək üçün: yazmaq üçün, rəsm çəkmək üçün. Həyat sadəliyi ilə dərindir.
  • Sevdirməyə cəhd etmə özünü, sevilməyə tərk et.
  • Sevdiyini tap və səni öldürməsinə icazə ver.
  • Sevdiyiniz insanların bürcünü, duxusunu bilirsiniz, amma qorxularından, peşmanlıqlarından, xəyal qırıqlıqlarından xəbəriniz yoxdur.
  • Sevgi nə zaman bitir bilirsənmi ? bitdi deyəndə ürəyin ağrımırsa.
  • Sevindim ki, sevməmişəm, dünyadan razı deyiləm. Mən hər şeyə zidd olmağı xoşlayıram. Aşiq insanlar tez-tez əsəbi, təhlükəli olurlar. Perspektiv hissini itirirlər. Onlar yumor hissini itirirlər. Onlar əsəbi, psixotik darıxdırıcı olurlar. Onlar hətta qatil olurlar.
  • Sevmək bəlkə bir şeydir; amma sevildiyini bilmək çox şeydir.
  • Sevməyi deyil, yalnızlığı öyrən.. çünki ən çox ona ehtiyacın olacaq.
  • "Səni heç bir zaman bağışlamayacağam", içərisində "Səni heç bir zaman unutmayacağam"ı da saxlayar.
  • Sənin unutmadığın daim səndən uzaq olandır.
  • Sizə zamanını ayırmayan birinə, əsla özünüzü yormayın.
  • Sizi bilmirəm, amma mən hər səhər ayaqqabılarımı bağlamaq üçün əyildiyimdə tanrım yenəmi? deyə düşünürəm içimdən.
  • Sığınacaq çuxurlarında mələk tapılmaz.
  • Suverenlik həqiqətən millətin olduğunda hökumətlərə gərək qalmayacaq; o zamana qədər p..u yedik.
  • Şübhəsiz ki ən böyük ön fikir; ətrafımızdakı hər kəsi insan sanmamızdır.
  • Tanrının harda olduğunu bilmək istəyirsənsə, əyyaşdan soruş.
  • Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.
  • Tək qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
  • Tək olmaq, səhv yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.
  • Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər.
  • Unutmayın dostlarım, daha çox sevən tərəf, itirməyə daha yaxın tərəf olar həmişə.
  • Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.
  • Üzülmə övlad.. itirdim sandıqların qurtulduqlarındı bəlkə də
  • Yaxşı bir qadının qarşınıza çıxacağına inanmayın. Çünki yaxşı qadın yoxdur.[1]
  • Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
  • Yalnız darıxdırıcı insanlar darıxar.
  • Yalnız olmaq, yanlış yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.
  • Ya bütün həyatınızın ya da yalnız o gününüzün içinə edəcək biriləri mütləq çıxar qarşınıza.
  • Yoldaşını bağışla; bağışladığını xatırlama və xatırlatma!
  • Zaman unutdurmaz dostlarım, yalnız keyidər.
  • Ziyalı o adamdır ki, sadə bir şeyi çətin şəkildə söyləyir; rəssam çətin bir şeyi sadə şəkildə deyən adamdır.

Xarici keçidlər

redaktə
Wikipedia logo 
Wikipedia logo
Çarlz Bukovski haqqında Vikipediyada məqalə var.

Vikianbarda Çarlz Bukovski ilə əlaqəli mediafayllar var.

İstinadlar

redaktə
  1. [1] O dahilər qadınları belə təhqir edirdilər