[go: up one dir, main page]

Yusif MirzəyevAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Yusif Mirzəyev
Yusif Vəli oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Böyükdüz, Babək rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Ağdərə rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi Şəhid
Dəfn yeri Naxçıvan şəhəri, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Nurlana Mirzəyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri

Həyatı

redaktə

1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. 1 uşaq atası Yusif könüllü olaraq cəbhəyə yollanır.

Döyüşlərdə iştirakı

redaktə

Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür.

Ancaq böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə olmağa razı sala bilirlər. O, Şəmistan Əlizamanlı ilə bir otaqda müalicə alır. Onun vəziyyətini yaxından izləyən həkimi Yusif üçün bir mahnı yazır. Dinlədikdən sonra mahnını çox bəyənən Mirzəyevə Şəmistan Əlizamanlı mahnını ifa edəcəyinə və ona həsr edəcəyinə söz verir. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır.

"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."

Bakıda Yusifə müxtəlif vəzifələr təklif edilsə də, o, razı olmur. 1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olur. Ölümündən sonra, o, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid əsgər, möhkəm dayan" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edir.[1]

Naxçıvan şəhərində büstü qoyulmuşdur. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

İstinadlar

redaktə
  1. İctimai TV. "Fatehin divanı. Şəmistan Əlizamanlı" (az.). Youtube.com. 03.10.2020. İstifadə tarixi: 2020-10-10.

Ədəbiyyat

redaktə


Yusif Mirzəyevlə bağlı əlavə məqalələr

redaktə