[go: up one dir, main page]

Yunan əlifbası

yunan dilini yazmaq üçün istifadə edilən yazı

Yunan əlifbası – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yaranmışdır. Yunan hərflərindən çox zaman riyazi simvollar kimi istifadə olunur. Hazırda yunan əlifbasından bir çox sahələrdə istifadə olunur.

Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, eləcə də "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirmiş və ona əlavələr etmişlər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yunan yazısında böyük nailiyyət idi. Saitləri ifadə edən hərfləri əlifbaya gətirməklə yanaşı yunanlar samitlərin tərkibində də dəyişiklikər etmişlər. Yunanlar yazının istiqamətini bir müddət "Bustrofedon" üslubunda, yəni sağdan sola, sətir aşırı isə soldan sağa yazırdılar. Yalnız e.ə IV əsrdə yazı soldan sağa istiqamətləndi və klassik yunan əlifbası formalaşdı.

Klassik hərflər

redaktə
Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu Nömrə
Αα αλφα alfa [a] 1
Ββ βῆτα beta [b] 2
Γγ γάμμα qamma [ɣ] 3
Δδ δέλτα delta [ð] 4
Εε εψιλόν epsilon [e] 5
Ζζ ζῆτα zeta [z] 6
Ηη ητα eta [e] 7
Θθ ῆτα teta [θ] 8
Ιι ιῶτα yota [i/j] 9
Κκ κάππα kappa [k/c] 10
Λλ λάμδα lamda [l] 11
Μμ μῦ mü [m] 12
Νν νῦ nü [n] 13
Ξξ ξῖ ksi [ks] 14
Οο ομικρόν omikron [o] 15
Ππ πῖ pi [p] 16
Ρρ ρῶ ro [r] 17
Σσ σῖγμα siqma [s] 18
Ττ ταῦ tau [t] 19
Υυ υψιλόν upsilon [u] 20
Φφ φῖ fi [f] 21
Χχ χῖ xi [x] 22
Ψψ ψῖ psi [ps] 23
Ωω ωμέγα omeqa [o] 24

Arxaik hərflər

redaktə
Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu
Ϝϝ δίγαμμα diqamma* [w]
Ϛϛ στίγμα stiqma* [s]
Ͱͱ ἦτα heta* [h]
Ϻϻ ϻάν san* [s]
Ϙϙ ϙόππα koppa* [k]
Ͳͳ σαμπῖ sampi* [s]

Xarici hərflər

redaktə
Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu
Ϸϸ ϸο şo [ʃ]

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.

Xarici keçidlər

redaktə