[go: up one dir, main page]

Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır. Xulkimilərin müxtəlif növləri zahiri göstəricilərinə və yayılma xüsusiyyətlərinə görə başqa ümumbioloji cizgilərdən daha çox fərqlənirlər. Bu cizgilərin müqayisəli təhlili həmin balıqların ümumi xarakteristikasında verilmişdir. Xəzərin Azərbaycan sahilində və respublikanın şirin su hövzələrində 9 cinsdən olan 28 növ və yarımnöv aşkar edilmişdir[3]

Xullar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Xullar
Beynəlxalq elmi adı

Təsnifatı

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə