[go: up one dir, main page]

Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan xərac pul və ya natura formasında toplanırdı.

Xəracın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "xərac" termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. Xərac bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə