[go: up one dir, main page]

Virciniya ardıcı

Virciniya ardıcı (lat. Juniperus virginiana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Virciniya ardıcı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Şimali Amerikanın şərq hissəsidir. Avropada XVII əsrin ortalarından əkilməyə başlamışdır. Birevli, az-az hallarda ikievli ağacdır, əlverişli şəraitdə 25-30 m hündürlüyü çatır, cavan yaşlarında çətiri piramidal, sonralar isə daha geniş və qollu-budaqlı olur. Gövdəsinin qabığı boz və ya qırmızımtıl-bozdur, nazik pulcuqlar şəklində qopub tökülür. Yarpaqları kiçikdir, sıx mavi rəngli muma bənzər təbəqə ilə örtülü olur. Zoğları nazik, dördüzlüdür, güyümtül-yaşıl rəngdədir. Xırda yarpaqlarının ucu biz, cox ensizdir. Tumurcuqları xırda, yumurtavari, çılpaqdır. Dişi sünbül-cükləri xırdadır və dik dayanandır. Qozalarının ölçüsü 1 sm-dır, əvvəlcə yaşıl, sonra tünd-boz olur, üzəri mavi-ağ təbəqə ilə örtülür. Uzunömürlüdür, 600 ilə kimi yaşayır. Şaxtaya və quraqlığa qarşı orta dərəcədə davamlıdır, torpağa qarşı az tələbkar olan bitkidir, lakin çox bərk torpaqlarda pis böyüyür. Torpağın az şorlaşmasına yaxşı davam gətirir. Qoza meyvələri payızda yetişir. Virciniya ardıcının oduncağının nüvəsi tünd-qırmızı və ya çəhrayı rəngdədir. Bu oduncaq yüngül və yumşaq olub, xoşagələn qoxuludur, asanlıqla dogranır və kəsilir, karandaş istehsalında yüksək qiymətləndirir, dülgərlik işlərində və mebel hazırlamaq üçün də işlədilir. Virciniya ardıcının yarpaqlarında 0,2-0,7, oduncağında isə 2,5-4,5% efir yağı vardır. Zəhərli bitkidir. Virciniya ardıcının bir çox dekorativ bağ formaları məlumdur, rənglərinə görə bir-birindən fərqlənir. Virciniya ardıcına respublikamızda Abşeronda, Lənkəranda, Qubada, Zaqatalada və Gəncədə təsadüf edilir.

İstinadlar

redaktə
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1039.

Həmçinin bax

redaktə