[go: up one dir, main page]

Uesli So (9 oktyabr 1993, Filippin) Amerikanı təmsil edən Filippin qrosmeysteri. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və 2015-ci ildə Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Şahmat üzrə Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir. O, həmçinin Kapablankanın xatirəsinə keçirilmiş yarışın qalibi olmuşdur. 2014-cü ilin noyabr ayından etibarən So ABŞ-ni təmsil edir.

Uesli So
ing. Wesley Barbasa So
Ölkə Filippin Filippin
ABŞ ABŞ
Doğum tarixi (31 yaş)
Doğum yeri Filippin
Titulu qrosmeyster
Son reytinqi 2794 (sentyabr 2016)
Maksimal reytinqi 2794 (sentyabr 2016)
FİDE nömrəsi 5202213
wesleyso.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

redaktə