[go: up one dir, main page]

Teodor Ruzvelt (ing. Theodore Roosevelt; 27 oktyabr 1858[1][2][…], Manhetten, Nyu-York ştatı6 yanvar 1919[3][1][…]) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901–1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur. Böyük dəyənək siyasəti onun adı ilə bağlıdır.

Teodor Ruzvelt
Theodore Roosevelt
14 sentyabr 1901 – 4 mart 1909
Vitse-prezidentolmayıb (1901-1905)
Çarlz Feyrbanks (1905-1909)
ƏvvəlkiUilyam Mak-Kinli
SonrakıUilyam Taft
4 mart 1901 – 14 sentyabr 1901
PrezidentUilyam Mak-Kinli
ƏvvəlkiQarret Hobart (1899-adək)
SonrakıÇarlz Ferbenks (1905-dən)
Şəxsi məlumatlar
Doğum adı Theodore Roosevelt Jr.
Doğum tarixi 27 oktyabr 1858(1858-10-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1919(1919-01-06)[3][1][…] (60 yaşında)
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi
Partiya
Təhsili
Fəaliyyəti tədqiqatçı-səyyah[d], tarixçi, esseist, yazıçı, siyasətçi, avtobioqraf[d], təbiətşünas, dövlət xadimi, ornitoloq, gündəlik yazıçısı[d]
Həyat yoldaşları
Uşaqları 6[2]
Dini anqlikanizm[d], episkopal kilsə[d]
Hərbi xidmət
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları
Döyüşlər
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi ABŞ siyasi sistemi
Elmi dərəcəsi
  • bakalavr[d] (1880)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1912-ci il seçkiləri

redaktə

1912-ci il prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək istəmiş, lakin partiyadaxili ilkin seçkilərdə qalib gəlsə də, partiyanın qurultayında onun yerinə həmin vaxt prezident vəzifəsini tutan Uilyam Taft namizəd seçilmişdir. Bundan qəzəblənən Teodor Ruzvelt 300-dən artıq tərəfdarı ilə Respublikaçılar partiyasından ayrılaraq Proqressiv partiyanı yaratmış və bu partiyadan prezidentliyə namizəd olmuşdur. Seçkilərdə Uilyam Taftı geridə qoysa da, demokratların namizədi Vudro Vilsona böyük fərqlə məğlub olmuşdur.

Ruzveltin ekspansionist siyasəti

redaktə

O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı. Yeni prezident xarici siyasətə çox diqqət ayırırdı. Öz sələfinin Filippinin işğalı, həmçinin Kuba və Puerto-Rikoda protektorat qurulması kimi xarici siyasət kursunu dəstəklədiyini qeyd edərək yeni prezident bəyan etdi ki, ABŞ, eləcə də bütün Amerika qitəsi ölkələrinin xarici siyasətdə başlıca əsaslandığı akt məhz Monro doktorinası olmalıdır. Bu Ruzveltin Monro doktorinası haqqında ilk deyimi idi; sonralar o yenidən bu məsələnin üzərinə bir daha qayıdaraq, onun üçün xüsusi şərh verəcəkdir. Bu müraciətdə isə Ruzvelt ardıcıl olaraq güclü donanma sülhün zəmanətidir — arqumentinə əl ataraq, özünün ən çox sevdiyi ideyalardan biri olan ABŞ-nin hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi, güclü donanma quruculuğunun labüdlüyü haqqındakı fikirlərini ifadə edirdi.

1903-cü ildə Ruzvelt Kubanı məcbur etdi ki, ABŞ-yə adaya müdaxilə və işğal etmək hüququ verən və bədnam "Plata düzəlişi" (koqress tərəfindən 1901-ci ildə qəbul edilib) ilə razılaşsın. İspan zülmündən zorla azad olmuş Kuba, amerikan yarımmüstəmləkəsinə çevrildi, bundan ilk növbədə ABŞ-nin iri inhisarları istifadə etdi. Ruzveltin prezidentliyi illərində (1902-ci ildən 1909-cu ilədək) Kubada amerikan kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı.

Prezidentlik onun üçün öz ekspansionist nəzəriyyələrini təcrübədə tətbiq etməyə böyük imkanlar açıldı. Sakit okeanda ABŞ-nin hömranlığı yeni prezidentin başlıca ideyası idi. 1900-cü ildə o, açıq-aşkar yazırdı: "Mən Birləşmiş Ştatları Sakit okeanda başçılıq edən dövlət kimi görmək istərdim". Tamamilə aydındır ki, Makkinli Filippinin zəbt olunmasını elan edərkən Ruzvelt onu dəstəkləyirdi. O, filippinlilərin özünü idarə etmək qabiliyyətinə malik olmadıqlarını təkid edərək milli-azadlıq hərəkatını boğmaq və adalarda amerikan idarə etmə sisteminin tətbiq olunmasını tələb edirdi. Ruzveltin prezident postuna gəlişi zamanına qədər adalardakı hərbi hərəkat rəsmi olaraq dayandırılmışdır, baxmayaraq ki, Aginaldonun-filippin üsyançılarının başçısının-amerikanlılar tərəfindən əsarətə alınması və 1901-ci ilin martında onun təslimindən sonra üsyançılar ordusu bir-birinn ardınca müqaviməti dayandırdılar, lakin amerikan ordusunun üsyançılara və adaların din əhalisinə qarşı görünməmiş qəddar divanı davam edirdi. Ruzvelt bu cəza tədbirlərini "qanuna tabe olma tərbiyəsi" adlandırırdı. ABŞ-nin filippin xalqını od və qılıncla düzəltmək hüququna malik olması əqidəsinə əmin olan Ruzvelt öz hökumətinin hərəkətlərinə doğrudan da etiraz edən və xalqın gözünü adaların zəbt olunmasının və amerikan əsgərlərinin qəddarlığının əsl səbəblərinə həqiqətən də açmaq istəyən anti-imperialistlərə qarşı qəzəbini çətinliklə gizlədirdi. Onu sosialistlərdən daha çox burjua pafisistləri (milyoner E. Karnegi, senatorlar Xoar və Petttiqru, Şurts), daha doğrusu, öz sinfinin mötəbər nümayəndələri xüsusən təhrik edirdilər ki, onlardan da yaxa qurtarmaq asan iş deyildi. Prezident T. Ruzveltin fərqləndirici cəhətlərindən biri də lazımi adamların onun hərəkətlərini məzəmmət etmək deyil, onunla fəxr eləməsi və ya heç olmazsa, onun hərəkətlərinə haqq qazandırmaları arzusu idi. 1902-ci ilin yayında filippinlilərə qarşı qəddar münasibətə görə senator Xoar tərəfindən günahlandırılan müraciətə o, görünməyən riyakarlıqla cavab yazdı: "…Sizin gözünüzdə mənim, nəhəng işində öz vəzifəsini pis yerinə yetirən insan kimi görsənməyim mənim üçün dözülməzdir. Rica edirəm inanasınız ki, uzun, ağır düşüncələrdən sonra, mənim vəzifəmin nədən ibarət olduğu barədəki çox axtarışlardan və bəzi inamsızlıqlardan sonra indi mən vəzifəmi mənə necə görünürsə, elə də yerinə yetirirəm". Prezidentin fikrincə bu vəzifə müqavimətin qeyd-şərtsiz olaraq qırılması və "qanun və qaydaların bərpasının" silah gücünə yerinə yetirilməsindən ibarətdir.

Monro doktrinası

redaktə

Hələ konqressə ilk müraciətində Ruzvelt Monro doktrinasını ölkənin xarici siyasətində təməl daşı kimi irəli çəkmiş və Amerika qitəsi ölkələrini müstəmləkəyə çevirməsində 1902–1903-cü illər ərzində guya qaydaların mühafizəsi üçün qanun və sivilizasiyanın əsayişi uğrunda onu bir silah kimi istifadə etməyi bacarmışdır. Açıq-aşkar bəyan etdiyi məqsədinə çatmaq üçün prezidentin sərf etdiyi enerji və inadkarlığın həddi-hüdudu yox idi.

Prezident olmamışdan çox əvvəl Ruzvelt, Monro doktorinasını "Birləşmiş Ştatların siyasətinin geniş və ümumi prinsipi" kimi qiymətləndirmişdir. Hətta 1896-cı ildə o, bəyan etmişdir ki, "əgər Monro doktorinası olmasaydı, o zaman onu dərhal yaratmaq lazım idi. O vaxtlar (birinci Venesuela böhranı dövründə) Ruzvelt, Monro doktorinasının şərhini "avropanın amerikan torpağına soxulmasına qadağa ilə" məhdudlaşdırırdı. Bu səpkidə Monro doktorinasına o, hələ ilk prezident müraciətində toxunmuşdur. Buna baxmayaraq, o tezliklə təkcə ərazi işğalına qadağadan danışmadı, həm də bəyan etdi ki, ABŞ heç bir amerikan respublikaları üzərində hər hansı bir avropa dövlətinin nəzarətinə dözməyəcək.

Nəhayət, 1904-cü ilin dekabrında konqressə növbəti müraciətində Ruzvelt, Monro doktorinasına öz əlavəsini xülasələşdirərək, o nəticəyə gəldi ki, Birləşmiş Ştatlar "beynəlxalq polis qüvvəsi" rolunda bütün Amerika qitəsində "qayda-qanuna nəzarət etmək" hüququna malik olan yeganə dövlətdir. Bu maraqlı ifadə prezidentin özünə məxsusdur. Cənubi Amerika ölkələrinin "xroniki nizamsızlıq" vəziyyətində olduqlarını və sivilizasiyalı dövlətlərlə münasibət qurmaq iqtidarında olmadıqlarını qeyd edən T. Ruzvelt xəbərdarlıq edirdi ki, elə zaman gələ bilər ki, "sivilizasiyalı dövlətin"qarışması labüd olsun. "Monro doktorinasını qəbul etmiş Birləşmiş Ştatlar Qərb yarımkürəsində nadir hallarda, öz istəklərindən başqa, belə nizamsızlıq hallarında beynəlxalq polis qüvvələri rolunu yerinə yetirmək məcburiyyətində qala bilər". Bu çoxmənalı hədə "xalqı özünü yaxşı aparan istənilən ölkə bizim səmimi dostluğumuza arxalana bilər" kimi uzun və saxta sentensiyalarla müşahidə olunurdu. Başqa sözlə, Birləşmiş Ştatların prezidenti cənub qonşularını ABŞ-nin hökumət dairələrinin maraqları olarsa, onların daxili işlərinə qarışacaqları ilə hədələyirdi.

"Təmkinlə danış, lakin iri dəyənəyi əldən vermə, və sən çox uzağa gedərsən", — Ruzvelt tərəfindən dövriyyəyə buraxılmış bu hakimanə sözlər onun xarici siyasətinin şüarı və formulası idi. Belə formulanın qüvvədə olması üçün Ruzveltə güclü donanma lazım idi; onsuz da heç kəsin hədələmədiyi ölkəsinin ərazisini müdafiə üçün deyil, başqa kiçik və böyük ölkələrə hədə-qorxunu daha da gücləndirmək üçün.

1902-ci ildə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü, amma o, özünü Amerika qitəsi ölkələrinin sahibi kimi aparırdı, buna görə də Avropa dövlətləri, ABŞ-nin qərb yarımkürəsində polis qüvvəsi kimi hüququnu faktiki olaraq tanımaq məcburiyyətində qaldılar.

Panama kanalı

redaktə

Ruzveltin imperialist əməllərinin tacı — yeri gəlmişkən bunlarla o, həmişə öyünərdi — təbii ki, okeanlar arası kanalın tikilməsi üçün Panama boğazındakı ərazinin zəbt edilməsi oldu.

  Mən kanal ərazisini aldım və konqressə bu məsələni müzakirə etməyi təqdim etdim…, müzakirələrin getdiyi vaxt isə kanalın tikintisi davam edirdi.  

1911-ci ildə Ruzvelt tərəfindən söylənilən bu fraza kanalın tikintisi barədə İngiltərə ilə aparılan yarım əsrlik danışıqlara son vermiş Panama epopeyasında prezidentin rolunu dəqiq ifadə edir.

Ruzvelt boğazı zəbt etməyi çoxdan arzulayırdı. Hələ XIX əsrin 90-cı illərində, İngiltərə ilə yeni müqavilənin (Heya-Paunsefota) bağlanması haqqında ilk danışıqlar getdiyi zaman o, tam mənasında hiddətlənərək, Hey və Makkinlini daha cəsarətli addımlar atmağa sövq etməyə çalışırdı. O, nəinki İngiltərə və ya heç bir başqa ölkə ilə əməkdaşlıq etmədən ABŞ-nin kanalı mənimsəməsini, həm də kanal ərazisinin silahlı mühafizə hüququnun da ABŞ-də olmasını istəyirdi. Ruzveltin fikrincə boğaz sahillərindəki amerikan silahları ABŞ-nin bütün düşmənlərinə tərəf istiqamətlənməli idi. "Ah, mən necə də istərdim ki, Siz və prezident müqaviləni (söhbət Kleyton-Bulver müqaviləsindən gedirdi, hansınınki əvəzində Hey və İngiltərənin xarici işlər naziri Paunsefot yeni akt hazırlamalı idilər) kəsib bizim öz kanalımızın tikintisi və möhkəmləndirilməsi haqqındakı billi tətbiq edəsiz" — deyə Nyu-York qubernatoru Ruzvelt ABŞ dövlət katibi J. Heyə yazırdı. Burlarla müharibədə böyük itkilər verərək zəifləmiş İngiltərə sonunda güzəştə getdi, və 1901-ci ildə artıq Ruzvelt tərəfindən imzalanmış yeni Hey-Paunsefota müqaviləsi kanalın tikintisi və inşasında Ştatları faktiki olaraq yegənə ölkə etdi. Kanalın tikintisi üçün iki variant mövcud idi: ya Panama şirkəti tərəfindən artıq qazıntısına başlanmış Kolumbiya ərazisindən keçməklə və ya Nikaraquadan keçməklə. Hər iki halda icarə haqqında razılıq alınmalı idi. Təbii ki, bu respublikaların hökumətləri öz zəngin qonşularından xeyli miqdarda məbləğ (kanalın dəyəri Nikarauqadan keçərkən 189 864 min dollar, Kolumbiyadan keçərkən isə 250mln.-a yaxın idi) qoparmaq istəyirdilər. Konqresdə hansı variantın qəbul edilməsi haqqında müzakirələr gedərkən prezident təəssüflənirdi ki, ərazi yalnız icarəyə götürüləcəyindən kanal ABŞ-n mülkiyyəti olmayacaq. "Nəyə görə biz boğazı Kolumbiyadan icarəyə götürmək əvəzinə onu sadəcə olaraq satın almırıq? — deyə o, Heyə yazırdı. — mənə elə gəlir ki, bu çox gözəl bir şey ola bilər. Fikrimcə, biz onlara kifayət qədər təklif etsək, onlar öz konstitusiyalarını dəyişərlər.

Çıxış yolu O. Henrinin "Krallar və kələmlər" məşhur romanındakı kimi tapıldı. On illərlə boğazda öz suveren dövlətini yaratmaq istəyən Panama xalqının çoxdankı separatist cəhdlərindən xəbərdar olan ABŞ hakimiyyəti kolumbiya hakimiyyətinə qarşı çıxış edən separativ qrupa gizli olaraq dəstək verldi. 1903-cü ilin noyabrında Panama özünü müstəqil elan etdi, Ruzvelt isə ləyaqətsiz olaraq dərhal yeni hökuməti tanıdı. İki həftə keçmədən Vaşinqtonda kanalın 10 mil enində olan ərazisinin əbədi istifadə üçün ABŞ-yə vermlməsi haqqında müqavilə imzalandı. Kompensasiya kimi Panama cəmi 10 mln.dol-lar miqdarında birdəfəlik məbləğə və müqavilə təsdiq edildikdən 9 il sonra isə hər il 250 min dollar miqdarında məbləğə sahib oldu. Panamanın müstəqilliyi xəyali oldu. ABŞ vəziyyətdən istifadə edərək, "Panamanı əvvəlcə respublika edib, sonra isə onun boğazında — amerikan imperializminin təsdiq olduğu kanal ərazisi — əsl ABŞ müstəmləkəsi yaradıb ölkəni özünə tabe etdi". Öz hökumətinə arxalanan amerikan inhisarları dərhal yeni və kiçik bir respublikanın təbii var-dövlətinə əl uzatmağa başladılar. 1904-cü ildə ABŞ tərəfindən Panama Respublikasına zorla qəbul etdirilmiş konstitusiya boğazda "qayda-qanun yaratmaq məqsədilə" ABŞ-yə güc tətbiq etmək hüququ verdiyindən Panama hökuməti bütün bunlara dözmək məcburiyyətində qalırdı. Ruzvelt ərazinin zəbti və kanalın tikintisini özünün böyük uğuru hesab edirdi. Sonralar o, məmnuniyyət hissi ilə açıq-açığına öyünərək, kanal ərazisinin işğalının onun şəxsi ideyası olduğunu deyir və öz tərcümeyi-halında yazırdı: "Mən kabinetlə məsləhətləşmədən kanalı zəbt etdim". 1904-cü ilin fevralında senat, demək olar ki, könülsüz olaraq, Panama müqaviləsini təsdiqlədi. Sonuncu hadisə Ruzvelt üçün xüsusi əhəmiyyət kəsb edirdi, baxmayaraq ki, ölkə yeni prezident seçkiləri ərəfəsində idi, Ruzvelt isə seçilmiş prezident olmaq həsədində idi.

Ruzveltin ikinci dəfə prezident seçilməsi

redaktə

Yazılmamış qaydalara görə prezident namizədliyi adətən ikinci müddətə çəkilir. Buna baxmayaraq, Ruzvelt Milli qurultayda öz partiyasından olan bosların — Hanna, Plat, Oldricin — onun namizədliyini irəli sürəcəklərinə inamsızlıq hiss edirdi.

Əgər Hanna sağ qalsaydı 1904-cü ilin payızındakı hadisələrin necə inkişaf edəcəyi məlum deyildi, lakin 1904-cü ilin fevralında Hanna vəfat etdi və prezident respublikaçıların yeganə namizədi oldu. Risk etmək istəməyən prezident Respublika partiyası rəhbərliyində özünə tərəfdarlar tapdı — Milli komitənin başçısı postuna, Hannanın yerinə əvvələr onun şəxsi katibi, son ildə isə ticarət naziri olan Jorc Kortilyunu qoya bildi. Kortilyu Ruzvelt kompaniyası üçün geniş seçki fondu yığaraq onu böyük səs-küylə keçirdi. Nəhayət 1904-cü ilin noyabrında T. Ruzvelt prezident olaraq, öz arzusunu həyata keçirməyə nail oldu. O, böyük səs çoxluğu ilə Parkerə qalib gəldi. Qalibiyyətdən cuşa gələn prezident, təbrikləri qəbul edərək (Ruzvelt Oyster-Beydə səs verib gecəykən Vaşinqtona qayıtmışdı) elə bir müraciət etdi ki, onun bəzi bioqrafları bunu kobud səhv kimi qiymətləndirdilər. O deyirdi: "Heç bir şey məni bir də heç zaman namizəd olmağa məcbur edə bilməz və mən bir də irəli sürülməyi qəbul etməyəcyəəm". Bu müraciətə görə sonralar o peşman oldu, zira onun kimi işgüzar və hakimiyyətsevər insan üçün adi insan həyatı dözülməz idi. Elə bu illərdə o, Filippin qubernatoru Vilyam Q. Taftla (William Taft) yaxın əlaqələr saxlayaraq, onu öz kabinetinə, 1904-cü ilin əvvəllərində istefaya çıxmış hərbi nazir Rutun yerinə dəvət etdi. Bütün bu şəxsiyyətlər öz proqressiv baxışları ilə fərqlənmirdilər, əksinə, daha çox bənzər idilər. Konstitusiyaya əsasən ABŞ prezidentinin nazirlər kabinetinin başçısı və silahlı qüvvələrin baş komandanı kimi böyük səlahiyyətlərə malik olması imkanı Ruzveltə şərait yaratdı ki, o, latın amerikası ölkələrinin ABŞ diktaturasına tabe edilməsi kimi ABŞ-n hakim dairələrinin imperialist cəhdlərini və öz şəxsi planlarını həyata keçirsin.

"Ruzvelt doktorinasının" qurbanı Dominikan Respublikası oldu. Avropa imperialistləri tərəfindən talan edilən bu kiçik ölkənin hökuməti ABŞ dövlət departamentinin təzyiqi ilə kömək üçün zəngin qonşusuna müraciət etmək məcburiyyətində qalır. Ruzvelt "qeyri-adi həssaslıq" göstərdi və bunun nəticəsi olaraq 1905-ci ilin fevralında Santo-Dominqoda imzalanan protokol meydana gəldi ki, burada da amerikan hərbi gəmiləri çoxmənalı hədə kimi dayanmışdı. Bu protokola əsasən respublikanın bütün gömrükləri ABŞ-nin nəzarətindən keçirdilər. Senatın müqavimətlərinə fikir verməyən Ruzvelt gömrük rüsumlarının toplanması üçün Dominikan Respublikasına dəniz piyada dəstəsi ilə zabit göndərdi; dominikan hökuməti öz ehtiyacları üçün onun yalnız 45% -ni alırdı, qalan 55% isə ABŞ bankı tərəfindən kreditorlara ödənilmək üçün nəzərdə tutulmuşdur. Bu yolla Dominikan Respublikası üzərində faktiki protektorat qoyuldu ki, buna da prezident həmin Monro doktorinası ilə haqq qazandırırdı.

Ruzvelt "münaqişənin həlli üçün" Taft və Bekonu, həmçinin 6 min nəfərdən ibarət olan dəniz piyada desantını Kubaya göndərdi. Təbii ki, öz hərəkətlərinə haqq qazandırmaq məqsədilə amerikalılar bildirirdilər ki, adada yaşayan amerika vətəndaşlarının həyatı və əmlakı təhlükə qarşısındadır, lakin ordunu göndərərkən, prezident göstərmək istəyirdi ki, o məcburiyyət qarşısında qalıb və Tafta ehtiyatla hərəkət etmək, ABŞ daxilində ictimai fikirlə hesablaşmaq göstərişini verirdi. "Yadda saxlayın, — deyə o, Tafta teleqraf göndərirdi, — … əgər biz nəzarət funksiyasını öz üzərimizə götürənə qədər aydın surətdə göstərə bilməsək ki, sülhün əldə edilməsi və qayda-qanun yarada bilən hökumətin saxlanılması üçün lazım olan bütün üsullar tükənilmişdir, onda burada bizim müdaxiləmizlə əlaqədar çox ciddi narazıçılıq qopacaq". Amerikan inhasarlarının marağana cavab verən "böyük dəyənək" siyasətinin fəaliyyəti bundan ibarət idi. Qərb yarımkürəsində Birləşmiş Ştatlar özlərini sahib kimi hiss edirdilər, lakin prezident Ruzveltin beynəlxalq siyasətdə ABŞ-nin aparıcı, əhəmiyyətli — rol əldə etməsi üçün can atması Amerika qitəsininin hüdüdlarından kənara ya-yılmışdır.

Ruzveltin Uzaq Şərq siyasəti və prezidentliyinin sona çatması

redaktə

Ruzvelt dünya münaqişələrinə qarışan ilk prezident idi. Onun başçılığı altında amerikan diplomatiyası ilk dəfə olaraq geniş arenaya — guya öz marağı olmayan vasitəçi kimi — çıxdı, lakin bu vasitəçiliyin əsl məqsədi Uzaq Şərq və Avropada Amerika üçün sərfəli olan "güc balansı"nın qurulması idi. Bu siyasətin mərhələləri Portsmut və Alhesirasdan ibarət idi. Hər iki halda Teodor Ruzvelt öz üzərinə sülh keşikçisi rolunu götürdü, lakin onun sülh məramlı fəaliyyəti amerikan imperializminin mövqelərini möhkəmləndirmək məqsədi güdürdü. Bu, xüsusilə rus-yapon müharibəsi zamanı Ruzveltin özünü aparmasında daha aydın gözə çarpdı.

Rus-yapon münaqişəsinin lap əvvəllərində ABŞ-nin idari dairələri öz rəğbətlərini Ru-siyaya deyil, Yaponiyaya bildirirdilər. Əgər konqresi və ölkənin ictimai fikrini özünə qarşı qaldırmaq qorxusu olmasaydı, yəqin ki, Ruzvelt, Corc Kennana yazdığı kimi, hətta ingilis-yapon ittifaqına qoşulardı. Sovet tarixçisi N. N. İnozemtsev yazır: "Amerikan imperialistləri… bu toqquşmada Rusiyanın məğlub olmasını özlərinin marağı hesab edirdilər. Yaponiya hələ çox da təhlükəli rəqib sayılmırdı və mötəbər amerikan dairələri Uzaq Şərqdə yapon işğalını gələcəkdə öz maraqları üçün istifadə etmək ümidində idilər", amma hələlik prezident başda olmaqla ABŞ-nin siyasi xadimləri hesab edirdilər ki, Yaponiyadan Uzaq Şərqdə Rusiyaya qarşı zərbə qüvvəsi kimi istifadə etmək lazımdır. Hətta amerikan mətbuatında yazırdılar ki, Yaponiya müharibəni amerikan maraqları üçün aparır, amerikan maliyyəçiləri isə Yaponiyaya geniş kredit təqdim edirlər.

Yaponların ruslar üzərindəki qələbəsi Ruzveltin rəğbətinə səbəb oldu, lakin sovet tədqiqatçısı L. İ. Zubokun yazdığına görə "o,(ABŞ) hər halda onun (Rusiya nəzərdə tutulur) tamamilə darmadağın olunmasına və Uzaq Şərqdən qovulmasına yol vermək istəmirdi". Prezident başda olmaqla amerikan diplomatiyasının çoxlu əmək sərf edib yaratdıqları dayanaqsız "qüvvələr balansı", bu region üçün Uzaq Şərqdə Rusiya və Yaponiyanın müharibədə əldən düşmüş vəziyyətdə üz-üzə qarşıdurmaları idi. Bu müharibənin son mərhələsində, Yaponiyanın bütün ehtiyat mənbələri tükəndikdə prezident döyüşən tərəflər arasında sülh bağlamaq üçün vasitəçi kimi çıxış etdi. 1905-ci ilin avqustunda Portsmutda (Nyu-Hempşir ştatı) sülh konfransında Ruzvelt yapon iddiasına tərəfdar çıxdı və Yaponiyanın təzminatsız sülh razılaşması onun ümidini boşa çıxardı. Ruzvelt ümid edirdi ki, Portsmut sülhü Uzaq Şərqdə ABŞ üçün əlverişli qüvvələr nisbəti yaradaraq, Çində amerikan kapitalının mövqelərini möhkəmləndirməsi üçün orada "açıq qapı" siyasətini saxlayacaq, lakin — amerikan tarixçisi Bilin etirafına görə, — Portsmut konfransından üç il sonra iki dövlət (Rusiya və Yaponiya. — İ. B.), bütün başqa imperialist millətləri çıxarmaq üçün birləşdilər . Və bu halda Yaponiya ilə razılığa gəlməkdən savayı Ruzveltin başqa çıxış yolu qalmadı. 1908-ci ildə Rut-Takahir razılaşması bağlandı ki, buna əsasən ABŞ və Yaponiya hökumətləri Sakit okean hövzəsində bir-brinin maraqlarını tanımaq, bu zonada mövcud vəziyyəti saxlamaq və "Çində ticarət və sənaye üçün eyni imkanlar prinsipini" müdafiə etmək üzrə öhdəlik qəbul etdilər. Bu razılaşma ilə Birləşmiş Ştatlar Uzaq Şərqdəki bütün yapon işğallarını, daha doğrusu Koreya və sonra Çindəki işğallarını faktiki olaraq tanıyırdılar. Əslində bu Sakit okean ətrafındakı "təsir dairəsi"nin Yaponiya və ABŞ arasında bölüşdürülməsi idi. Amerikan imperialistləri bu vəziyyətlə ona görə barışmalı oldular ki, Yaponiyanın güclənməsinə və onun təcavüzkar iddialarına mane ola bilmirdilər. Ruzvelt tez-tez təkrar edirdi ki, həmin anda uğur gətirə biləcək mövqeni tutmaq və ya kursu yönəltmək lazımdır, amma indiki halda o, seçmirdi, çunki başqa çıxış yolu yox idi. Rut-Takahir razılaşması bir neçə il keçdikdən sonra öz fəlakətli nəticəsini verən yapon təcavüzünə göz yummaqdan, təcavüzə qarşı səhlənkarlıqdan başqa bir şey deyildi. Son nəticədə, Ruzveltin bioqraflarının böyük əksəriyyətinin təqdim etdiyi kimi, onun uzaqşərq siyasəti nəinki sülh işləri üçün qeyri-məhsuldar, eyni zamanda ABŞ üçün də uğur gətirməz oldu.

Ağ evlə ayrılmaq və 50 yaşında ikən oyundan çıxmaq Ruzvelt üçün asan deyildi. 1907-ci ildə 1908-ci ilin seçkiləri üçün namizədlər irəli çəkilərkən o, öz namizədliyini irəli sürməkdən imtina etməli oldu, lakin partiyanın o zamanlar lideri olaraq, Ruzvelt öz sələfini seçmək qərarına gəldi və onun seçimi keçmişdə Flippin qubernatoru olmuş, Kuba üsyanını yatıran, indiki hərbi nazir Vilyam Hovard Taftın üzərində dayandı. Ruzvelt seçilmiş prezidenti həyat yoldaşı ilə birlikdə inauqurasiyadan əvvəlki gecəni Ağ evdə keçirməyə dəvət etdi. Taft bu dəvəti qəbul etdi. Prezidentin vəzifəyə keçmə ənənəvi mərasimindən sonra Kapitoliyanın portikində iştirakının vacib olmasına baxmayaraq, Taftın nitqini dinləyib və onu təbrik edərək (deyəsən bir qədər süni coşğunluqla), Ruzvelt, Taftın arvadının böyük məmnuniyyətinə səbəb olaraq, yeni prezident alayını Ağ evə qədər müşayət etməkdən imtina etdi. Eks-prezident həyat yoldaşı ilə birlikdə düz vağzala, oradan isə qatarla Oyster-Beyə yola düşdü. Ruzvelt üçün mülki şəxs həyatı başladı.

Prezidentlikdən sonrakı həyatı

redaktə

Ruzveltin birinci nikahından Alisa adlı bir qızı var idi. Sonra 1886-cı ildə Edit Kermit Karou ilə evlənir və onların 5 uşağı olur-Teodora, Kermit, Edit, Arçibald və Kventin. Mülki həyata başladıqdan sonra Ruzvelt oğlu Kermit ilə Braziliya cəngəlliklərinə uzunmüddətli səyahətə çıxır. Səyahətə başladıqdan yeddi ay sonra Ruzvelt malyariya xəstəliyinə tutulur xüsusilə də qayıqda baş verən bədbəxt hadisədən sonra ayağı ciddi zədələnir və infeksiyaya yoluxur. Bunun ardınca ABŞ-yə qayıdır və elmi esselər və tarixi kitablar yazmağa başlayır. Avropada I Dünya Müharibəsi başlayanda keçmiş prezident hərbi hazırlıqlara daha ciddi önəm verilməsinin vacibliyini bildirdi və çıxışında qeyd elədi ki, ABŞ bu müharibəyə mütləq qoşulmalıdır. O, Prezident Vilsonun neytrallıq çıxışından çox məyus oldu və onu ölkəsinin fəaliyyətsizliyində qınadı. Birləşmiş Ştatlar 1917-ci ildə müharibəyə qoşulanda o könüllülərdən ibarət diviziyanın yaradılmasını təklif etdi, ancaq Hərbi Şöbə buna razılıq vermədi. Buna baxmayaraq, onun oğullarının dördü də könüllü olaraq müharibəyə getdi. Onun ən kiçik oğlu, Kventin Almaniya səmasında vurulanda Ruzvelt çox mütəəssir oldu. Teodor Ruzvelt 6 yanvar 1919-cu ildə Nyu Yorkun Oyster buxtasındakı doğma evində yuxuda olarkən vəfat etmişdir. Bəzən deyirlər ki, ölüm ona görə onu yuxuda apardı ki, o hətta ölümlə belə mübarizə aparardı. Çünki o xaraktercə çox mübariz və istədiyini əldə edən bir şəxs idi.

Maraqlı faktlar

redaktə
 
Teodor Ruzveltin Raşmor dağında həkk olunmuş təsviri
  • Raşmor dağında təsvirləri həkk olunmuş 4 ABŞ prezidenti arasında Teodor Ruzveltin də təsviri var. Bunun əsas səbəbi kimi onun Panama kanalının çəkilməsindəki böyük rolunu göstərirlər.
  • Teodor Ruzvelt avtomobildən istifadə etmiş ilk ABŞ prezidentidir[7].

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Cooper J. M. Theodore Roosevelt // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Рузвельт Теодор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://millercenter.org/president/roosevelt/life-before-the-presidency.
  5. 1 2 3 4 https://www.whitehouse.gov/about-the-white-house/presidents/theodore-roosevelt/.
  6. 1 2 Kindred Britain.
  7. "White House — History". 2012-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.