[go: up one dir, main page]

Taksi (film, 2015)

Taksi (fars. تاکسی‎‎) — 2015-ci ildə ekranlara çıxmış dram janrında olan İran filmi. 65-ci Berlin Beynəlxalq Film Festivalında ən yüksək mükafat olan "Qızıl ayı" mükafatına layiq görülüb.

Taksi
fars. تاکسی‎
Janr dram
Rejissor Cəfər Pənahi
Prodüser Cəfər Pənahi
Ssenari müəllifi Cəfər Pənahi
Baş rolda Cəfər Pənahi
Operator Cəfər Pənahi
Montajçı Cəfər Pənahi
İstehsalçı Jafar Panahi Film Productions
İlk baxış tarixi 6 fevral 2015
Müddət 82 dəqiqə
Gəlir 3.353.426 $
Ölkə İran İran
Dil fars
İl 2015
Rəng rəngli
IMDb ID4359416
Mükafatları Qızıl ayı

"Taksi" 2010-cu ildə kino çəkilişlərinə rəsmi olaraq qadağa aldıqdan sonra Cəfər Pənahinin çəkdiyi sayca üçüncü filmidir[1].

Film maşının qabağdakı cihaz lövhəsinə quraşdırılmış kamera vasitəsilə lentə alınıb. Rejissor bu üsuldan rəsmilərin diqqətini cəlb etməmək üçün istifadə edib. Filmdəki hadisələr Tehran küçələrində şütüyən taksidə baş verir. Taksinin sürücüsü rejissor Cəfər Pənahidir. Taksiyə minən sərnişinlər hərəsi öz həyatını danışır və bu ümumilikdə Tehrandakı abu havanı özündə göstərir. Rejissor onlarla söhbət zamanı İrandakı həyat tərzinin obrazını yaradır.

İlk səhnədə ön oturacaqda oturan bir kişi ilə arxa oturacaqda oturan qadının mübahisəsinə şahid oluruq. Kişi ölkədə oğurluğun artdığını səbəb göstərərək hətta ən kiçik oğruların belə edam olunmasını dəstəkləyir. Qadın isə tam əksinə edamın oğurluğun sayını azaltmadığını deyir.

İkinci səhnədə isə biz artıq Cəfər Pənahini görürük ön oturacaqda oturan başqa sərnişin balacaboy hiyləgər biridir. O İranda bir çox filmlər qadağan olunduğu üçün DVD filmlərin gizlin satışı ilə məşğul olur. Hətta bir dəfə o Pənahinin özü üçün də bir neçə filmi tapıb. Səhnədə hər şey gözəldir lakin Pənahi azad deyil. Personaj isə digər filmlərin satışı ilə yanaşı Pənahinin də qadağan olunmuş filmlərinin satışı ilə məşğuldur.

Sonradan taksiyə yol qəzasında zərər çəkmiş bir kişi ilə həyat yoldaşı minir. Kişi öləcəyindən qorxaraq həyat yoldaşının xeyrinə vəsiyyət edir və bu vəsiyyət qeydə alınır. Kişi ölməsə belə həyat yoldaşı bu vəsiyyətə nail olmağa çalışır.

Daha sonra isə maşına əlində gül dəstəsi olan sarışın bir xanım əyləşir. Bu xanım Pənahinin tanışı olan hüquq müdafiəçisidir. Bu xanıma da Vəkillər Kollegiyası hüquqi fəaliyyət göstərməyə qadağa qoyub. Xanım da öz növbəsində voleybol yarışında izləyici kimi çıxış etdiyinə görə həbs olunub, aclıq elan etmiş, bir qızın ziyarətinə, həbsxanaya gedir. Pənahi oğurluğa məruz qalmış qonşusu ilə rastlaşır. Qonşusu oğruların kimliyini bilir lakin televiziya vasitəsilə gördüyü ictimai edamdan sonra onlardan şikayət etməməyi qərara alır.

Filmin kuliminasiya nöqtəsi Pənahinin məktəbdən öz bacısı qızını götürdüyü vaxt olur. Burada bacısı qızı söhbət əsnasında məktəbdə onlara film çəkmək tapşırığının verildiyini lakin filmdə heç bir siyasət və ya zorakılıq öz əksini tapmamalıdır. Tam əksinə filmin sonluğu gözəl olmalı və islami dəyərləri özündə cəmləşdirməlidir. Burada o uşaqların məktəbdən senzuralara məruz qaldığını və ümumiyyətcə azad olmayan cəmiyyətdə bu kimi qadağaların tək Pənahi kimi rejissorlara yox ümumilikdə bütün insanlara aid olduğunu göstərir[2].

Mükafat və nominasiyalar

redaktə

Berlin Beynəlxalq Film Festivalında Amerikalı rejissor Darren Arofonskinin başçılıq etdiyi münsiflər heyətinin qərarına əsasən festivalın baş mükafatı — “Qızıl ayı” tanınmış İran rejissoru, əslən azərbaycanlı olan Cəfər Pənahinin “Taksi” filminə verilib. İranlı dissident kinorejissor 2010-cu ildən “ev dustağı” olduğu üçün mərasimə qatıla bilməyib. Mükafat rejissorun bacısı qızı, filmdə rol almış Hana Səidiyə təqdim edilib[3].

İstinadlar

redaktə
  1. Berlin kino festivalı: Pənahinin "Taksi" filmi "Qızıl Ayı" mükafatına layiq görülüb
  2. "Böyük şəhərdə klaustrafobiya[[Rus dili|rus.]] ". 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
  3. “Taksi” üçün “Qızıl ayı”

Həmçinin bax

redaktə