[go: up one dir, main page]

Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır.

Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.

Buna görə bir ayədə yer üzərindəki hər insanın Allaha qarşı xəta və günah işlədə biləcəyi belə xəbər verilir:

"Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər.) Çünki Allah Öz bəndələrini görəndir!" ("Fatir" surəsi, 45).

Bir ilahi hökm olaraq Allah insanların xətaları və ya günahları ola biləcəyini, lakin bunda inad etməmələrini Quranda bildirmişdir. Mömindən gözlənilən işlədiyi bütün xəta və günahlar üçün hər zaman Allahdan bağışlanmasını diləməsidir.

Məhz inkar edənlər ilə möminləri bir-birindən ayıran ən önəmli xüsusiyyətlərdən biri də budur. İnkarçılar özlərini xətasız və günahsız saymağa çalışırlar. Halbuki möminlərin belə bir iddiası yoxdur. Əlbəttə, Allaha qarşı heç bir günah işləmək istəməzlər. Ancaq insan bəzən nəfsinə aldanıb günah işlədə bilər. Allahın hökmlərini yerinə yetirən zaman zəiflik göstərərək qəflətə düşə bilər. Amma nəticədə bütün bunlardan peşman olub Allaha üz tutması və Ondan bağışlanma diləməsi önəmlidir.

Qurana nəzər yetirsək Allahdan bağışlanmasını istəmək möminin təbii və daimi xüsusiyyəti olduğunu görərik. Bu vəziyyətdə Allah bizə Quran ayələrində möminlərin heç bir zaman özlərini günahdan uzaq görmədiklərini əksinə, qüsur və nöqsanları üçün hər zaman Allahın rəhmətinə güvəndiklərini göstərir. Bir ayədə tövbə etmək möminin ən əsas xüsusiyyətlərindən biri kimi göstərilmişdir:

"Onlar Allaha tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!" ("Tövbə" surəsi, 112).

Burada tövbə ilə bağışlanma anlayışları arasındakı fərqə də diqqət etmək lazımdır.

Allah Quranda bizə göstərir ki, Allahdan bağışlanma diləmək möminin hər zaman etdiyi ibadət olmalıdır. İnsan bilərəkdən ya da bilməyərəkdən etdiyi bütün günahları üçün Allahdan gecə-gündüz bağışlanmasını diləyə bilər. Bir çox ayələrə görə özü üçün bağışlanma istədiyi kimi, digər möminlər üçün də bağışlanma istəyə bilər. Buna görə də Allahdan bağışlanma diləmək, yəni istiğfar etmək bir insanın Allaha öz günahlarından keçməsi üçün yalvarması, bu məqsədlə onun sonsuz şəfqət və rəhmətinə sığınması mənasını verir. Həmçinin Quranda möminlərin Allaha "Rəbbimiz, bizim günahlarımızı bağışla, pisliklərimizi keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür" ("Ali-İmran" surəsi, 193) deyə yalvardıqları bildirilir. Buna cavab olaraq Allah bu hökmü verir:

"…Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!"" ("Maidə" surəsi, 12).

Bildirdiyimiz kimi bağışlanma insanın fərqində olduğu, ya da olmadığı bütün günahları üçün və digər möminlər üçün də edilə bilər. Tövbəni bağışlanmadan ayıran ən önəmli fərq isə budur: Yalvarmaq – bağışlanmaq məqsədilə edilən bir dua mahiyyəti daşıyırsa, tövbədə işlədilən bəlli bir günaha qarşı əməli bir maneə, konkret bir davranış nəzərdə tutulur. Tövbə insanın özünün etdiyi müəyyən bir günah üçün Allahın rəhmətinə sığınması və bir daha o günahı işlətməmək üçün Allaha söz verib Ondan bunun üçün yardım diləməsidir. Kəlmənin tam anlamı "dönmək"dir. Buna görə tövbə qətiyyətlə bir günahdan dönməyi, ondan peşmanlıq duyub imtina etməyi bildirir.

Tövbədəki niyyət bir daha eyni günahı etməmək olmalıdır. Həmçinin Allah "Ey iman gətirənlər, Allaha ciddi bir tövbə ilə tövbə edin. Ola bilər ki, Allah sizin pisliklərinizdən keçər və altından çaylar axan cənnətlərə salar" ("Təhrim" surəsi, 8) deyə əmr etmişdir. Tövbənin bir daha o günahı əsla işlətməmək niyyəti ilə edilməsi vacibdir. Lakin bu vəziyyət insanın bir günah üçün yalnız bir dəfə tövbə edəcəyi mənasını vermir. İnsan bir günah üçün tövbə edə bilər, sonra yenə qəflətə qapılıb yenə eyni günahı işlədə bilər. Bu insan bəlkə dəfələrlə etdiyi tövbəni pozmuş və yeni günaha batmış ola bilər. Amma Allah yenə də ona olan rəhmətini göstərməkdə davam edir. Bu rəhmətə görə insan dəfələrlə tövbəsini pozmuş olsa belə, son dəfə həqiqətən nasuh bir tövbə edib yenə Ona sığına bilər. Bir ayədə Allahın bu sonsuz mərhəməti və bağışlayan olması insanlara belə bildirilir:

"De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!" ("Zumər" surəsi, 53–54).

Tövbə

redaktə

günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir.

Dilçi alim Rağib Əl-İsfahani Müfrədat lüğəti kitabında yazır: "Üzr istəmək üç yerə bölünür:

1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir:

"Mən filan işi görmüşəm."

2. Üzr istəyən şəxs gördüyü işi boynuna alır, lakin etdiyi günahın səbəbini göstərir.

3. Üzr istəyən şəxs deyir: "Filan işi görmüşəm. Onun pis iş olmasını boynuma alıram. İndi isə gördüyüm pis işdən pişman olmuşam".

Belə üzr istəməyin adı tövbədir.

Rağib sonra yazır: İslam dinində tövbə etməyin dörd şərti var:

1. Günahları tərk etmək.

2. Günahdan peşman olmaq.

3. Tövbə etdikdən sonra daha günah etməməyi qərara almaq.

4. Günah etdiyi günlərin əvəzini ibadət etməklə çıxmaq".

Tövbə çirkli paltarı bədəndən çıxarıb yerinə təmiz paltar geymək, yaxud çirkli və bulaşıq bədəni hamamda yumaq kimidir. "Hud" surəsinin əvvəlində Allah-taalanın insanları hidayət etməsi dörd mərhələdə xülasə olunmuşdur:

1. Tövhid (Allahı yeganə bilmək).

2. Müşrik adamlarla mübarizə aparmaq.

3. Günahlardan təmizlənmək.

4. Allahı Çox Zikr Etmək .

Yəni insan özünü ilahi sifətlərə malik etsin. Hud surəsinin 3-cü ayəsində üçüncü və dördüncü mərhələ haqqında belə oxuyuruq: "Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun."

Tövbə ilə Allahdan bağışlanmaq istəməyin bir ayədə yan-yana gətirilməsi onu bildirir ki, bunlar bir-birindən fərqlidirlər. Yəni birincisi özünü günahlardan təmizləmək, ikincisi (tövbə) isə ilahi xüsusiyyətlərə yiyələnmək deməkdir. Həmçinin, bu ayədə Allahdan bağışlanmaq istəməyin tövbədən qabaq qeyd olunması bizə öyrədir ki, insan əvvəlcə özünü günahlardan təmizləməli, sonra mənəvi dəyərlərə və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Əvvəlcə çirkli paltarı geyinməli və ya batil əqidələri qəlbindən yox etməli, sonra qəlbində həqiqi Allaha yer verməlidir.

Tövbə ilə bağlı ayə və hədislər

redaktə
Quran:
  • "Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur." Şura surəsi, ayə 25
  • Allahın Peyğəmbəri (s):"Tövbə keçmişdə olanların üstünü örtür."
  • Allahın Peyğəmbəri (s):"Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir."
  • İmam Əli (ə):"Tövbə günahları təmizləyər və qəlbi yuyar."

Tövbə edənin məqamı

redaktə
Quran:
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Allah yanında tövbə etmiş mömin kişi və mömin qadından sevimli heç nə yoxdur."
  • Allahın Peyğəmbəri (s):"Adəm övladının hamısı səhv və xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir."
  • Allahın Peyğəmbəri (s):"Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur."

Bu ayə və hədislər ona işarə vurur ki, tövbə edənlər Allahın sevimli bəndəsinə çevrilirlər. Bəs, Allahın sevməsi nədir?

Peyğəmbər (s) buyurur ki, Allah bəndələrə bəla göndərər və bu bəlalara səbir edənləri ümumiyyətlə, bəlaya razı olanları isə Özü üçün seçər. Hədisdən insan sevgisi ilə Allah sevgisinin bir fərqi məlum olur: İnsan sevgisi məhəbbət göstərməklədirsə, Allah sevgisi bəla ilədir.

Tövbə edənlər

redaktə
Quran:

"Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər…." (Tövbə surəsi, 112)

Hədis:
  • Allahın Peyğəmbəri (s):"Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik."
  • İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur:"Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib."
  • İmam Səccad (ə) münacatlarının birində: "Bizi o kəslərdən et ki, …… nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar."

Tövbənin qəbul olunması

redaktə
Quran:
  • "Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan…. Odur" Şura surəsi, ayə 25
Hədis:
  • İmam Əli (ə): "Tövbə (etmək uğuru) verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə bağışlanmaqdan məhrum qalmaz!"

Tövbə nə vaxt qəbul edilir?

redaktə
Quran:
  • "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz." Nisa surəsi, ayə 18
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər."
  • İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur:"Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var."
  • İmam Rza (ə) "Allah-taala nə üçün Fir’onu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?" sualının cavabında buyurmuşdur:"Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz."

Peşman olmaq bir növ tövbədir

redaktə
  • Allahın Peyğəmbəri (s):"Peşmançılıq tövbədir."
  • İmam Əli (ə):"Günahdan peşman olmaq istiğfardır."
  • İmam Əli (ə):"Qəlbin peşman olması günahın üstünü örtər."

Səmimi etiraf

redaktə
Quran:
  • "Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin."

Hədis:

  • İmam Əli (ə):"Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxışıdır."
  • İmam Baqir (ə):"Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz."
  • İmam Baqir (ə):"Vallah, Allah-taala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükür etmələrini və günahlarını bağışlamaq üçün günahlarını etiraf etmələrini istəyib."

Tövbənin sütunları

redaktə
Quran:
  • "Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir." Maidə surəsi, ayə 39
  • "Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam." Taha surəsi, ayə 82
Hədis:
  • İmam Əli (ə):"Tövbə dörd sütun – qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır."
  • əl-Kafi:"Nəxə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəbbih deyir:"İmam Baqirə (ə) dedim:"Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?" Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu:"Xeyr, yalnız bu istisna ilə (tövbən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan."

Tövbənin növləri

redaktə
  • Allahın Peyğəmbəri (s):"Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!"

Səmimi və xalis niyyətlə tövbə

redaktə
Quran:
  • "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin." Təhrim surəsi, ayə 8.
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır."
  • İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:"Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır."

Tövbəni təxirə salmaq, gecikdirmək

redaktə
  • İmam Əli (ə):"Günah edən zaman tövbə ilə onun məhvinə tələs.
  • İmam Əli (ə):"Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır."
  • İmam Cavad (ə):"Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!"

Tövbədən daha asan…

redaktə
  • İsa Məsih (ə): "Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi-qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir."
  • İmam Əli (ə):"Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır."

Allah-taalanın tövbə edən şəxsin eyblərinin üstünü örtməsi

redaktə
  • İmam Əli (ə):"Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər."

Pis əməllərin yaxşı əməllərə çevrilməsi

redaktə
Quran:
  • "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir." Furqan surəsi, 70
Hədis:
  • İmam Sadiq (ə):"Allah-taala Davud peyğəmbərə (ə) vəhy etdi ki:"Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından çıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən mehribanların ən mehribanıyam."

Allahın əvəzinə hökm çıxarmaq

redaktə
  • Allahın Peyğəmbəri (s):"Ümmətimdən vay o kəslərə ki, Allahın əvəzinə hökm çıxarırlar. O kəslər ki deyirlər:"Filankəs Cənnətlikdir, filanikəs Cəhənnəmlik."
  • Allahın Peyğəmbəri (s):"Günlərin birində bir kişi dedi:"Vallah, Allah filankəsi bağışlamayacaq." Onda Allah-taala buyurdu:"Bu kimdir ki, Mənim filankəsi bağışlamayacağıma and içir? Mən həmin şəxsi bağışladım və ikincinin (saleh) əməlini "Allah filankəsi bağışlamayacaq" dediyinə görə batil və puç etdim."

Həmçinin bax

redaktə