Sixteen Tons
Sixteen Tons (azərb. On altı ton) — kömürçü-şaxtaçıların ağır əməyindən və kasıblığından bəhs edən populyar mahnı. İlk dəfə 1946-cı ildə amerikalı kantri müğənnisi Merl Trevis tərəfindən yazılmış və növbəti il onun "Folk Songs of the Hills" albomuna daxil edilmişdir. 1955-ci ildə Tennessi Erni Fordun "You Don’t Have to Be a Baby to Cry" albomuna daxil olan ifa ABŞ-də Billboard çartlarında birinci yerə yüksəldi və 10 həftə boyunca yerini qorudu. Eyni zamanda Böyük Britaniyada Frenki Leynin ifasındakı versiya populyar idi.
Sonrakı dövrlərdə mahnı çoxsaylı ifalarla yadda qalmış və mahnı yazılmış 20 milyon nüsxə val satılmışdır.
Kaver versiyalar
redaktəƏn məşhur kaver versiyaları sırasında 1957-ci ildə "The Platters" qrupunun, 1966-cı ildə Stivi Uanderin, 1967-ci ildə Tom Consun, 1987-ci ildə Conni Keşin, 2012-ci ildə LeAnn Raymsın və 2013-cü ildə Robbi Uilyamsın ifalarını qeyd etmək olar.