[go: up one dir, main page]

Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq.[1] Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullarelimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər.

Yunanlardan əvvəl Siciliyada yaşayan xalqların arealı.

Mənşə

redaktə

Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur.[2] Fukididin fikrincə,[3] sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.[4][5] Fukidid bu məlumatı mənbəsi məlum olmayan tarixçi Sirakuzalı Antioxdan götürmüşdür.[6] Bir sıra müasir tədqiqatçılar sikanları əvvəllər yerlilərə məxsus olan torpaqları ələ keçirmiş İlliriya tayfası hesab edirlər.[7]

Mədəniyyət və tarixi məlumatlar

redaktə

Arxeoloji tədqiqatlar göstərir ki, sikan mədəniyyəti Miken sivilizasiyasından təsirlənmişdir.[8] Siciliyanın antik dövrə qədərki maddi mədəniyyətində Maltanın meqalitik məbədlər dövrü ilə əhəmiyyətli oxşarlıq var. Odur ki, Siciliyadakı Onyina yaşayış məntəqəsində tapılan keramikalar ilə Maltadakı Borc in-Nadur yaşayış məntəqəsində tapılan keramikalar arasında oxşarlıqlar var.

Yunan mifologiyasına görə Kamik şəhəri sikanların paytaxtı olmuşdur.

İstinadlar

redaktə
  1. "Бронзовый век Западного Средиземноморья". 2009-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  2. "Sicilian Peoples: The Sicanians". Best of Sicily. 2007-10-07. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  3. Thucydides, His. VI,2,3,4.
  4. "Sicily: Encyclopedia II – Sicily – History". Experience Festival. 2007-10-07. 2013-12-31 tarixində arxivləşdirilib.
  5. "Aapologetico de la literatura española contra los opiniones". Ensayo historico. 2007-10-07. 2016-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  6. "Greek Identity in the Western Mediterranean". 2004. 2017-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  7. The ancient Greeks: a critical history. Harvard University Press. 1985. "Arxivlənmiş surət". Archived from the original on 2017-01-24. İstifadə tarixi: 2022-06-30.
  8. Fine, p.72

Ədəbiyyat

redaktə
  • Ильинская Л. С. Этнические и культурные контакты Западного и Восточного Средиземноморья в микенскую эпоху: Сицилия и Эгеида. М., 1983 г.
  • Ильинская Л. С. Древнейшие островные цивилизации центрального Средиземноморья в античной исторической традиции. М. 1987.
  • Немировский А. И. История раннего Рима и Италии, Воронеж, 1962.