[go: up one dir, main page]

Senzor (lat. censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi.

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Vəzifələr

redaktə
  • inventarlaşdırma, siyahıyaalma;
  • ədəb-ərkana, davranışa nəzarət (lat. censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat. senatu movere), rütbənin kiçildilməsi (lat. tribu movere) və ya alınması (lat. tribubus omnibus movere), bu zaman günahkar erari (lat. aerarius) adlandırılırdı. Senzor dəbdəbəyə qarşı edikt çıxartmağa səlahiyyətlidir;
  • maliyyə nəzarəti: ictimai torpaqların satışa çıxarılmasından gələn gəlirlərə, dövlət gəlilərinə, gömrük vergilərinə, mədən gəlirlərinə, hərbi xərclərə və təchizata və s.;
  • ictimayi mülklərin, bina və müəssisələrin tikilməsinə və təmirinə (lat. opera publica) nəzarət.