Riyaziyyatçı
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Riyaziyyatçı — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəsisdir.
Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur.
Ümumi məlumat
redaktəRiyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir.
Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,…riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir.
Riyaziyyatçı dərəcəsini ali məktəbdə təhsil yolu ilə almaq mümkündür. Universitetlərdə bu iki pilləli sistemdə həyata keçirilir. Birinci pillədə riyaziyyat üzrə bakalavr (4 illik təhsil), ikinci pillədə isə magistr (iki illik daha ixtisaslaşmış və tədqiqata meyilli təhsil) dərəcələrinə yiyələnmək olur. Əlbəttə ki, riyaziyyat üzrə alim olmaq, ciddi tədqiqatlara baş vurmaq üçün PhD dərəcəsi (Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru) almaq zəruridir.[mənbə göstərin]
Riyaziyyat təhsilində əsasən diferensial və inteqral hesabı (riyazi analiz), cəbr, həndəsə, topologiya, funksiyalar nəzəriyyəsi, funksional analiz, tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika, diskret riyaziyyat, idrəetmə nəzəriyyəsi və s. tədris olunur.
Azərbaycan riyaziyyatçıları
redaktəOrta əsrlərdə İslam dünyasında riyaziyyat yüksək inkişaf dərəcəsinə çatmışdı. Evklid həndəsəsi və qeyri-Evklid həndəsəsinə yol açan paralellik postulatı, triqonometriya, cəbri tənliklərin (xüsusilə kvadrat və kub tənliklərin) həlli, sferik həndəsə və riyaziyyatın astronomiyaya tətbiqi, onluq kəsrlərin kəşfi, funksiya və limit anlayışlarının inkişafı Yaxın Şərqdə vüsət tapmışdı. Marağa rəsədxanasının təşkilatçısı və rəhbəri Mühəmməd ibn Həsən Nəsirəddin Tusi[1][2](1201–1274) elm aləmində tək öz zəmanəsinin deyil, bütün dövrlərin ən böyük riyaziyyatçı və astronomlarından biri olaraq qəbul edilmişdir.
14-cü əsrdən başlayaraq İslam dünyasında, o cümlədən Azərbaycanda riyaziyyat sahəsində kəşf və tədqiqatlar zəiflədi. 16-cı əsrdə Avropa riyaziyyatçıları və astronomları ön sıraya çıxdılar.
Yüksək ixtisaslı riyaziyyatçıların yetişməsi Azərbaycanda yalnız sövet dövrünün 30-cu illərində özünü göstərməyə başladı. Mikayıl Xıdırzadə, İbrahim İbrahimov, Zahid Xəlilov, Əşrəf Hüseynov rus riyaziyyat məktəbinin yetişdirdiyi ilk riyaziyyatçılar oldular. 50-ci illərdə Azərbaycan riyaziyyatçıları kəmiyyət və keyfiyyətcə artmağa başladılar. 70-ci illərdən başlayaraq Azərbaycanda riyaziyyatın geniş vüsət tapdığı, riyazi mədəniyyətin inkişaf etdiyi bir dövr hesab olunur.[3].
Məcid Rəsulov, Məqsud Cavadov, Qoşqar Əhmədov, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Arif Babayev, Sasun Yaqubov, Hamlet İsayev, Abbas Əzimov, , Fərhad Hüseynov, Hüseyn Hüseynov, Arif Səlimov, Oqtay Vəliyev, Rəşid Məmmədov(riyaziyyatçı) və başqa Azərbaycan riyaziyyatçıları Sovet İttifaqında və Qərbdə qiymətləndirilən elmi nəticələr aldılar.
Dünya riyaziyyatçıları
redaktəAlan Turing, Leonardo Pizanskiy, Andrew Wiles, İsaak Nyuton və Vilhelm Leybnis, Pifaqor, Rene Dekart, Evklid , Bernhard Riemann, Carl Friedrich Gauss, Leonhard Euler[4]
Mənbələr
redaktəXarici keçidlər
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-04.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-04.
- ↑ "Babayev M.-B., Мusаyев K.M., Таghizadeh Е.D. Azerbaijani Mathematicians. ХХ Century (Математики Азербайджана. ХХ век. Науч. ред. академик Гаджиев А.Д. "ОKA Ofset", Баку, 2007, C.134(175 C.), с. портр., фотогр.)". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
- ↑ "Arxivlənmiş surət". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.