[go: up one dir, main page]

Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki,[1] Azad Suriya Ordusunun keçmiş hərbi komandiri.[2]

Riyad Əsəd
ərəb. رياض الأسعد
Şəxsi məlumatlar
Doğum tarixi 1961
Doğum yeri
Vətəndaşlığı  Suriya
Milliyyəti türkman
Hərbi fəaliyyəti
Mənsubiyyəti
    • Suriya Suriya (1980–2011)
    • Suriya Suriya Milli Koalisiyası (2011–2014)
    • Suriya Qurtuluş Hökuməti (2017–h.h.)
Qoşun növü
Xidmət illəri 1980–2014
Rütbəsi polkovnik
Döyüşlər Suriyada vətəndaş müharibəsi

Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir.[3]

Həyatı

redaktə

Azad Suriya Ordusu

redaktə

Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir.[4]

Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir.[5]

Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir.[6]

Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.[7]

Sui-qəsd cəhdləri

redaktə

Riyad Əsəd 2012-ci ilin avqust ayının əvvəlində "Rusiyanın Səsi"nə verdiyi bir müsahibədə Suriya hökumətinin ona bir neçə dəfə sui-qəsd etməyə cəhd göstərdiyini və bu səbəbdən də onu Türkiyə kəşfiyyatının qoruduğunu irəli sürür.[8]

Əsəd 25 mart 2013-cü il tarixində Suriyanın şərqindəki Mayadin yaxınlığında bomba ilə yüklənmiş bir avtomobilin partlaması nəticəsində zərərçəkənlərdən biri olur. O, müalicə üçün Türkiyəyə aparılır[9] və sağ ayağı kəsilir.[10][11]

İstinadlar

redaktə
  1. Sly, Liz. "In Syria, defectors form dissident army in sign uprising may be entering new phase". The Washington Post. 25 sentyabr 2011. 2012-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  2. Sen, Ashish. "U.N. veto called green light for Assad". The Washington Times. 5 oktyabr 2011. 2011-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  3. "Families of Syrian rebels killed in their homes, says UN". The Independent. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  4. Al-Jazeera. "Officers in the Syrian Army defect". 5 iyul 2011. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  5. Shannouf, Rida. "Free Syrian Army Commander Rejects Exile for Assad". Al-Monitor. 24 iyul 2012. 26 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  6. "Sirija: bombaški napad na UN-ov konvoj pri ulasku u grad Daraa, u konvoju se nalazio i vođa misije general Robert Mood". Advance.hr. Associated Press. 9 may 2012. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  7. Oweis, Khaled Y. "Syrian rebels elect new military commander". The Star. 8 dekabr 2012. 10 dekabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  8. العقيد المنشق رياض الأسعد: الحرب هي الخيار الوحيد للإطاحة بالرئيس السوري (ərəb). صحيفة العرب - قطر [Al-Arab Qatar]. 8 oktyabr 2011. 2014-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  9. "'I want to die': Free Syria Army chief cries out after losing his leg". Al Arabiya. 26 mart 2013. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  10. "Syrie: le fondateur de l'ASL blessé". Le Figaro. 25 mart 2013. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
  11. "Free Syrian Army leader wounded in bomb attack". ABC News. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.

Xarici keçidlər

redaktə