[go: up one dir, main page]


redaktə  Kino Portalı


Colourful solutions in test-tubes.
Colourful solutions in test-tubes.
Kino portalına xoş gəlmisiniz. Film sənətin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər nümayiş olunur. Film həm də kinemotoqrafiya elminin əsas predmeti sayılır. Bu optik mediumun XIX əsrdən başlayaraq bu günə kimi texniki, mədəni və sənəti inkişafı ilə film sənətinin tarixi məşğul olur.
Digər portallar
redaktə  Seçilmiş məqalə


[[Fayl:|left|150px]] Yaşayan ölülərin gecəsi (film, 1968)Corc Romero tərəfindən idarə olunan 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.

Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Ancaq "ABŞ Konqres Kitabxanası" filmi 1999-cu ildə "mədəni, tarixi və ya estetik baxımdan əhəmiyyətli" olduğu səbəbiylə "Milli Film Arxivi"nə daxil etmişdi. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.

"Vyetnam müharibəsi" dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölülərin gecəsi 3D" filmi adı altında baş tutmuşdur. Filmin bir çox remeyki mövcuddur.


(Davamı...)


redaktə  Seçilmiş kino sənətçisi


Kerri Enn Moss
Kerri-Enn Moss (ingiliscə - Carrie-Anne Moss), 21 avqust1967 - ci il - kanadalı aktrisa. Özünün Matirks serialında, SuvenirŞokalad filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Kerri-Enn Moss Vankuver, Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara, qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür. Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır.
redaktə  Seçilmiş şəkil


Lümyer qardaşları (LuiOgüst Lümyer) — kino sənətinin yaradıcıları.

redaktə  Bilirsinizmi?


Cezmi Baskın

  • Tim Börtonun oğlu Billi-Rey Börton kino tarixində ən cavan aktyor sayılır.
  • 9 (9/6) filmi Türkiyədə başdan-sona qədər digital çəkilən ilk filmdir.
  • Xaç atası (Godfather) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda "portağal" görünür.
  • Oskar mükafatına namizəd olan ilk cizgi filmi filmi 1991-ci ildə Disney-in Gözəl və bədheybət (Beauty and the Beast) filmi olub.
  • Ən uzun adı olan film İtaliya istehsalıdır. Film belə adlanır: “Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda”
  • Mark Zukerberq onun haqqında çəkilən Sosial şəbəkə (The Social Network) filminə qarşı olub. Həttə hələ də filmin Facebook-da rəsmi səhifəsinin açılmasına icazə vermir.
redaktə  Kateqoriyalar