[go: up one dir, main page]

Parazauroloflar (lat. Parasaurolophus) — Hadrosauridaelər fəsiləsinə aid dinozavr cinsi.

Parazauroloflar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Parazauroloflar
Beynəlxalq elmi adı

Təbaşir dövrünün sonlarında təxmini 76–73 milyon il əvvəl Şimali Amerika ərazisində yayılmışlar. Qalıqları Kanadanın Alberta vilayəti və ABŞ-nin Nyu-Meksiko, Yuta ştatları ərazisində aşkarlanmışdır. İlk dəfə 1923-cü ildə Vilyam Parks tərəfindən qeydə alınmışdır. Alimlər onları ördəkburun dinozavrlara aid edirlər.

Parasaurolophus walkerinin insana olana nisbəti

Bir çox dinozavrlar kimi Parazaurolofların da skletlərinin bütün sümükləri tapılmamışdır. Hesablamalara görə P. walkeri növü 9,5 metr (31 fut) uzunluğa malik olmuşdur. Kəlləsinin isə 1,6 metr (5,2 fut) uzunluğu vardır. P. tubicen növündə kəllə 2 metr (6,6 fut) idi. Bədəninin uzunluğu isə 12 metr olmuşdur. Çəkilərinin 2,5–2,7 ton olması ehtimal edilir. Ördəkburun dinozavrlar arasında ön ətrafları nisbətən kiçikdir. Bud sümüyü 103 sm olmuşdur. Çanağ sümükləri kifayət qədər möhkəm idi.

Digər ördəkburun dinozavrlar kimi parazauroloflarda həm dörd həm də iki ayaqları üzərində sərbəst gəzə bilirdilər. Çox böyük ehtimal ki, onlar dörd ayaq üzərində gəzir və iki ayaq üzərində qaçırdılar. Onlar burun qapaqlarını bağlayıb nəfəs verərkən hava burun üzərindəki boşluğa daxil olur və güçlü səs çıxarırdı. Bu səslər ola bilsin ki, parazauroloflar arasında əlaqə vastəsi rolunu oynayırdı.

İncəsənətdə

redaktə
  • Parazaurolof Stiven Spilberqin "Yura dövrü parkı>> və <<Yura dövrü parkı 2>> filimlərində sonradan isə <<Yura dövrü parkı 3" filmində.
  • Dinozavrlar Kralı cizgi filmində əsas persanajlardsndır.
  • Parazauroloflar həmçinin Primal Carnage oyununda.
  • "Jurassic Park: The Game" video oyununda hətta Parazaurolofu azad edərək çölə buraxmaq olur.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə