[go: up one dir, main page]

Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır.

Malayziyanın ştatı
Pahanq
Bayraq Gerb
Bayraq Gerb

3°45′ şm. e. 102°30′ ş. u.HGYO


Ölkə Malayziya
İnzibati mərkəz Kuantan
Tarixi və coğrafiyası
Sahəsi 36.137 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 1,443,365 nəfər (2010)
Rəqəmsal identifikatorlar
ISO kodu MY-06
Telefon kodu 03, 05, 09
Poçt indeksi 25000–28999, 39000–39999, 49000, 69000
Avtomobil nömrəsi C
Rəsmi sayt
Pahanq xəritədə
Pahanq xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və II Dünya Müharibəsindən sonra Malaya Federasiyasına qatıldı.

Demoqrafiya

redaktə

Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar ,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir. Bölgədəki ən böyük məskunlaşma yeri Kuanta və Pekandır. Əhalinin böyük qisimini Müsəlmanlar təşkil edir.

İqtisadiyyat

redaktə

Pahang çayı boyunca dəmir və avtomabil yolları ilə rezin plantasiyaları uzanır. Sahildəki delta bölgələrində düyü yetişdirilir. Başqa bitki mənşəli məhsullardan kokos , tütün və kenevir becərilir. Böyük miqyaslı inkişaf layihələri sonunda yağ palmasi və rezin plantasiyaları qurmaq üçün yüz minlərlə km²-lik bir meşə bölgəsi təmizlənərək əkinçiliyə verilmiş və qurulan yeni kəndlərə yüz minlərlə adam yerləşdirilmişdir. Rompində geniş dəmir filizi yataqları vardır (1970-ci ildə mədən sənayesinə son qoyulmişdur); Raubda qızıl çıxarılır. Sungai Lembingdəki qalay yataqları 1888-ci ildən bu yana fəaliyyət göstərir. Sahil zonasındə Malayziyanın əhəmiyyətli neft və təbii qaz yataqları vardır.

Pahangın şimal-qərb ucundakı Taman Negara Milli Parkında (4.344  km²) Malakka Yarımadasının ən yüksək nöqtəsi olan Tahan Dağı (2.187 m) yerləşir. Bölgənin orta hisəsində isə Kerau Təbii Həyatı Qoruma Sahəsi yerləşir.