Otto Liliental
Karl-Vilhelm Otto Liliental (23 may 1848, Anklam — 10 avqust 1896, Berlin) — alman mühəndisi, aviasiya sahəsinin pionerlərindən olmuş, ilk dəfə olaraq quşların uçma mexanizmini izah etmişdir.
Otto Liliental | |
---|---|
alm. Otto Lilienthal | |
Doğum adı | Karl Wilhelm Otto Lilienthal |
Doğum tarixi | |
Doğum yeri | Anklam |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Berlin |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Dəfn yeri | |
Elm sahəsi | aerokosmik mühəndislik |
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi halı
redaktəOtto Liliental 23 may 1848-ci ildə Almaniyanın Pomeran əyalətinin Anklam şəhərində anadan olmuşdur. Alman mühəndisi və təyyarəçi sınaqçı kimi o 11-ə yaxın uçuş apparatı düzəldib sınaqdan keçirmişdir. Quşların qanad çalmasının elmi əsaslandırılması aviasiya elminin əsasını qoymuşdur. Bir çox başqa pionerlər kimi Liliental bir başa uçmağa cəhd etməmiş, uzin müddət üçüş zamanı ağırlıq mərkəzini təyin etməklə məşğul olmuşdur. Birinci uçuşunu sadəcə olaraq ayaqlarını bir-birinə sıxmaqla yerinə yetirir. Onun fikrincə uçuş zamanı əsası havanın dəyişməsini hiss edib reaksiya verməkdən ibarətdir. Bu təcrübəni isə bir sıra sınaqlar vasitəsilə qazanmaq olar. İlk dəfə olaraq o biplanı hazırlayır.
1866-cı ildə Otto Şvarçkopf (alm. Schvarzkopf) maşınqayırma firmasında praktikant kimi işə başlayır və tezliklə konstruktor şöbəsində çalışmaq üçün dəvət alır. 1870-ci ilin yayında Otto "şahlıq peşə akademiyası"nda təhsilini başa vurur və sonra fransız-prussiya müharibəsinə çağırılır.
1881-ci ilin payızında Berlində o öz firmasını açır və istilik sistemləri üçün qazanların hazırlanması ilə məşğul olur. Buradan gələn gəlir əsasında firma böyüyərək nəhəng zavoda çevrilir. O bu zavodda uçuş apparatlarını tədqiq etmək üçün xüsusi yer ayırır. 1896-cı il 10 avqust tarixində Otto Liliental Berlində uçuş zamanı həlak olur. Onun playneri havanın qəfildən dəyişməsi nəticəsində idarəsini itirir və aşağı düşür. Ottonun onurğa sümüyü sınır. Az sonra o vəfat edir. Lilientalın apardığı təcrübələrin bazasında sonralar müasir təyyarələrin prototipləri hazırlanır.
Xarici keçidlər
redaktə- Liliental muyezi
- http://invention.psychology.msstate.edu/inventors/i/Lilienthal/library/Prog_Lilienthal_Flying.html Lilienthal’s appendix] From Chanute’s book Progress in Flying Machines 1893. Well worth reading, from the man himself.
- Movies and simulations Arxivləşdirilib 2006-02-19 at the Wayback Machine