[go: up one dir, main page]

OpenBSD

UNIX bənzəri əməliyyat sistemi

OpenBSD, Berkeley Software Distribution (BSD) əsasında azad və açıq mənbəli Unix-ə bənzər əməliyyat sistemidir. O, 1995-ci ildə NetBSD əməliyyat sistemi layihəsini tərk edərək Theo de Raadt tərəfindən yaradılmışdır. De Raadt-a görə, OpenBSD təhlükəsizlik tədbirlərinin hazırlanması üçün tədqiqat əməliyyat sistemidir.

OpenBSD
Loqonun şəkli
Bazası Berkeley Software Distribution[1]
Buraxılış tarixi 18 oktyabr 1995[2]
Son versiya
Dəstəklənən platformalar İA-32[4][5], x86_64[d][6][5], MIPS[d][5], PowerPC[d][5][7][…]
Veb-saytı openbsd.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

OpenBSD layihəsi bir çox alt sistemin portativ versiyalarını digər əməliyyat sistemləri üçün paketlər kimi saxlayır. Layihənin kodun keyfiyyətinə önəm verdiyinə görə, bir çox komponentlər digər proqram layihələrində təkrar istifadə olunur. Məsələn, Android əməliyyat sistemi C standart kitabxanasından, LLVM normal ifadə kitabxanasından, Windows 10 isə LibreSSLOpenSSH-dən istifadə edir.

OpenBSD adı mənbə kodunun İnternetdə mövcudluğunu ifadə edir. Bu, həmçinin sistemin dəstəklədiyi aparat platformalarının geniş spektrinə aiddir.

İstinadlar

redaktə