Omonim
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil:
1) Yazılışı fərqli deyilişi eyni olan sözlərə paronim adlanır
2) Vurğusuna görə mənasi dəyişən sözlər omoqraf adlanır
3) Ümumi və xüsusi sözlər;
4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur).
Omonim, Omofon, omoqraf,Omoform.
redaktə- Omonim - deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərdir.
- Omofon - səslənməsinə görə eyni olan, lakin yazılmasına görə fərqlənən sözlərdir.
- Omoqraf - yazılışına görə eyni olan, lakin səslənməsinə görə fərqlənən sözlərdir.
- Omoform-deyilişi və yazılışı eyni, başlanğıc formaları fərqli olan sözlərdir.
Ədəbiyyat
redaktə- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.