[go: up one dir, main page]

Naim Talu

Türkiyəli bürokrat və siyasətçi

Mehmet Naim Talu (22 iyul 1919[2], Konstantinopol15 may 1998[2], İstanbul; türk. Mehmet Naim Talu)[3]. Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri.

Naim Talu
türk. Mehmet Naim Talu
Türkiyə Respublikasının Baş naziri
15 aprel 1973[1] – 26 yanvar 1974[1]
PrezidentFəxri Qorutürk
ƏvvəlkiFərid Sədi Mələn
SonrakıBülənd Ecevit
Türkiyə Ticarət Naziri
11 dekabr 1971 – 15 aprel 1973
Baş nazirFərid Sədi Mələn
Əvvəlkiİsmayıl Həmid Özər Dərbil (Xarici İqtisadi Əlaqələr Naziri kimi)
SonrakıƏhməd Türkəl
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri
4 iyul 1967 – 11 dekabr 1971
ƏvvəlkiZiya Kayla
SonrakıYusif Yetkin
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperatorluğu
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri İstanbul,Türkiyə
Dəfn yeri
Təhsili İstanbul Universitetinin İqtisadiyyat Fakültəsi, Kabataş Erkek Lisesi
Fəaliyyəti iqtisadçı, siyasətçi, bankir
Atası Mehmet Nizamettin
Həyat yoldaşı Gevher Talu
Uşaqları Tülin, Füsun

Həyatı

redaktə

Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib. Melen Hökuməti geri çəkildikdə isə, Cümhuriyyət Güvən Partiyası və Ədalət Partiyasının ortaq namizədi olaraq Türkiyənin 36-cı Hökumətini qurub.

O, 1973-cü ilin seçkiləri nəticəsində heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi üçün 1974-cü ilin fevralına qədər hakimiyyətdə qalıb. Bundan əlavə Bülənd Ecevitin sədrliyi ilə Cümhuriyyət Xalq Partiyası ilə Milli Qurtuluş Partiyası koalisiyası qurulduqdan sonra vəzifəsini Bülənd Ecevitə təhvil verib. 1976-cı ildə isə Kvota Senatorluğu başa çatıb.

Şəxsi həyatı

redaktə

Naim Talu 15 may 1998-ci ildə İstanbulda vəfat edib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.

O,ingilis dilini bilirdi. Naim Talu evli olub, iki övlad var.

İstinadlar

redaktə
  1. 1 2 "Arxivlənmiş surət". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  2. 1 2 Naim Talu // Munzinger Personen (alm.).
  3. "Arxivlənmiş surət". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.

Xarici keçidlər

redaktə
Sələfləri 
Fərid Mələn
Türkiyə Respublikasının Baş naziri
15 aprel 1973 — 26 yanvar 1974
Xələfləri 
Bülənd Ecevit
Sələfləri 
Ziya Kayla
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri
4 iyul 1967 - 11 dekabr 1971
Xələfləri 
Yusif Yetkin
Sələfləri 
İsmayıl Həmid Özər Dərbil
(Xarici İqtisadi Əlaqələr Naziri kimi)
Türkiyənin Ticarət naziri
11 dekabr 1971 - 15 aprel 1973
Xələfləri 
Əhməd Türkəl