[go: up one dir, main page]

Monofagiya (q.yun. μόνος – tək; φαγεῖν – yemək) — heyvanların eyni qida hesabına qidalanmaya ixtisaslaşmasının son dərəcəsi. Əsasən, çoxlu növləri olan qruplarda, xüsusən həşəratlarda, bəzi qurdlarda, xərçəngkimilərdəmolyusklarda yayılmışdır. Onurğalılarda çox azdır. Monofagiya bitkiyeyən növlərə (məsələn, uzunburun böcəyin xırda forması yalnız buğda, iriləri isə qarğıdalı ilə qidalanır və s.), həmçinin heyvan parazitlərinə xasdır. Monofagiya bir sıra bərabəryağlı xərçənglər və qansoran parazitlər (gənələr, birələr) üçün də xarakterikdir.[1]

Pandalar bir neçə növ bambukla qidalanır.

İstinadlar

redaktə
  1. Монофаҝија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 52.

Əlavə ədəbiyyat

redaktə
  • Биологический энциклопедический словарь / глав. ред. М. С. Гиляров. — М.: Советская энциклопедия, 1986. — С. 376.