[go: up one dir, main page]

Masonluq

hərəkat

Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.

Mason simvolu
1925-ci ildə tam mason geyimində osmanlı zadəganı Əhməd Nami

Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirmişdir. Masonluğun əsas fikir mərkəzlərindən olan Şotlandiya, İrlandiyaBöyük Britaniyada 400.000 nəfərə yaxın mason mövcuddur. Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən Amerika Birləşmiş Ştatları-nda isə 2 milyon nəfər masonun varlığı məlumdur.[1][2]

Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsrlər boyu müzakirə edilmiş və daim maraq obyekti olaraq qalmışdır.

Masonluğun tam olaraq nə vaxt ortaya çıxdığı bir az mübahisəli məsələdir və təxminlərə əsaslanmaqdadır. İlk mason lojalarının XVII əsrin əvvəllərində Şotlandiyada mövcud olduğunu təsdiqləyən dəlillər var.[3] Bununla bərabər, masonluğun XVII əsrlərin ortalarında İngiltərədə mövcud olduğuna dair dəqiq mənbələr mövcuddur.[4]

Anderson nizamnaməsi

redaktə
border=none  Əsas məqalə: Anderson nizamnaməsi
 
Masonların konstitusiyası olaraq adlandırılan Anderson nizamnaməsinin üz qabığı. (1923)

Anderson nizamnaməsi 1723-cü ildə İngiltərə Böyük Mason Lojasının üzvü Ceyms Anderson tərəfindən hazırlanmışdır. Nizamnamə özündə bir masonun iş və ya məişət şəraitndə necə davranmalı olduğu barədə məlumatlar verir. Bununla yanaşı dövlət və onun hakimiyyəti, din kimi məsələlərdə masonların izləməli olduqları yol göstərilir. Qəbul edildikdən sonra bütün dünyada yerləşən baş lojalar tərəfindən hamılıqla qəbul edilən Anderson nizamnaməsinə sonradan bəzi kiçik əlavə və dəyişikliklər edilmişdir. Bir masonun əməl etməli olduğu əsas qanunlar toplusu hesab olunan Anderson nizamnaməsində, mason olan bir şəxsin qeyri-mason olan bir şəxsə qarşı edə biləcək mümkün davranışları barədə deyilir:

  Danışığınıza və hərəkətlərinizə fikir verməlisiniz ki, iti zəkaya malik olan bir qeyri-mason belə sizin mason olduğunuzu anlamasın. Bəzən, möhtərəm qardaşlığın şərəfi naminə danışdığınız mövzunu dəyişdirə və yaxud həmin şəxs hiss etmədən vəziyyətin axarını başqa məcraya yönləndirməli ola bilərsiniz.  

Nizamnamənin bir digəri bölümündə isə bir masonun məişət və yaxın ətrafında edə biləcək mümkün davranışları barədə belə deyilir:

  Əxlaqlı və ağıllı bir kimsə olaraq hərəkət etməlisiniz. Xüsusi ilə ailənizin, dostlarınızın və qonşularınızın Loja ilə bağlı məlumatları öyrənməsinə icazə verməyin. Bu məsələni diqqətdə saxlayarkən mason qardaşlığının şərəfini daim göz önünə gətirməniz lazımdır. Bununla yanaşı lojanın gələcək işlərində gümrah və sağlam fəaliyyət göstərmək üçün vaxtından çox işləməli və öz sağlamlığınıza daim önəm verməlisiniz. Çox yeməkdən və sərxoşluqdan uzaq durmanız lazımdır.  

İdeologiya və simvolikası

redaktə
 
Kuinsi Mason məbədi

Bəzi lojalarda icmaya ateist düşüncəli insanların qəbulu daha məqbul sayılsa da, ümumilikdə, masonluq da dünyanın dini təhlilinə əsaslanır və üzvlüyü dini mənsubiyyətə görə məhdudlaşdırmır. Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir. Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindən alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. Masonluğun ümumqəbulolunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır. Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır.

Masonluğun əsas dini mənası Allah və insan ruhunun xüsusi enerji halları olmasını iddia etməsindədir. Masonlar bu təlimə əsaslanaraq günah və xəcalət anlayışlarını rədd edir, əvəzində karmaların pozulmasını bəşəriyyət və mason ordeni üçün pis və ya zərərli hesab edirlər. Belə ki, masonların fikrincə ruh şəxssiz substansiya olub başqa bir insan bədəninə ötürülə bilər.

 
Mason simvolu

Pərgar və Xətkeş

Mason simvollarının ən böyüyü olan bu simvoldakı əsas elementlər Pərgar və xətkeş bu təşkilatın ən mühüm simvoludur. Pərgar və üzərinə əyri qoyulmuş xətkeş (üzərinə Fratenidad Universal yazılıb) təşkilatın ən məşhur 1-ci simvoludur. Pərgar bu simvolda sonsuz çevrədəki sonu olmayan insanları, Xətkeş isə bu təşkilata yaraşan ağıllı, qəddar, bilikli və hiyləgər insanları ölçüb — biçib tapdıqlarını bildirir. Həmçinin pərgar və xətkeş bənnaların alətləri olduğuna görə yeni masonlar ilk masonlar olan 4 bənnanın ruhunu əbədi saxlamaq üçün bu simvolikanı öz təşkilatlarının məşhur simvoluna çevirmişlər.

Ölkələrdə masonluq

redaktə

Azərbaycanda masonluq

redaktə

Əslində masonluğun Azərbaycandakı aktiv fəaliyyət tarixçəsi keçən əsrin əvvələrinə təsadüf edir. Rusiyada masonluğun mövcudluğunu, Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq bu o qədər də təəccüblü görünmür.

Hazırda ABŞ-də Böyük magistr dərəcəsinədək yüksəlmiş həmvətənimiz də var. 1938-ci ildə Təbrizdə anadan olan Bağır Heyət gənc yaşlarında İrandan ABŞ-yə mühacirət etmişdir. ABŞ-də ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoymuşdur. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirmiş, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dəki "Nur lojası" və "Azəri lojası"nın qurulmasında fəal iştirak etmişdir.

19 dekabr 2006-cı ildən etibarən o, Vaşinqtondakı lojaların mərkəzi olan "Kolumbiya Dairəsi Böyük Lojası"ına (Grand Lodge of the District of Columbia) başçılıq edən Böyük magistrdir.[5] Azərbaycanda masonların yığıldığı bir çox yer olduğu düşünülür ki, bu yerlərdən biri də Bakıdakı kilsələrin biridir. Mason olmaq fikrində olanlar baş vuracaqları yerlər: Kilsələrin önü, simvolik mənalar daşıyan küçələrin önü və s. yerler olacağı düşünülür. Azərbaycandakı masonluğun başçısı sarı qaşlı üzüklə tanınır. Bu üzük şirin gözünü xatırladır.

Qalereya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Hodapp, Christopher. Freemasons for Dummies. Indianapolis: Wiley, 2005. p.52.
  2. UGLE https://web.archive.org/web/20040206160546/http://www.ugle.org.uk/masonry/YQA-about-freemasonry.htm
  3. Stevenson, David. The Origins of Freemasonry: Scotland's Century 1590-1710. Cambridge: Cambridge University Press. 1988. ISBN 9780521353267. OCLC 17546610.
  4. Coil, Henry Wilson. William M. Brown, William L. Cummings, Harold Van Buren Voorhes (redaktor). Coil's Masonic Encyclopedia. Richmond, Va: Macoy Pub. & Masonic Supply Co. 1961. ISBN 9780880530545.
  5. "Dünyanın ən məşhur 33 dərəcə mason liderlərindən biri azərbaycanlıdır". 2013-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-12.

Xarici keçidlər

redaktə