[go: up one dir, main page]

Marina Svetayeva — (rus. Марина Ивановна Цветаева; 8 oktyabr 1892[3][4][…], Moskva[1][2][…]31 avqust 1941[1][5][…], Alabuqa, Tatarıstan MSSR[1][2][…]) Rus şairəsi, roman yazarı, tərcüməçi

Marina Svetayeva
Марина Ивановна Цветаева
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
Vətəndaşlığı Rusiya imperiyası SSRİ
Uşaqları 3 (bilinmir daxil olmaqla)
Atası İvan Svetayev[2]
Milliyyəti Rus
Təhsili
Fəaliyyəti şair, yazıçı, gündəlik yazıçısı[d], nasir, tərcüməçi
Fəaliyyət illəri 1908—1941
İmza
tsvetayeva.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Marina Svetayeva 1892-ci ildə Moskvada doğulub. Atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi.

Anası Polşa-alman əsilli pianist, qızını da özü kimi musiqiçi görmək istəyirdi. Marina isə şair olacaqdı. Artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazırdı. Anası Marinanın poetik duyumunun zəif olduğunu deyirdi. Anası vərəmdən əziyyət çəkir. İtaliya, İsveçrəAlmaniyada müalicə olunduğundan, qızı da özü ilə bərabər bu ölkələrdə bir neçə il yaşamalı olur. Marina ilk təhsilini Moskvada alır. 16 yaşı olanda Fransanın Sarbon şəhərində qədim fransız ədəbiyyatı üzrə mühazirələrdə iştirak edir. Marina 1910-cu ildə şəxsi hesabına "Axşam albomu" adlı ilk şeirlər kitabını dərc etdirir. Kitab gündəlik üslubunda yazılır. Onun yaradıcılığı məşhur şairlər Valeri Bryusov, Maksimilian VoloşinNikolay Qumilyovu cəlb edir. Bundan bir il sonra yəni 1911-ci ildə elə burda o, 18 yaşlı kadet Sergey Yefronla tanış olur. Tezliklə onlar evlənirlər və qızı Ariadna dünyaya gəlir.

Ailəsinə sədaqətli olmayan şair

redaktə

Sergeyin Marianya olan sevgisi çox qüvvətli idi, buna baxmayaraq, onun başqa şəxslərlə sevgi münasibəti yaşamasına maneə olmurdu. Bu münasibətlərdən biri şair Osip Mandelştampla baş verir, ikinci münasibət isə Sergey üçün böyük dərd olur. Çünki Marinanın budəfəki sevgilisi bir qadın idi. Şairə Sofiya Parnok. 2 il davam edən münasibət hər iki şairənin yaradıcılığına güclü təsir edir. Svetayeva Parnoka "Rəfiqə" adlı şeirlər toplusunu həsr edir. Ayrıldıqdan sonra Mariya ərinə geri dönür. Sonralar o bu münasibəti "həyatının birinci fəlakəti" adlandıracaq. 21-ci ildə o yazır:

  Qadın olaraq yalnız qadınları və ya kişi olaraq yalnız kişiləri sevmək və qəsdən əksini inkar etmək - dəhşətdir.

Qadın olaraq kişini və ya kişi olaraq qadını sevmək və qəsdən qəribə doğmalığı inkar etmək - darıxdırıcıdır.

 
 
Marinanın həyat yoldaşı Sergey

Aclığın gətirdiyi faciə

redaktə

1917-ci ildə Rusiya inqilabı onun ailəsinə bədbəxtlik gətirir. Sergey Ağ ordunun sıralarında döyüşür. Bu dövrdə Rusiyanı bürümüş aclıq Marinadan çox şeyi alır. 1919-cu ildə qızlarını daha yaxşı yedizdiriləcəyini düşünərək kimsəsizlər yurduna aparır. Bir müddət sonra Ariadna xəstələnir. Marina onu geri götürür, ancaq İrina 20-ci ildə aclıqdan elə həmin yurdda ölür. Bu hadisə Marinaya çox pis təsir edir, o, övladının faciəvi ölümündə özünü günahkar bilir.

O, Rusiyadakı inqilaba qarşı idi, adi xalqla ünsiyyətdə olarkən onların qəzəbindən və zorakılıq əhvalından çox sarsılır. Həmin ərəfədə ağ orduya simpatiya hissləri duyulan şerilər və nağıl mövzularında romantik pyeslər yazır.

Rusiyadan qaçış

redaktə

Sovet hakimiyyəti qurulandan sonra, Marina ölkəni tərk etmək üçün icazə ala bilir. 1922-ci ildə Berlinə gəlir. Sonra 3 il Praqada yaşayır. Əri bu şəhərdə politologiya və sosiologiya üzrə təhsil alırdı. Bir müddət yataqxanalarda səfalət içərisində yaşayan Marina şəhər kənarında bir ev tapa bilir. Praqadakı acı günləri xatırlayarkən yazır ki, yedikləri yeganə ət at əti olub.

Yoxsulluğa baxmayaraq, Praqada da Marina nikahdankənar eşq yaşayır. Bu dəfə zabit Konstantin Rodzeviç ilə. Bu münasibət mühacirlər arasında böyük səs-küyə səbəb olur. Sergey mənəvi sarsıntı keçirir.

Elə həmin dövrdən başlayaraq o, Boris Pasternakavstriyalı şair Rainer Mariya Rilke ilə mütəmadi yazışmalar aparır. Rilke bir il sonra ölsə də, Borislə Rusiyaya dönənə kimi yazışmaları davam edir.

1925-ci ildə oğlu Qriqori dünyaya gəlir. Əvvəlcə Marina Pasternakın şərəfinə oğluna Boris adını qoymaq istəyir. Ancaq Sergey "Qriqori" adı üçün təkid edir.

Rusiyaya dönüş

redaktə

39-cu ildə Rusiyaya gələn Marina sarsıntı keçirir. Çünki bütün qapılar onun üzünə qapalı idi. Kömək umduğu sənət dostları ondan üz çevirir. Ən çox ümid bəslədiyi şair Aseyev də yardım etmir. O həyatı üçün qorxur. Sergey və Ariadna isə Rusiyaya gələn kimi həbs olunurlar. Bu dövrdə şeir yazmır. Pul qazanmaq üçün tərcümə işləri ilə məşğul olur. Federiko Qarsiya Lorkanın əsərləri üzərində işləyir. 1941-ci ildə İkinci Dünya müharibəsi ilə əlaqədar yazıçı və şairləri təxliyə edirlər. Bu səbəbdən onun tərcümə işləri də yarımçıq qalır. Təxliyə zamanı Sovetlər Birliyinin bir çox yazarı Çistopola aparılarkən, Marina Tatarıstanda yerləşən Yelabuqaya göndərilir. Marina Çistopola gələrək "Liftfond"un yeni açılmış yeməkxanasında qabyuyan kimi işə götürülmək üçün ərizə yazır. Şair Valentin Parnakx qapıçı vəzifəsinə götürülsə də, Marina işsiz qalır və ümitsizlik içərisində Yelabuqaya qayıdır.

 
1913-cü ildə Marina Svetayeva

Tanrı və Allah

redaktə

Marina Tanrı və Allaha inanmırdı, amma buna baxmayaraq şeirlərində tanrını və allahı tənqid və ittiham edirdi. Yazdıqlarından bəzi sözlər.

  ...Tanrı və Allah! Ürəkdən möcüzə istəyirəm

Bu dəqiqə, indi, günün başlanğıcında!

Ver mənə ölüm, hələki

Bütün həyatım kitabdı mənimçün.

 
  ...Tanrı, qınama məni

Sən dünyada qadın olmamısan!

 

İntiharı

redaktə

Marina həmkarı Vladimir Mayakovskin intiharına çox üzülmüşdü. Mühacirətdə olmasına, antisovet həyat tərzi yaşamasına baxmayaraq, onun ölümünə şeirlər həsr etmişdi. 11 il sonra, 1941-ci ildə kəndir ilə özünü Tatarıstan, Yelabuqa şəhərində asaraq intihar etmişdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə