[go: up one dir, main page]

Məlalə Yusəfzay

Malala Yousafzai (puşt. ملاله یوسفزۍ; 12 iyul 1997[1][2][…], Minqora, Pakistan) — Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist. Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır[3]. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban, qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir.

Məlalə Yusəfzay
puşt. ملاله یوسفزۍ
Doğum tarixi (27 yaş)
Doğum yeri Mingora, Şimal-qərbi sərhədyanı vilayət, Pakistan
Fəaliyyəti bloger[d], insan hüquqları fəalı, memuarçı, yazıçı, qadın hüquqları fəalı[d]
Mükafatları Nobel mükafatı
malala.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Onun ailəsi doğulduğu Kiber Partunxva regionda məktəblər şəbəkəsini idarə edirdi. Bənəzir Bhuttonu və Cinnahı özünə rol model seçərək və atasının düşüncəsindən ilhamlanaraq humanitar işə yönəlir[4]. Malala 2009-cu ilin əvvəllərində, 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick New York Times üçün onun həyatından bəhs edən sənədli film hazırlayır[5]. Qısa müddətdə o, tanınmağa başlayır, televizor kanallarına və nəşrlərə müsahibələr verir. Aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunur.

Sui-qəsd cəhdi

redaktə

Məlalə 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfində güllələnir. Güllə yarası almış Məlalə Ravalpindi Kardiologiya institutuna yerləşdirilir və özünə gəldikdən sonra Birləşmiş Krallığın Birminhem şəhərində yerləşən Kraliça Elzavet xəstəxanasına göndərilir[6]. Qəsd cəhdi milli və beynəlxalq səviyyədə ona güclü dəstək qazandırır. 2013-ün yanvarında Deutsche Welle yazırdı "o dünyada ən məşhur yeniyetmə ola bilər[7]".

Sui-qəsd cəhdinə reaksiyalar

redaktə
 
Oval kabinetdə, 11.10.2013

Ona olunan hücumdan bir həftə sonra əlli aparıcı müsəlman din xadimi fətva verərək ona olunan hücumu pislədilər[8]. Taliban rəsmiləri isə hücumun dinin tələbi olduğunu bildirdilər və hücumun təkrarlanacağını qeyd etdilər. Pakistanın daxili işlər naziri Rəhman Məlik, Taliban qrupu əleyhinə çıxış edib, qadınların təhsil hüquqlarını müdafiə edən yeniyetmə qızı güllə ilə vuran talibançının kimliyinin müəyyən edildiyini və yaxın zamanda həbs ediləcəyini bildirib. Pakistan silahlı qüvvələrinin komandanı general Aşfaq Kiyani Məlalə Yusəfzaya xəstəxanada baş çəkib və hücumçuları qınayıb.

Pakistanın siyasi və dini liderlərilə yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai və ABŞ rəsmiləri hücumu pisləyib. ABŞ Dövlət katibi Hillari Klinton Məlalə Yusəfzayın cəsarətini yüksək qiymətləndirərək, silahlıların qadının gücü qarşısında zəiflədiyini deyib.

Pakistan hökuməti Məlaləyə atəş açan şəxsin yeri haqqında məlumat verənlərə 105 min ABŞ dolları məbləğində mükafat təyin etdi.

Müalicəsi

redaktə

15 oktyabr 2012-ci il tarixində müalicəsini davam etdirmək üçün İngiltərənin Birminhem şəhərindəki "Kraliça Yelizaveta" xəstəxanasına aparılıb. Bu xəstəxananın əsas xüsusiyyəti, Əfqanıstanİraqda yaralanan Böyük Britaniya hərbçilərinin müalicəsində ixtisaslaşmasıdır. Artıq 17 oktyabrda Məlalə komadan ayılıb və 26 oktyabrda valideynləri ilə görüşməsinə icazə verilib.

2013-cü il 4 yanvarda ambulator müalicəni davam etdirmək üçün Birmingem xəstəxanasından evə buraxılıb.[9]

Məlalə günü

redaktə

BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan etmişdir. Bu gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirməlidir.[10] Pan Gi Mun Məlaləni hər bir qızın təhsil almaq hüququnun "qlobal simvol"u kimi təqdim etmişdir. BMT Baş katibinin Dünyada təhsil üzrə şəxsi nümayəndəsi, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun 2012-ci il noyabrın 10-da Məlalənin doğum günü olan 12 iyul tarixinin Məlalə günü elan edildiyini bəyan etmişdir. Məlalə günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilmişdir.[11] Məlalənin BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalmışdır:

"Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur."

Nobel Sülh Mükafatı

redaktə

Sağaldıqdan sonra, Malala tanınmış təhsil fəalı olur. Birminhem şəhərində yerləşərək, qeyri-kommersiya təşkilatı olan Malala Fondunu yaradır və 2013-cü ildə beynəlxalq bestseller olan "Məm Malalayam" kitabının həm müəllifi olur. 2012-ci ildə o, Pakistanın ilk Milli Gənclik Sülh mükafatına, 2013-cü ildə Saxarov Mükafatına layiq görülür[12]. 2014-cü ildə Kailaş Satiarti ilə birlikdə uşaqlara və gənc insanalara qarşı mübarizəyə və uşaqlar təhsil almaq hüququ uğrunda fəaliyyətlərə görə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur.  

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Malala Yousafzai // Brockhauz Ensiklopediyası (alm.).
  2. Malala Yousafzai // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Arxivlənmiş surət". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  4. "Arxivlənmiş surət". 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  5. "Arxivlənmiş surət". 2018-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  6. "Arxivlənmiş surət". 2017-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  7. "Arxivlənmiş surət". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  8. "Arxivlənmiş surət". 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  9. "Arxivlənmiş surət". 2013-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  10. Global Malala Day to call for girls' education Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine — BBC News
  11. Malala Day: Youth take over the General Assembly Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine — UN.org
  12. "Arxivlənmiş surət". 2013-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.