[go: up one dir, main page]

Lozanna müqaviləsi (1923)

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə

Lozanna müqaviləsi1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni DardanelBosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi. "Lozanna" müqaviləsi həm də Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.

Lozanna müqaviləsi
İmzalanma tarixi 24 iyul 1923
İmzalanma yeri
Tərəflər Türkiyə, Birləşmiş Krallıq, Üçüncü Fransa Respublikası, İtaliya krallığı, Yaponiya imperiyası, Yunanıstan, Serblər, xorvatlar və slovenlər krallığı[d]Rumıniya Krallığı
Dili fransız dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar