Kösedağ döyüşü
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir.
Kösüdağ döyüşü | |||
---|---|---|---|
Tarix | 1243 | ||
Yeri | Kösedağ, Sivas, Türkiyə | ||
Səbəbi | Monqolların Anadolu Səlcuqları ərazilərinə soxulması | ||
Nəticəsi | Monqolların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMonqollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı I Əlaəddin Keyqubad çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğlu II Qiyasəddin Keyxosrovun zamanında monqollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum etdilər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün İrandakı monqol orduların başına Baycu Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Baycu Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Baycu noyan İshaq üsyanından və Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən faydalanaraq 1242-ci ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır. Bu xəbəri alan gənc və təcrübəsiz Sultan Qiyasəddin Keyxosrov 80 000 nəfərlik ordusu ilə birlikdə Sivasa hərəkət edir. Sultanın Sivasda olduğu xəbərini alan Baycu noyan Sivas üzərinə hücum edir və döyüşdə qalib gəlir.
İstinadlar
redaktəMənbə
redaktə- Faruk Sümer. Kösedağ Savaşı // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XXVI. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2002, s. 272-273.