Jerar Depardye
Jerar Depardye (fr. Gérard Xavier Marcel Depardieu, 27 dekabr 1948[1][2][…], Şatoru, Endr, Fransa[5]) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktor, Fransanın tanınmış kinoaktorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv komersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.
Pãmęlæ Bēllåmÿ | |
---|---|
fr. Pamela Bellamy | |
Doğum adı | Gérard Xavier Marcel Depardieu[4] |
Doğum tarixi | 27 dekabr 1948[1][2][…] (75 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Fransa→ Rusiya (3 yanvar 2013-cü ildən)[3] |
Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, kinorejissor, film prodüseri, televiziya prodüseri[d], iş adamı, aktyor, səsləndirmə aktyoru[d], müğənni |
Fəaliyyət illəri | 1965-ci ildən |
Boyu | 1,8 m |
Mükafatları |
"Qızıl Qlobus" (1991) "Sezar" (1981 və 1991) |
IMDb | ID0000367 |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.[6]
3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.[3]
Filmoqrafiya
redaktə- Axırıncı metro (film, 1980) / Le Dernier Métro
- Uğursuzlar (film, 1981) / La Chèvre
- 1492: Cənnətin fəthi (film, 1992) / Xristofor Kolumb
- Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
- Çəhrayı həyat (film, 2007) / La Vie en rose
İstinadlar
redaktə- ↑ 1 2 Gerard Depardieu // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Gérard Depardieu // filmportal.de. 2005.
- ↑ 1 2 "Владимир Путин подписал указ о приёме в гражданство Российской Федерации Жерара Депардьё". kremlin.ru. 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-06.
- ↑ Journal officiel de la République française, Journal officiel de la République française. Document administratif (fr.). 1868. ISSN 0242-6773
- ↑ 1 2 http://www.telegraph.co.uk/culture/film/7981900/Juliette-Binoche-and-Gerard-Depardieu-Une-entente-thats-far-from-cordiale.html.
- ↑ http://medeniyyet.az/site/?name=content&content=390[ölü keçid]
Xarici keçidlər
redaktə Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |