[go: up one dir, main page]

Hipotez

tutarlılığı qəbul edilən, lakin təsdiqlənməmiş bəyan

Hipotez (q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia.

Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur.

Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməlifakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər.

Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.

Hipotezlərin formalaşdırılması və onların düzgünlüyünün yoxlanılmasında mülahizə metodu kimi analogiyaların böyük əhəmiyyəti vardır. Analogiya iki obyekt arasında hər hansı bir xüsusi haqqında mülahizə yürütməkdir. Bu oxşarlıq əhəmiyyətli və əhəmiyyətsiz dərəcədə ola bilər. Müasir elmi hipotezlər bir qayda olaraq təcrübəyə yoxlanılmış elmi müddəaların analogiyasina görə yaradılırlar. Analogiya hipotezi eksperiment ilə əlaqələndirilir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemler və məntiqi quruluşlar model adlandırılırlar.

Hipotezin inkişaf mərhələləri

redaktə

Əqli nəticə kimi hipotezin də kökləri vardır. Bu baxımdan hipotezin qurulmasının konkret mərhələlərini qeyd etmək olar:

Birinci mərhələ verilmiş faktlar dairəsini izah edən səbəb haqqında fərziyyənin yürüdülməsidir.

İkinci mərhələ ehtimali müddəalardan deduktiv yolla müxtəlif nəticələrin çıxarılması və onların təcrübi faktlarla tutuşdurulmasıdır.

Üçüncü mərhələdə diqqətli yoxlamalar nəticəsində hipotez ya təsdiq, ya təkzib olunur. Təsdiq olunan hipotez həqiqi biliyə çevrilir.

Hipotezin növləri

redaktə

Hipotezin üç növü vardır:

Ümumi hipotez

redaktə

Ümumi hipotezdə hadisə, yaxud hadisələr qrupu nəzərdən keçirilir, burada təbii və ictimai hadisələrin qanunauyğunluqları haqqında fərziyyələr yürüdülür, nəticədə qanun kəşf olunur.

Xüsusi hipotez

redaktə

Xüsusi hipotezdə hadisə və proseslərin ayrıca tərəfi, xassəsi haqqında mülahizələr yürüdülür. Konkret tarixi hadisələrin qarşılıqlı əlaqəsi, ayrı-ayrı şəxsiyyətlərin tarixi fəaliyyəti, cinayətin ayrı-ayrı tərəfləri, məqamları haqqında yürüdülən fikirlər xüsusi hipotezləri bildirir.

İş hipotezi

redaktə

İş hipotezində isə verilmiş problem haqqında müəyyən informasiyalar toplanır, təhlil edilir və tədqiqatçıya konkret istiqamət verilir. Bu hipotez, xüsusilə təbii-elmi eksperimentləşdirmə sahəsində geniş yayılmışdır.

Hipotezin şərtləri

redaktə

Elmi idrakın forması kimi hipotez bir sıra şərtlərə tabedir:

  1. Konkret hadisə və proseslər haqqında irəli sürülən və izahı tələb olunan faktik materiallarla, elmdə qəbul olunmuş qanun və nəzəriyyələrlə zidiyyət təşkil etməməlidir;
  2. Prinsip editabilə yoxlanılmalıdır;
  3. Geniş hadisələr dairəsini əhatə etməklə, onların bütöv bir qrupuna tətbiq olunmalıdır;
  4. Sadə olmalıdır, yəni mümkün qədər az sayda prinsip və mülahizələr əsasında qurulmalıdır;
  5. Nəzərdən keçirilən hadisə və faktlara oxşar olmaqla, çoxlu proses və hadisələri izah etməlidir;
  6. Tədqiq olunan hadisələrlə yanaşı, həmin qrupa aid olmayan proses və hadisələrin varlığını da qabaqcadan söyləməlidir;
  7. Ümumi elmi prinsiplərə və dialektik-məntiqi qanunlara, onun əsas müddəalarına uyğun gəlməlidir;
  8. Nəticələri deduktiv yolla əsaslandırılmalıdır.

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  1. "Sistemlərin modelləşdirilməsi" İ. Ə. İbrahimov və b., Bakı −1986
  2. "Моделирование систем" Б.Я. Советов, С.А. Яковлев, Москва-1985
  3. "Məntiq" M. M. İsrafilov, Bakı-2005