[go: up one dir, main page]

Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı GünüHanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür.

Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir.

Mənşəyi və tarixi

redaktə
 
Hunmincongım

Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi.

1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı.

Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.

1940-cı ildə Hunmincongım heryenin orijinal nüsxəsi aşkar edildi. Bu nüsxəyə əsasən  Hunmincongım sentyabr ayının əvvəlində kitab şəklində nəşr olunduğu qeyd olunur. Nəticədə 1446-cı ilin sentyabr ayının son günü ay təqvimi ilə sentyabrın 10dur, Yuli təqvimi ilə hesablandıqda isə 9 oktyabr tarixinə düşür.

Koreya Respublikası

redaktə

15 avqust 1945-ci il azad olunduqdan sonra Koreya hökuməti 9 oktyabr tarixini Hangıll Günü kimi qəbul edib rəsmi tətil kimi elan etdi.

4 iyun 1949-cu ildə Prezidentin "Dövlət idarələrində ümumi tətil haqqında" [1] fərmanı qüvvəyə mindi və "9 oktyabr" Koreya dövlət bayramı olaraq təyin edildi.1949-cu ildən 1990-cı ilə qədər Hangıl Günü hər il 9 oktyabr rəsmi bayram kimi qeyd olundu.

1 oktyabr 1949-cu ildə "Milli Günlər haqqında Qanun" qüvvəyə mindi.[2] Həmin vaxt milli bayramlara 1 Mart İstiqlal Hərəkatı Günü, Konstitusiya günü, Koreya milli azadlıq günü, Geçoncol daxil edilsə də, Hangıl günü bu milli bayramlar sırasına daxil olmadı.

15 İyun 1970-ci ildə "Dövlət Tətilləri haqqında Qaydalar"[2] dəyişdirildi və Hangıl Günü davamlı olaraq ictimai tətil kimi keçirildi.

15 may 1982-ci ildə "Müxtəlif Yubileylər və s. Haqqında Əsasnamə" [3] yenidən işləndi və Hanqıl günü ora daxil edildi.

21 Fevral 1984-cü il tarixində "Koreya Respublikasının Bayrağı haqqında Əsasnamə" nin qüvvəyə minməsi ilə [4] 12-ci maddəyə əsasən dövlət bayrağının milli bayramlar, Silahlı Qüvvələr Günü və Anma Günü ilə birlikdə Hangıl günündə də qaldırılması qərara alındı. 1984-cü ildən bu günə qədər hər il 9 oktyabrHangıl günündə dövlət bayrağı qaldırılır.

İstinadlar

redaktə
  1. ""국경일에관한법률", 1949.10.01. 제정, 법률 제53호, 시행 1949.10.01". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  2. 1 2 ""관공서의공휴일에관한규정", 1970.6.15. 전부개정, 대통령령 제5038호, 시행 1970.6.15". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  3. ""각종기념일등에관한규정", 1982.5.15. 일부개정, 대통령령 제10824호, 시행 1982.5.15". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  4. ""대한민국국기에관한규정", 1984.2.21. 제정, 대통령령 제11361호, 시행 1984.2.21". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.