[go: up one dir, main page]

Gernsi funtu (ing. Guernsey pound) — Gernsi valyutası. 1921-ci ildən Böyük Britaniya ilə valyuta ittifaqında olduğundan sərbəst valyuta deyil və funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Gernsi funtu bütün Böyük Britaniya ərazisində ödənişə qəbul edilir.

Gernsi funtu
Dövriyyə ərazisi
Emitent ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1 Gernsi funtu

1834-cü ilədək Gernsidə valyuta kimi fransız livri işlədilirdi. Sonradan 1921-ci ilədək ödənişə Fransa frankı qəbul edilməyə başlandı. 1827-ci ildən yerli funt əskinazları buraxılmağa başlandı. 1830-cu ildən dubl sikkələri dövriyyəyə daxil oldu (80 dubl 1 frank idi).

1848–1850-ci illərdə adada funtlar işlənməyə başladı (12.5 Gernsi pensi 1 şillinq idi). 1914-cü ildə yeni əskinazlar dövriyyəyə girdi. 1921-ci ildən Gernsi adasında valyuta kimi ancaq funt işləməyə başladı və yerli funt Britaniya funtuna bərabər götürüldü. 1971-ci ildən funt onluq sistemə keçdi.