[go: up one dir, main page]

Feliks Blox

İsveçrəli fizik

Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə).

Feliks Blox
ing. Felix Bloch
Doğum tarixi
Doğum yeri İsveçrə, Sürix
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri İsveçrə, Sürix
Vətəndaşlığı İsveçrə İsveçrə, ABŞ ABŞ
Milliyyəti isveçrəli
Elm sahəsi fizika
İş yeri Stenford Universiteti
Alma-mater İsveçrə Federal Texnologiya İnstitutu, Leypsiq Universiteti
Təhsili
Elmi rəhbəri Verner Heyzenberq
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı (1952)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

redaktə

Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.

Feliks Blox bərk cism nəzəriyyəsinin əsasını qoymuşdur: metalların elektron keçiriciliyini, onun temperaturdan asılılığını tədqiq etmişdir, kristalların zona nəzəriyyəsini təkmilləşdirmiş, ifratkeçirici və aşağı temperaturlu ferromaqnetizm nəzəriyyəsini, yüklü zərrəciklərin maddədə tormozlanması nəzəriyyəsini zənginləşdirmişdir. Bərk cism fizikasının bir çox düsturları, teoremləri və başqa anlayışları Bloxun adını daşıyır. 1946-cı ildə (E. Pörseldən asılı olmayaraq) nüvə maqnit rezonansını kəşf etmiş, onun nəzəriyyəsi və tətbiq üsullarını işləyib hazırlamışdır. Spin dalğaları anlayışını elmə daxil etmişdir.[2]

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 NNDB (ing.). 2002.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 199. ISBN 978-9952-441-03-1.