[go: up one dir, main page]

Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru.

Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu
Famil Həşimov
Famil Həşimov
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1935(1935-12-31)
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1991(1991-12-31) (56 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Partiya
Təhsili
İxtisası İqtisadçı
Fəaliyyəti jurnalist
Atası İsfəndiyar Həşim oğlu Həşimov
Anası Qönçə Qəhrəman qızı Həşimova

Təltifləri Sosializm yarışı qalibi

Həyatı

redaktə

Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir.[1]

1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir.[2]

1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır.

1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.[3]

Jurnalistlik istedadı və qabiliyyəti F.Həşimovu yenidən ilk iş yeri olan "Avanqard" qəzetinə gətirdi. 1966-cı ildən 1979-cu ilə kimi – 13 il fasiləsiz olaraq "Avanqard" qəzetində redaktor vəzifəsində işlədi.

O, bu müddət ərzində qəzetin yüksək ideya-siyasi səviyyədə çıxmasına nail olmaqla bərabər, gənc jurnalist kadrlarının yetişməsində də böyük səy göstərmişdir.

Yüksək ideoloji və təşkilatçılıq bacarığına görə Famil Həşimov 1979-cu ildə Qubadlı Rayon Partiya Komitəsinin katibi seçilir.

1981-ci ildən F.Həşimov yenidən kənd təsərrüfatı işinə qayıdır. Həmin ildən 1991-ci ilin sonuna, yəni, ömrünün axırınadək (ardıcıl olaraq) Qubadlı Rayon kənd Təsərrüfatı idarəsinin rəisi, 1982-ci ildən rayon Aqrar-Sənaye Birliyinin sədri və rayon Aqrokombinatının Baş Direktoru vəzifələrində işləmişdir.

1986-cı ildə F.Həşimov Azərbaycan KP MK-nın XXXI qurultayının nümayəndəsi (Qubadlı tarixində ilk və son) Sov.İKP MK-nın XXVII qurultayına nümayəndə seçilmişdir. Böyük yaradıcı potensiala, tükənməz enerjiyə malik bu insan yaxşı təşkilatçı, bacarıqlı təsərrüfat idarəedicisi idi.

F.Həşimov aqrar sahəyə rəhbərlik etdiyi dövrdə Qubadlı rayonunda kənd təsərrüfatı sürətlə inkişaf etmiş, camaatın maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Yeni texnologiyanın rayona gətirilməsi, mal-qaranın cins tərkibinin yenilənməsi, bütünlükdə heyvandarlığın sənaye təməlinə keçiriməsi, əməyin təşkilinin mütərəqqi metodlarının bacarıqla tətbiqi rayonu qabaqcıl təcrübə məktəbinə çevirmişdi. Hər il rayona keçici bayraqlar, mükafatlar verilirdi. F.Həşimovun kənd təsərrüfatında işləyənlərin güzəranının yaxşılaşmasına təsir edən ən başlıca xidməti əmək münasibətlərində yeni, mütərəqqi üsula keçirilməsini təmin etmək idi.

F.Həşimov vətənpərvər insan idi. Azərbaycan torpaqlarına erməni təcavüzünün başlandığı 1988-ci ildən gecəli-gündüzlü sərhəd kendlərində, ən qaynar nöqtələrdə olması Famil müəllimin səhhətinə təsirsiz ötüşmədi.

F.Həşimov 31 dekabr 1991-ci ildə - doğum günündə 56 yaşı tamam olduğu gün ürəyi qəflətən dayandı, əbədiyyətə qovuşdu.[1]

Mükafatları

redaktə
  • Rəşadətli əməyə görə (1970);
  • Sosializm yarışının qalibi (1973);
  • IX beşilliyin zərbəçisi (1975);
  • XI beşilliyin zərbəçisi (1984);
  • Sov.İKP MK XXVII qurultayının nümayəndəsi

İstinadlar

redaktə
  1. 1 2 "F.İ.Həşimov" (nekroloq), "Bərgüşad" qəzeti, №1 (4725), 3 yanvar 1992-ci il. səh.5
  2. Çərkəz Qubadlı (Məmmədov), "Eyni günün ömür yolu", "Bərgüşad" qəzeti, №25(4721), 1-31 dekabr 2004. səh.3
  3. Razim Əliyev, "Unudulmaz şəxsiyyət, gözəl insan", "Sözün sehri" qəzeti, №12(53), 01-31 dekabr 2015.