[go: up one dir, main page]

Dəmirçilər (Qubadlı)

Qubadlı rayonunda kənd

DəmirçilərAzərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir.

Dəmirçilər
39°18′54″ şm. e. 46°36′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dəmirçilər xəritədə
Dəmirçilər
Dəmirçilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda DəmirçilərMuradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub ailələr salmışlar. Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da kəndlər var.

Toponimikası

redaktə

Dəmirçilər kəndi Bazarçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.[1]

Dəmirçilər məscidi

redaktə

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.[2]

Coğrafiyası və iqlimi

redaktə

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km. cənubda, Dondarlı sovetliyində, Bazarçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Qalereya

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. "Qarabağın qədim məscidləri". 2010-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-16.

Həmçinin bax

redaktə