[go: up one dir, main page]

Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343[1], London, İngiltərə krallığıtəq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi.

Cefri Çoser
brit. ing. Geoffrey Chaucer
Doğum tarixi təq. 1343[1]
Doğum yeri
Vəfat tarixi təq. 25 oktyabr 1400
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti dilçi, şair, söz yazıçısı[d], filosof, siyasətçi, tərcüməçi, astroloq, yazıçı
Janr poeziya
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransaİtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.

Yaradıcılığı

redaktə

Cefri Çoser əsərlərini qəmgin deyil, pozitiv əfval-ruhiyyədə yaratmışdır. Əsas toxunduğu mövzular isə din, məhəbbət və qəhrəmanlıq hekayələridir. O bədii yaradıcılıqla yanaşı, tərcümə işi ilə məşğul olmuşdur. Əsərlərində özündən əvvəlkilərdən fərqli olaraq İngilis dilində yazmışdır. 1386-cı ildə yazdığı "Kenterberi hekayələri"ni İtaliya yazıçısı C.Bokkaççonun "Dekameron" əsərinin təsiri altında yazmışdır. XVII əsrin sonunda yaşamış ingilis tənqidçisi və şairi Con Drayden onu "ingilis dilinin banisi" adlandırmışdır.

Əsərləri

redaktə
  • The Book of the Duchess (1369)
  • The Parliament of Fowls (1380)
  • The House of Fame (1380)
  • The Legend of Good Women
  • Troylus and Cryseyde
  • The Canterbury Tales (1386)
  • The Book of the Lion

Tərcümələri

redaktə
  • Romaunt of the Rose
  • De Consolatione Philosophiae
  • Treatise on the Astrolobe

İstinadlar

redaktə

Mənbə

redaktə
  • "İngilis ədəbiyyatı antologiyası", iki cilddə, I cild, Bakı,2007.səh.4–5.

Xarici keçidlər

redaktə