[go: up one dir, main page]

Boris Delone (3 (15) mart 1890[2][3], Sankt-Peterburq[4]17 iyul 1980[2][1], Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. 

Boris Delone
Бори́с Никола́евич Делоне́
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti Rus
İxtisası Alpinist
Təhsili
Fəaliyyəti Ümumi cəbr, Hesablama həndəsə, riyazi kristalloqrafiya
Elmi dərəcəsi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransızalman nəşrlərində istifadə edirdi.

Həyatı

redaktə

Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır.[5]

Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir.[6] 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, QafqazdaAltayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır. 1930-cu ildə SSRİ ərazisində alpinistlik üzrə magistr dərəcəsi alalardan biri idi. Boris Delone daha sonralar Nobel mükafatı laureatı alan İqor Tam ilə birlikdə dağlarda turist düşərgələrinin əsasını qoyub.

Boris Delone müasir cəbr və ədədlərin həndəsi xüsusiyyətləri sahələrində də çalışmışdır. O, müasir riyazi kristalloqrafiya və kristaların ümumi riyazi modelinin inkişafında Evqraf Fyodorov, Herman Minkovskiy, Qeorqey Voronoy kimi müxtəlif riyaziyyatçıların əsərlərindən istifadə etmişdir.[7] Boris Delone 1934-cü ildə hazırda Delaunay Trianqulyasiya kimi adlandırılan məfhumu da kəşf etmişdir,[8] riyaziyyatda Delone kombinasiyası da onun şərəfinə adlandırılıb. Aleksandr Aleksandrov və İqor Şafareviç onun tanınmış tələblərindəndir.

Boris Delone 1929-cu ildə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir[9]. O, həmçinin 1934-cü ildə Leninqradda keçirilən Sovet İttifaqında ali məktəb tələbələri üçün ilk riyazi olimpiadanın da təşkilatçısı olmuşdur.[9][10]

Kitabları

redaktə
  • Delone, B. N.; Raikov, D. A. (1948, 1949).  Analitik Həndəsə (2 cilddə) Dövlət Texniki Nəşriyyatı, Rusiya
  • Kolmoqorov, A. N., et al. (1969). Riyaizyyat; Onun məzmunu, metodları və mənası, Analitik Həndəsə bölməsi B. N. Delone ilə. MİT Nəşriyyatı( Tərcümə)

İstinadlar

redaktə
  1. 1 2 3 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. http://www.mi.ras.ru/index.php?c=inmemoriapage&id=25811&l=1.
  4. Делоне Борис Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Memoirs Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine by Boris Rozenfeld, p. 61 (in Russian)
  6. "Boris Delaunay – Master of mountain climbing". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
  7. Senechal, Marjorie (1995), Quasicrystals and Geometry, Cambridge: Cambridge University Press
  8. Delaunay, Boris (1934), "Sur la sphère vide", Otdelenie Matematicheskikh i Estestvennykh Nauk7, pp. 793–800
  9. 1 2  Boris Nikolaevich Deaunay (in Russian) Arxivləşdirilib 2020-07-27 at the Wayback Machine, Division of Higher Geometry and Topology, Mathematics and Machanics Department, Moscow State University.
  10.  S. S. Ryshkov, D. K. Faddeev and M. I. Shtogrin Boris Nikolaevich Delone (on the occasion of his eightieth birthday). Arxivləşdirilib 2020-01-12 at the Wayback Machine Russian Mathematical Surveys, vol. 26 (1971), pp. 199–203; p. 200

Xarici keçidlər

redaktə