[go: up one dir, main page]

Bolqatanqa (Qana)

Xalq arasında Bolqa olaraq bilinən Bolqatanqa (ing. Bolgatanga), Qananın Bolqatanqa Bələdiyyə Bölgəsi və Yuxarı Şərq bölgəsinin Burkina Faso sərhəddinə bitişik bir şəhəri və paytaxtdır . Bolqatanqanın 2012-dən çox yaşayış məntəqəsi və təxminən 66.685 əhalisi var. Bolqatanqa, Tamalenin 161 km (təxminən 100 mil) şimalındadır . Bolqatanqa, Qızıl Volta çayı vadisində ( fillərin önəmli bir köç yoludur), Ağ Volta çayı və qəsəbənin cənubundakı Qambaqa Qayalıqları Yuxarı Şərq bölgəsinin cənub sərhəddini təşkil edir.

Bolqatanqa
ing. Bolgatanga
10°47′08″ şm. e. 0°51′05″ q. u.HGYO
Ölkə Qana
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 177 m (581 fit)
İqlimi subekvatorial
Saat qurşağı UTCQrinviç saatı
Əhalisi
Əhalisi

• Toplam

66.685 nəfər (2012)
Digər
bolma.gov.gh
Xəritəni göstər/gizlə
Bolqatanqa xəritədə
Bolqatanqa
Bolqatanqa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolqatanqa adı guresi bolba "miqrantlar" və tanŋa "piramida" sözlərindən əmələ gəlmişdir. Tarixən Bolqatanqa qədim Trans-Sahara ticarət yolunun cənub terminalında yerləşirdi. Şərq marşrutu Bolqatanqa yaxınlığındakı Sahelian marşrutu ilə birləşirdi. Marşrut boyu əl işləri, xüsusən də saman səbətləri, papaqlar və geyimlər, həmçinin dəri məmulatları, metal zərgərlik və yerli geyimlər - kola, qoz-fındıqlara və duza dəyişdirildi. Bolqatanqanın yerləşdiyi Yuxarı Şərq Bölgəsi əvvəllər Yuxarı Region kimi tanınan ərazinin bir hissəsidir. 1902-1960-cı illər arasında Şimal Ərazisi Britaniyanın protektoratı idi. 1 iyul 1960-cı ildə Şimal və Yuxarı Bölgəyə ayrıldı. Yuxarı Bölgə 1983-cü ildə Yuxarı Şərq və Yuxarı Qərb Bölgələrinə bölündü.

İqlimi

redaktə

Subekvatorial iqlim qurşağında yerləşir buna görə də yayda ekvatorial iqlimin təsiri ilə bol yağıntı alır qışda isə tropik iqlimin təsiri ilə quraq olur. [1]

Bolqatanqada həyat

redaktə

Bolqatanqa, böyük bir mərkəzi bazarıyla Yuxarı Şərq Bölgəsinin zərgərlik mərkəzi olaraq bilinir . Yuxarı Şərq Bölgəsinin başqa yerlərində olan əşyalardan başqa Bolqatanqada saxta "Bolqa papaqları" düzəldilir və satılır. Bolqatanqa və çevrəsindəki yaşayış məntəqələri eyni zamanda ən böyük dəri əşya, hörmə səbət və önlük istehsalçılarını əhatə edir. [2]. Sənətçilər, hər üç gündə bir açılan Bolqatanqa Bazarında əsərlərini satırlar. Qəsəbədə Yuxarı Şərq Bölgəsinin tarixi önəmə sahip obyktlərini saxlayan bir muzey də vardır .

Peşə və yeməklər

redaktə

Əkinçilik, Bolqa xalqının əsas peşəsidir. Yağışlı mövsümdə darı, qarğıdalı, beç qarğıdalısı, çəltik, lobya, yer fıstığı ve şirin kartof, quraq mövsümdə isə sulu soğan, pomidor və bibər əkinçiliyi edilir.Təqribən hər əkinçi ən azından bir quş və ya heyvan bəslər.

Bolqa xalqının əsas yeməyi darı, qarğıdalı və ya yarpaq şorbası (beto), çəltik lapası ilə Qvineya darı unu ilə edilən Tuo Zaafidir. [3]

İstinadlar

redaktə
  1. http://www.meoweather.com/history/Ghana/na/10.7855556/-0.8513889/Bolgatanga.html?units=f#/ Arxivləşdirilib 2018-11-17 at the Wayback Machine Hava durumu ortalamaları
  2. https://web.archive.org/web/20140419025336/http://www.bolga.ghanadistricts.gov.gh/ Qana regionları
  3. https://web.archive.org/web/20140317232152/http://www.touringghana.com/regions/uppereast_region.asp/ Bolqatanqa turizmi