Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir[1].
Coğrafiya
redaktəOsmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir. Vilayətin ancaq az bir qism ərazisi kənd təsərrüfatının əkinçilik sahəsinə cəlb edilir. Böyük hissə isə iynə və enli yarpaq meşələrlə örtülüdür.
İri yaşayış məntəqələri: Qorni-Zalukovik, Vrli-Kray, Qerovi, Baçiçi, Vişnisa, Nuriçi, Pomol, Beçiçi, Qorne-Vrsine, Done-Vrsine, Zaklopaça, Zaqradje. Əsas məşquliyyət — meşə təsərrüfatı və heyvandarlıq.
Tarixi
redaktəTürk hakimiyyəti dönəmində «Birçe» olaraq adlandırılırdı. XVI əsrin sonlarından etibarən Birçedə kadılık təşkil edilir. Ora Knejina, Nova-Kasaba və Vlasenisa şəhərləri daxildir. Kadılık ərazisinə Lovnisa monastrı daxildir. region bütün tarixi dövrlərə aid tikililər, yollar, binalar, qalalar və kilsələrə sahibdir.
İkinci Dünya müharibəsi dövründə Biraçda Tito və Yutqoslav partizanları arasında şiddətli döyüşlər gedirdi.
1990-cı ilin noyabrında Bosniya və Herseqovina azad seçkilər sonrası Bosniya serbləri özlərinin muxtariyyatlarını təşkil edirdilər. Artıq 1991-ci ilin sentyabrında Bosniya və Herseqovina tərkibində ilk Serb muxtariyyatı təşkil edilmişdir.[2]. Noyabrın 9-da Bosniya serbləri Assambleyasının qərarı ilə -Biraş Muxtar Vilayəti ilə təkil edilmişdir, 21 noyabrda isə ləğv edilmiş və Rumıniya-Biraç Muxtar vilayətinə birləşdirilmişdir[2][3]
9 yanvar 1992-ci ildə Bosniya serbləri Bosniya və Herseqovinada elan edilmiş bütün Serbiya muxtar bölgələrini əhatə edən Serbiya Respublikası Bosniya və Herseqovinanın formalaşdığını elan etdilər. 12 avqust 1992-ci ildə dövlət Serb Respublikası adını aldı[3]. Biraç vilayəti Bosniya və Herseqovinada baş vermiş müharibədən sonrada Serb respublikasının tərkibində qalmışdır[2].
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ 1 2 http://www.icty.org/x/cases/mico_stanisic/ind/en/sta-ii050225e.htm Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine ICTY Mico Stanisic indictment
Ədəbiyyat
redaktə- М. Филиповић, Град и предео Бирач, Југословенски историјски часопис 1939
- Текст др. Хамдије Крушевљаковића, академика АНУБиХ, научног саветника, Завода за заштиту споменик културе БиХ, Сарајево у Енциклопедији Југославије ЈЛЗ - Загреб 1980.