Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü[1]. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu.
Bitki örtüyünə görə təsnif olunmuş yerüstü biomlar | ||||
Qütb səhraları Tundra Tayqa Enliyarpaqlı meşələr | Çöllər Subtropik rütubətli meşə Aralıq Dənizi biomları Musson meşələri | |||
Arid səhralar Kserofit kolluqlar Cənub çölləri Semiarid səhralar | Savannalar Ağac bitən savannalar (meşə-çöl) Subtropik meşələr Tropik rütubətli meşələr | |||
Alp tundrası Dağ meşələri |
Ümumi məlumat
redaktə“Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Fərqli Biomlar:
redaktəBir biomu digərindən fərqləndirən əsas faktor iqlimdir. Məsələn Tropik meşələrin iqlimi, İynəyarpaqlı meşələrin iqlimindən olduqca fərqlidir. Tropik meşələrdə bol miqdarda suya rast gəlinir. Gündəlik temperatur 13,9 - 29,4 °C-lik istilik, bitkilərin inkişafı üçün əlverişli bir mühit yaradır. İynəyarpaqlı meşələr yaz aylarında quraqlığa, qış aylarında isə soyuq havaya daha yaxşı uyğunlaşır. Bənzər şəkildə heyvan birlilkləri də biomlardan asılı olaraq fərqlilik təşkil edirlər. Hər bioma məxsus olan bitki və heyvan birlikləri, o bioma uyğunlaşır.
İstinadlar
redaktə- ↑ Ekologiya. ЮНИТИ nəşriyyatı, 2007, 495 s. Arxivləşdirilib 2010-12-01 at the Wayback Machine ISBN 978-5-238-01204-9 (rus.)
Ekologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |