[go: up one dir, main page]

Badri Patarkatsişvili

Badri Patarkatsişvili (gürc. ბადრი პატარკაციშვილი; 31 oktyabr 1955[1], Tbilisi12 fevral 2008[2][1]) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi.[3]

Badri Patarkatsişvili
Arkadi Patarkatsişvili
Doğum tarixi
Doğum yeri Tbilisi, Gürcüstan SSR
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Literhed, Böyük Britaniya
Vəfat səbəbi İnfarkt
Vətəndaşlığı Gürcüstan
Həyat yoldaşı İnna Qudavadze
Milliyyəti Gürcüstan yəhudisi
Təhsili
Fəaliyyəti siyasətçi, sahibkar
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Badri Patarkatsişvili 1955-ci ilin oktyabrın 31-də Tbilisidə dindar yəhudi ailəsində anadan olub. Gənc yaşlarından SSKP-yə üzv olub, komsomol təşkilatında karyera quraraq yüksəlib. SSRİ dağıldıqdan sonra 1994-cü ildə Moskvaya gedərək orada bizneslə məşğul olub. Onun Boris Berezovski, Roman AbramoviçVladimir Putinlə yaxın əlaqələri olub.

İstinadlar

redaktə