[go: up one dir, main page]

Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.

Audit
Audit növləri

Daxili audit
Kənar audit
Vergi auditi
Ətraf mühit auditi
Sosial audit
Yanğınsöndürən auditi
Due diligence

Əsas anlayışlar

Auditor
ƏhəmiyyətlilikRiskSənədləşmə
Audit hesabatı
ISA / FAQ

Audit nəzərdən mühasibat uçotu

Maliyyə hesabatları
Mənfəət və zərər hesabatı
Davamlı olma fərziyyəsi

Maliyyə nəzarəti
Böyük dördlük

Deloitte Touche Tohmatsu
Ernst & Young
KPMG
PricewaterhouseCoopers

Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.

Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.”

Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir.

Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir:

Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir.

Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.

Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir. Auditin meydana gəlməsi bilavasitə şirkətləri idarə edənlərin (müdiriyyət, menecer) və onların fəaliyyətlərinə pul qoyanların (mülkiyyətçilər, səhmdarlar, investorlar) mənafelərinin ayrılması ilə bağlıdır. Sonuncular yalnız təşkilatlarının rəhbərlərinin və onların tabeliyindəki mühasiblərin təqdim etdikləri maliyyə informasiyasına etibar edə bilməzlər və etibar etmək istəmirlər. Müxtəlif şirkətlərin tez – tez müflisləşməsi, müdriyyət tərəfindən aldadılma halları maliyyə qoyuluşları riskini xeyli artırır.

Auditin növləri

redaktə
  • Məcburi və təşəbbüslə (könüllü) audit;
  • Daxili və kənar audit;
  • Təsərrüfat fəaliyyətinin auditi;
  • Uyğunluq auditi;
  • Maliyyə hesabatının auditi və xüsusi audit;
  • Əməliyyat auditi;
  • Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;
  • Auditor xidmətinin başqa növləri.

“Auditor haqqında” AR Qanununda göstərilir ki, audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərəd tutlmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarlarına əsasən (onların sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

Məcburi audit yoxlanması bilavasitə qanunvericilikdə müəyyənləşdirilmiş hallarda və yadövlət orqanlarının tapşırığı ilə keçirilir. Məcburi auditin həcmi və keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir.

Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. Bundan əlavə AR Mülki Məcəlləsində göstərilir ki, yekun günədək on iki ay ərzində balans məbləği vədövriyyədən mədaxili müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi son mnəbləğdən yüksək olan hər bir hüquqi şəxs, qoşma da daxil olmaqla illik balansı auditor tərəfindən yoxlanılmalıdır.

Təşəbbüslə (könüllü) audit iqtisadi subyektiv qərarı üzrə auditor (auditor firması) ilə müqavilə əsasında həyata keçirilir. Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir.

Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır.

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.

Daxili və kənar audit bir-birini tamamlayır və eyni zamanda bir-birindən ciddi surətdə fərqlənir.

Təsərrüfat fəaliyyətinin auditi müəssisənin təsərrüfat fəaliyyətinin müəyyən məqsədlər üçün müntəzəm aparılan təhlilini nəzərdə tutr. Təsərrüfat subyektlərinin auditini bəzən işin və ya inzibati idarəetmənin səmərəliliyinin auditi adlandırırlar. Təsərrüfat fəaliyyətinin auditində müəyyən fəaliyyət növlərinin obyektiv tədqiqi, hər tərəfli təhlili nəzərdə tutulur.

Audit informasiya kommunikasiya sahəsində

redaktə

İnformatikada audit - toplanan informasiyanın analizidir. Audit operativ (demək olar ki, real vaxtda) və ya dövri (məsələn, gündə bir dəfə) aparıla bilər. Protokollaşdırma və auditin realizə olunması aşağıdakı məqsədləri güdür:

  • istifadəçi və administratorların hesabat verməli olmasını təmin etmək;
  • informasiya təhlükəsizliyini pozma cəhdlərinin aşkar olunması;
  • problemlərin aşkar olunması və analizi üçün informasiyanın təqdim olunması.

"Narıncı kitabda" protokollaşdırma üçün aşağıdakı hadisələr sadalanır: sistemə giriş cəhdləri (uğurlu və uğursuz); sistemdən çıxış; kənar sistemlərə müraciətlər; fayllarla əməliyyatlar (açmaq, bağlamaq, adını dəyişmək, silmək); imtiyazların və digər təhlükəsizlik atributlarının dəyişdirilməsi.

Ədəbiyyat

redaktə
  • İbad Abbasov. Audit. Dərslik. Bakı Biznes Universitetinin nəşriyyatı, Bakı, 530 səh., 2007.
  • Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası, Bakı, Elm, 2003. – 132 с.
  • Галатенко В.А. Основы информационной безопасности, Москва, 2004. – 264 с.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə