[go: up one dir, main page]

Arxalıq[1]Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.[2]

Gənc oğlanın portreti.
Mirzə Qədim İrəvani tərəfindən çəkilmiş portret
Qurban Primov, Azərbaycanlı xalq musiqiçisi Çuxanın altından Qoşadöşlü arxalıq geyib
Çuxasının altında arxalıq geyen Türk kişi,Azərbaycan

Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur.

Xarici görünüşü

redaktə

Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilir. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilir. Arxalıqların yaxası açıq olur. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnir. Bəzi arxalıqların yaxası düymələnmir. Arxalıqlar ipək, atlaz, mahud, kişmir, məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilir, sarıma və cürbəcür baftalarla bəzədilir.[3]

Kişi arxalığı biryanlı (qarmaqcıq ilə düymələnən) və ya ikiyanlı (düymə ilə düymələnən) ola bilər. Soyuq havada kişilər arxalığın üstündən çuxa da geyirlər.[4]

Qadın arxalığı rəngarəng və naxışlı olur; uzun ensiz qolları ələ çatınca genəlir. Bu növ arxalıq bəzən qaytan və bafta ilə, qızılı naxış ilə, qıraqları xəz ilə bəzənir.[5]

 
Muğandakı türklər, Qoşadöşlü Arxalıqla. Qoşadöşlü arxalıq həm Quzey azərbaycanda , həm də güney azərbaycanda geniş istifadə olunurdu.

1920-ci illərədək arxalıqlar el arasında daha geniş işlənməkdə idi. Arxalığın qabaq tərəfi pencək kimi açıq olur. Onu düymə və ilgəklə bağlayırlar. Habelə bellərinə "beyləm şal" (mətanət nişanəsi) bağlayırlar.[6]

 
Bu iki Səfəvi şah mühafizəçisi arxalıq geyinib.

İstinadlar

redaktə
  1. Arxalıq // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 22. ISBN 978-9952-441-05-5.
  2. "S. İvanov. "Qazaq hərbi lüğətinə" aid materiallar". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-07-01.
  3. Azərbaycan milli geyimləri Arxivləşdirilib 2008-05-11 at the Wayback Machine. Traditions.aznet.org
  4. Yekaterina Kostikova. Azərbaycan milli paltarı Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. "Националь". 11 iyul 2005
  5. Səadət Hüseynova. Herodotu heyran edən ipəklər Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. "Азербайджанские известия"
  6. "Güney mahalında milli geyimlər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-08.