[go: up one dir, main page]

Aristotel

Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi

Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu[11][12]; e.ə. 384[3][4][…], Stagir[d], Xalkidiya liqası[d][2]e.ə. 322[3][4][…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin SokratPlatondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.

Aristotel
q.yun. Ἀριστοτέλης[2]
Doğum tarixi e.ə. 384[3][4][…]
Doğum yeri
Vəfat tarixi e.ə. 322[3][4][…]
Dəfn yeri
Elm sahələri fəlsəfə[1], Naturfəlsəfə
Təhsili
Tanınmış yetirmələri Makedoniyalı İsgəndər[1], Teofrastus[1][7][…], Aristoksenus[8], Dikearxus, Evdemus Rodoslu[9][10]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 
Aristotel məktəbi. Miyeza, Makedoniya, Yunanıstan.

Aristotelin həyatı dörd əsas dövrə bölünür: Makedoniyada uşaqlıq və gənclik illəri (384–367), 1-ci Afina dövrü (367–335), səyahət illəri (347–335) və 2-ci Afina dövrü (335–323). Aristotelin atası Nikomax Stagira şəhərindən (Aristotelin "Stagirit" ləqəbi bu şəhərin adı ilə bağlıdır), Asklepiadlar (yunan təbiblərinin himayəçisi Asklepinin) nəslindən idi və Makedoniyalı İsgəndərin babası, II Filippin isə atası, Makedoniya çarı III Amintanın saray həkimi olmuşdur. Bu, Aristotelin biologiyaya və təbiət aləminə canlı marağını, ümumiyyətlə, gələcək taleyini, tanışlıq dairəsini, siyasətə meylini müəyyənləşdirmişdir. Ehtimal ki, Aristotel uşaqlıq illərini də zadəgan həmyaşıdları arasında, Makedoniya çarlarının Pelladakı iqamətgahında keçirmişdir. Erkən yaşlarında valideynlərini itirmiş Aristoteli dayəsi Atarneyli Proksen 17 yaşında (367) Afinaya oxumağa göndərmişdir. Afinada Aristotel Platon Akademiyasının üzvü olmuş və 20 il, Platonun vəfatına (347) kimi Akademiyada qalmışdır. Rəvayətə görə, Platon Aristoteli şagirdləri içərisində fərqləndirmiş, onu auditoriyanın "ağlı", yaşadığı otağı isə kinayə ilə "oxucu evi" adlandırmışdır. Baxmayaraq ki, müəllimi Platon canlı dialoqu həyatdan uzaq alimlikdən daha üstün tuturdu, onun şagirdi Aristotel dövrünün ən yaxşı elmi kitabxanalarından birini yaratmışdı. Platonun ölümündən sonra Aristotel Ksenokratla birlikdə Afinanı tərk edərək Kiçik Asiyaya, Troadaya köçür və burada Akademiyaya rəğbət bəsləyən Atarney tiranı Hermi onları Assos şəhərində məskunlaşdırır. Orada Aristotel Herminin qohumu Pifiada ilə evlənir. 344-cü ildə Aristotel Troadadan Lesbos a.-ndakı Mitilenə köçür və burada Teofrast Mitilenli onun sədaqətli şagirdi və dostu olur. Troada və Lesbosun faunası Aristotelin biologiyaya dair əsərlərində əksini tapmışdır. 343-cü ildə II Filippin dəvəti ilə Aristotel Makedoniyaya qayıtmış və 340-cı ilə kimi gənc şahzadə İsgəndərin müəllimi olmuşdur. 335-ci ildə Afinaya gələn Aristotel burada özünün Likey (Likeyli Apollonun meşəsi və eyniadlı gimnazinin adından) və ya Peripatos (Aristotelin mühazirələr oxuduğu "örtülü qalereya") kimi tanınmış fəlsəfə məktəbini açmışdır. 323-cü ildə, Makedoniyalı İsgəndərin ölümü ilə əlaqədar Afinada yaranmış antimakedoniya qarışıqlığı nəticəsində Aristotel anasının Xalkidadakı malikanəsinə qaçmağa məcbur olmuş, çox çəkmədən burada vəfat etmişdir.

Aristotel Frakiyanın Stagira şəhərindən idi. Platonun tələbəsi olmuş, müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə Militena şəhərində yaşamışdır. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir.

Aristotel e. ə. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. E.ə. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın (Makedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion (yun. Λύκειον) adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu "Peripatetik" (ərəbcə "məşşai") məktəb də adlandırırlar. Yaxınlığında yerləşən yunan tanrısı Likeionlu Apollonun adı ilə adlanmışdır. Latınca "lyceum" (liseum) kimi səslənir. Günümüzdə "liseylər" adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır.

Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışdırlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir.

Fəlsəfəsi

redaktə

Platonun tənqidi

redaktə

Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir[13]. O demişdir:

  Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür  
 
Aristotelin fəlsəfəsi

Aristotelə görə ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki, bir şeyin kölgəsi başqa məkanda deyildir. Onların hər ikisi bir yerdə olmalıdırlar. Ona görə də, onlar birlikdə vəhdət təşkil edirlər.

Eyni zamanda, Platonun ideyaları bu dünyadakı hərəkəti, eləcə də şeylərin və canlıların yaranması, inkişafı, məhv olması və ölümünü izah etmir. Çünki, onlar (ideyalar) gerçək aləmdən uzaq olan başqa aləmdədirlər və daha çox sükunəti təcəssüm etdirirlər. Bundan başqa Platonun nəzəriyyəsi dünyadakı şeylərin dərk olunmasını imkansız edir, çünki onların əsl mahiyyəti özlərində deyil, bizim duymadığımız ideyalarda olur.[14]

Aristotel etikası Platonun mütləq nemətlər ideyasına əsaslanan idealist etikasını inkar edir. Etika siyasət elminin bir hissəsi olaraq, insanın davranışı, emosiyaları, ehtirasları və xoşbəxtlik (evdemoniya) əldə etməsi ilə əlaqədar onun əxlaqi xarakterini araşdırır. Bu məqsədi "hərəkət" (praksis) olan praktiki elmdir. Nəzəri elmlərdən fərqli olaraq, etika və siyasət səhvsiz dəqiqliyə iddia edə bilməzlər. Etikanı sırf nəzəri cəhətdən bilmək faydasızdır: etikaya dair mühazirələri dinləyənlər artıq əxlaqi cəhətdən tərbiyəli olmalı və həyatda nəyin yaxşı, nəyin pis olduğunu (faktoloji bilik) bilməlidirlər; yalnız belə halda onlar nəzəri səviyyəyə qalxar və bunun niyə belə olduğunu anlaya bilərlər (səbəbin elmi cəhətdən başa düşülməsi). Platonun vahid mütləq nemətlər konsepsiyasının (xeyirxahlıq ideyasının) əksinə olaraq, Aristotel müxtəlif elmlərin və praktiki sənətlərin son məqsədi olan nemətlər çoxluğunu qəbul etmişdir. Tam xoşbəxtlik üçün təkcə ləyaqət bəs etmir: minimum "xarici" nemətlər (sosial status, sağlamlıq, gözəllik, övladın olması və s.) lazımdır. Xoşbəxtliyin zəruri şərtlərindən biri dostluqdur. Aristotelə görə dostluğun üç növü olur: 1) həzz naminə, 2) fayda naminə və 3) nəciblik naminə; yalnız, nəcib dostluqda dost vasitə yox, məqsəd "başqa Mən"dir və ona "onun özünün xatirinə" xeyir arzu olunur. Ləyaqətlər etik (xarakter ləyaqəti) və dianoetik (intellektual) olur: birincilər nəfsin irrasional (emosional), ikincilər rasional hissəsinə uyğun gəlir.

Aristotel poetik bilik sahəsinə aid etdiyi poetika və ritorikanın əhəmiyyətini də yüksək qiymətləndirirdi. Platon poeziyanı ideal polisdə vətəndaşların əxlaqi tərbiyəsinə maneə kimi pisləyirdisə, Aristotel bunun əksinə, "Poetika"da poeziyanın tərbiyəvi əhəmiyyətini katarsis, yaxud təmizlənmə nəzəriyyəsinin köməyi ilə sübut etməyə çalışırdı: qəhrəmanın ehtirasları ilə həyəcanlanmaq dinləyicidə, Platonun hesab etdiyi kimi, ehtirasları qızışdırmır, əksinə, qorxu və cılız hisslərdən "təmizlənmə"yə gətirib çıxarır və bununla da nəfsin harmoniyasını bərpa edərək etosa müsbət təsir göstərir.

Aristotelə görə, ritorika, poetika kimi yaradıcı elm, tətbiqi dialektikadır və məqsədi, konkret səbəbdən asılı olmayaraq, kütləvi auditoriyanı inandırmağın yollarını axtarmaq və formalaşdırmaqdır. Ritorika üç növə bölünür: gələcəyə aid qərarların qəbulu ilə bağlı məşvərətçi, yaxud siyasi ritorika (xalq yığıncağında); keçmişdə törədilmiş hərəkətlərin qanuniliyinə, yaxud qeyri-qanuniliyinə aid olan məhkəmə ritorikası; sanki indiki zamanda baş verən və mənəvi cəhətdən bəyənilməli, yaxud pislənilməli hadisələri şərh edən epideyktik ritorika. İnandırmanın üç başlıca vasitəsi var: natiqin xarakteri; auditoriyanın emosional vəziyyəti; real, yaxud ehtimali sübutları ehtiva edən dəlillər. Aristotel inandırmanın ən effektiv vasitəsi kimi nümunələrə əsaslanan dəlilləri (induktiv sübutun ritorik analoqu), ya da ritorik silloqizmi, yaxud entimemanı hesab edirdi.

Fəlsəfi fikrin sonrakı inkişafına təsir gücünə görə Aristotel irsi fəlsəfə tarixində müstəsna əhəmiyyətə malikdir (bax Aristotelizm). Aristotelin yaratdığı anlayışlar aparatı dünya fəlsəfi və intellektual leksikonunu zənginləşdirmişdir ("materiya və forma", "imkan və gerçəklik", "nəzəriyyə və praktika" və s. anlayışlar); müasir elmi təfəkkür üslubunun özü (mövzunun tarixi, "problemin qoyuluşu", lehinə və əleyhinə arqumentlər, "qərar" və s.) Aristotel metodologiyasına dayaqlanır.

"İlk mühərrik" haqqında

redaktə

Bu səbəblər üzündən Aristotel varlığı başqa cür təsəvvür edirdi. Onun fikrincə hər şeyin əsasında hər zaman var olan materiya durur. O elə cansız və ruhsuz bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündür[15]. Bu yaradılış prosesini də "İlk mühərrik" (yun. τὸ πρῶτον κινοῦν) adlanan bir başlanğıc həyata keçirdir. Aristotel onun varlığını hərəkətin varlığı ilə əsaslandırmışdır, çünki bir şey hərəkətdədirsə onda bu hərəkətə təkan verən olmalıdır. Hər şeyi hərəkətə gətirən "İlk mühərrikin" özü isə hərəkətsizdir[16]. O materiyanı canlandırır və ondan bitki, heyvan və insanlar kimi canlılar yaradır[17]. Bu dulusçunun gildən düzəltdiyi müxtəlif şeylərə bənzər bir prosesdir. Məsələn, "İlk mühərrik" ilkin olaraq insanın formasını və ya Platonun ifadəsi ilə desək, onun ideyasını düşünür. Sonra ona öncə düşündüyü görkəmdə bədən verir və bununla da insan yaranmış olur. Bütün dünya və kainat əslində maddədən (materiyadan) ibarətdir. Beləliklə, Aristotelin istifadə etdiyi "forma" anlayışı, Platonun "ideyasına" çox yaxın məna daşıyır.

Aristotelə görə "İlk mühərrik" insanların ibadət etdiyi tanrı deyildir. O maddə də deyil, "Əqldir" (yun. νοῦς). Platonun Demiurqosundan fərqli olaraq, Aristotelin "İlk mühərriki" ideyalardan kənar olan bir gerçəklik kimi qəbul edilir. O hər zaman fəaliyyətdədir və cansız materiyaları formalaşdırır. Bu fikirlər sonralar xristian və müsəlman fəlsəfəsində də istifadə edilmişdir.

Aristotelin metafizika anlayışı

redaktə

Aristotel "metafizika" sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Metafizika fəlsəfənin predmeti olaraq təbiət üstü aləmlə bağlı problemlər haqqında təsəvvürlərdir. Metafizika həm də dialektikaya qarşı durur. Metafizikanı fəlsəfənin predmeti kimi ilk dəfə fəlsəfi ədəbiyyata daxil edən və onun ilkin anlamını verən də Aristotel olmuşdur.

Aristotel metafizikanı "müdriklik" və bəzən də teologiya adlandırır. Aristotelin ontologiyası varlığın kateqoriyaları haqqında təlimi, yaxud substansial və aksidental varlıq nəzəriyyəsini; mahiyyət nəzəriyyəsini; varlığın dörd səbəbi və başlanğıcları haqqında təlimi; imkan və gerçəklik, yaxud potensial və aktual varlıq haqqında təlimi ehtiva edir. Aristotelə görə, "Sokrat insandır" mülahizəsindən fərqli olaraq "Sokrat ağdır" fikrində mahiyyət yox, keyfiyyət nəzərdə tutulur və deməli varlığın başqa növü göstərilir. Aristotel 10 belə "kateqoriya" müəyyənləşdirir: 1) mahiyyət (məs., "insan"); 2) kəmiyyət ("iki"); 3) keyfiyyət ("ağ"); 4) nisbət ("iki dəfə böyük"); 5) yer ("Likey"də); 6) zaman ("dünən"); 7) vəziyyət ("uzanıbdır"); 8) hal ("silahlanıbdır"); 9) hərəkət ("döyür"); 10) iztirab ("onu döyürlər"). Birinci kateqoriya substansinal, yaxud müstəqil varlığı; ikidən ona kimi katiqoriyalar aksidental, yaxud "daxil olan" varlığı bildirir. Keyfiyyət, kəmiyyət və s. realdır ("vardır") yalnız ona görə ki, mahiyyəti müəyyənləşdirir, yaxud ona "immanentdir". Aksidental, yaxud asılı varlıq növlərindən fərqli olraq yalnız mahiyyət, müstəqil mövcud ola bilər.

Forma və materiya haqqında

redaktə
Antik fəlsəfə
 
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Ümumiyyətlə, Aristotel fəlsəfəsində formaya xüsusi əhəmiyyət vermiş və o təbiətlə eyniləşdirilmişdir[18]. Onsuz materiya yalnız bir imkandır (potensiyadır). Məsələn, daşların bir araya yığılması imkan verir ki, bina tikilsin (forma alsın). Ancaq, o bina tikilməzsə daşların bir araya yığılmasının heç bir mənası yoxdur. Deməli, imkanın varlığı əhəmiyyətli olsa belə, o həlledici amil deyildir. Hərəkət olmasa imkan keyfiyyətə keçməz. Kainatı təşkil edən materiya da belədir. Ondan formalar yaranmasa, mənasız bir şey olar. Deməli əslində hər şey materiyaformanın vəhdətindən ibarətdir[19].

Beləliklə, Aristotel formaları şeylərdən ayırıb, onları substansiya kimi təsəvvür edirdi. Materiya isə Aristotelin fəlsəfəsində "İlk mühərrik" kimi əbədidir, o yaradılmayıb və məhv edilməzdir. Onun əsasını dörd ünsür (od, hava, su və torpaq) təşkil edir. Bu ünsürlər həm də dərk edilməyən "İlk mühərriklə" reallıqda mövcud olan və duyulan aləm arasında bir bağlantı və keçiddir. Duyulan şeylərin isə bir-birinə zidd olan iki cüt xassəsi vardır. Biri isti-soyuq, digəri isə quru-nəmdir. Yuxarıda qeyd edilən dörd əsas element isə bunların xassələri vasitəsilə formalaşır. Dünyada bütün duyulan şeylər yuxarıda qeyd edilən elementlərin kombinasiyalarının nəticəsidir. İlk materiyadan fərqli olaraq onlar dərk olunur və əsas kateqoriyalar vasitəsilə təyin edilir.

Kateqoriyalar və çevrənin qavranılması

redaktə

"Kateqoriyalarda" ilkin mahiyyətlər (yəni ən real) tək şeylər ("bu at") kimi, universalilər (cinslər və növlər) isə ilkin mahiyyətlərdən xəbər verdiyi üçün isə "ikinci mahiyyətlər" kimi təsnif olunur, lakin "Metafizika"nın" 7-ci kitabında "ilkin mahiyyət" "nə" ilə, yaxud şeyin forması ilə eyniləşdirilir. Kateqorial təhlil "mövcudata" istiqamətləndiyi halda, kazual (səbəb) təhlilin predmeti mahiyyət, yaxud real varlıqdır. Aristotelə görə bilmək, şeyin, yaxud hadisənin ilkin səbəblərini və ya başlanğıclarını bilmək deməkdir. Forma materiyasız, materiya da formasız ola bilməz; onların ayrılmazlığı haqqında təlim hilemorfizm adlanır. Materiya ilə formanın sintezi tək, yaxud konkret şeyi təşkil edir. Materiya varlığın sırf imkanıdır, forma isə onun reallaşması, yaxud gerçəkliyidir (enerji, biologiyada-entelexiya).

Aristotel kateqoriyalar və çevrənin qavranılması (idrak) prosesi barəsində də özəl düşüncələrlə çıxış etmişdir. Müəyyən bir şey haqqında tam təsəvvür yalnız onun mahiyyətinin bilinməsindən sonra yaranır. Bu da Aristotel fəlsəfəsinin ən əsas məqamlarından birini təşkil edir. O hər şeyin mahiyyətinin izahını vermək üçün kateqoriyaları (yun. κατηγορία — ittiham, xassə, deyim) tətbiq etmişdir. Kateqoriyalar hər bir anlayışın, ifadənin, həqiqətin ən ümumi və sadə formasıdır ki, onların əsasında bir tərəfdən digər anlayışlar (idrak kateqoriyaları), başqa tərəfdən isə dərk edilən obyektlərin gördüyümüz varlıq formaları (varlıq kateqoriyası) ortaya çıxır. Başqa sözlə, kateqoriya reallığın ən əhəmiyyətli tərəflərini əks etdirən ümumi anlayışdır.

Bununla da, Aristotel qavram (idrak) və varlıq kateqoriyalarının münasibətlərini araşdıran qavram (idrak) nəzəriyyəsinin əsaslarını qoymuşdur. Onun "Orqanon" (yun. Ὄργανον) əsərinin birinci kitabı "Kateqoriyalar" adlanır. Orada 10 kateqoriya göstərilmişdir:

  1. Substansiya (yun. οὐσία),
  2. Kəmiyyət (yun. ποσόν),
  3. Keyfiyyət (yun. ποιότης),
  4. Münasibət (yun. τὸ πρός τί),
  5. Məkan (yun. τὸ που),
  6. Zaman (yun. τὸ πότε),
  7. Hal (yun. τὸ κεῖσθαι),
  8. Fəaliyyət (yun. τὸ ποιεῖν),
  9. Məxsusluq (yun. τὸ ἔχειν)
  10. Məruz qalma (yun. τὸ πάσχειν)[20]. Aristotelə görə hər bir şeyin mahiyyətinin açılmasının əsasında bu kareqoriyalar durur.

İdrak (çevrənin qavranılması) haqqında Aristotel subyektdən asılı olmayan obyektiv reallığın mövcudluğu mövqeyindən çıxış edirdi. O hesab edirdi ki, ətrafımızda olan şeylər insanda duyğular vasitəsilə əks olunur. Həqiqi biliyi ideal aləmdə görən Platondan fərqli olaraq Aristotel hesab edirdi ki, insandan asılı olmayan real dünya vardır. Orada olan hər bir şeyi insan öncə duyğu vasitəsilə qavrayır. Bilik və yüksək ağıl formaları isə duyğu yolu ilə əldə edilmir. Bunlar daha yüksək əqli fəaliyyətlə əldə edilir.

Məntiq

redaktə

Məntiq, metodologiyaidrak nəzəriyyəsi sahəsində Aristotel üç növ biliyi və bunlara uyğun elmləri, sənətləri fərqləndirir: nəzəri ("seyr" və ya "mücərrəd mühakimə"), praktiki ("hərəkət") və poetik, yaxud yaradıcı ("etmək, yaratmaq"). Nəzəri bilik sahəsinə o, "birinci fəlsəfə" və ya metafizikanı, fizika və riyaziyyatı, praktiki bilik sahəsinə etika və siyasəti, poetik bilik sahəsinə isə ritorikanı, poetikanı, həmçinin bütün tətbiqi sənətləri, yaxud peşələri (məs., təbabət) aid etmişdir. Onun fikrincə, müxtəlif bilik sahələrinə müxtəlif koqnitiv qabiliyyətlər uyğun gəlir: şeyləri seyr etmək və onların birinci səbəblərini dərk etmək qabiliyyətinə nəzəri zəka, düzgün qərarlar işləyib hazırlamaq qabiliyyətinə praktiki zəka, yaxud sağlam düşüncə malikdir. Nəzəri zəkanın obyekti zəruri olan və dəyişməyəndir (məs., təbiət qanunları), yəni bizim iradəmizdən asılı olmayanlardır. Praktiki zəkanın obyekti mümkün olandır — bizim seçimimizlə müəyyən edilə bilən hadisələrdir. Praktiki bilik riyazi dəqiqliyə iddia edə bilməz, çünki mümkünlük sahəsində (yəni insan fəaliyyətində) bilinməzlik faktoru mövcuddur. Həm praktiki, həm də poetik bilik sahələrində təcrübə böyük rol oynayır. Nəzəri elmlərin obyektləri aşağıdakılardır: 1) ayrıca (yəni real) mövcud olanlar və dəyişən obyektlər — fiziki cismlər; 2) real mövcud olanlar və dəyişməyənlər — Allah; 3) real mövcud olmayanlar və dəyişməyənlər. Birincilərlə metafizika, yaxud teologiya, ikincilərlə fizika, üçüncülərlə isə riyaziyyat məşğul olur. Riyazi obyektləri (ədədlər, xətlər, həndəsi fiqurlar və s.) ağlabatan və hissi aləmlər arasında aralıq mövqe tutan ontoloji mahiyyətlər kimi qəbul edən Platonun əksinə olaraq, A. onları abstrakt (abstraksiya, yaxud "abstrakt təsəvvür" anlayışını fəlsəfəyə ilk dəfə Aristotel gətirmişdir), yəni düşüncə vasitəsilə fiziki cismlərdən ayrılmış obyektlər adlandırmışdır. Riyaziyyatı xüsusi elm kimi dəyərləndirən Aristotel, eyni zamanda onu "dəyişməkdə olan" təbii varlığın öyrənilməsi üçün gərəksiz saymışdır. Platonun təlimində fəlsəfi biliyin ən yüksək forması dialektikadır. Aristotel isə onu köməkçi fənn səviyyəsinə endirərək, "ehtimali", yoxlanılmamış mühakimələrdən doğan dialektik nəticə və həqiqi mühakimələrdən irəli gələn və dəqiq biliyə gətirib çıxaran apodiktik, yaxud sübutlu nəticə (sillogizm) arasında fərq qoyur. Bu fərqləndirmə Aristotelin ilk dəfə "Orqanon" əsərində işləyib hazırladığı formal məntiq sisteminin təməli olmuşdur. "Kateqoriyalar" əsərində mühakimələrin birləşməsindən yaranan sadə terminlər (subyektlər və predikatlar), "Təfsir haqqında" traktatında isə mühakimələrin özü nəzərdən keçirilir, "Birinci Analitika"-da mühakimələrin apodiktik sillogizmlərlə (nəticələrlə) birləşməsi göstərilir, onların formaları (fiqurları) təhlil edilir. "İkinci Analitika"-da sübutlar nəzəriyyəsi verilir, "Topika" əsəri dialektika (disput sənəti) üzrə dərslikdir, ona yaxın olan "Sofistik təkziblər"-də isə disputlarda məntiqi səhvlərin tipləri təsnif edilir. Aristotelin sillogistikası ciddi deduktiv xarakter daşısa da, sübutların ilkin başlanğıcı onun fikrincə, sübut edilməzdir və ya induksiya, yəni xüsusi hallar əsasında ümumiləşdirmə yolu ilə, ya da intellektual intuisiya vasitəsilə nəzərdən keçirilir.

Aristotel tərəfindən kateqoriyaların fəlsəfi izahının verilməsi həm də məntiq elminin inkişafına təsir etmişdir. Çünki, hər bir şeyin mahiyyətində duran anlayışların müəyyən edilməsi o şey haqqında tam təsəvvür yaradır. Beləliklə, Aristotel məntiq elminin inkişafında müstəsna rol oynamışdır. Onun üçün məntiq ayrıca elm deyil, hər bir elmin əsasıdır. Aristotelin məntiq haqqında təlimi də "Orqanon" əsərində verilmişdir.

Aristotel hesab edirdi ki, məntiq sübutlar haqqında elmdir. Əqli fəaliyyət gerçəklikdə var olan şeyləri əks etdirir. Məntiqi mülahizə və əql yolu ilə əldə edilən nəticə, fikir və terminlər bir-birinə zidd olmamalıdır. Bu fikirlərin əsasında isə sonralar sillogizm (yun. συλλογισμός) haqqında təlim yaranmışdır[21]. Bu təlimə görə, hər hansı bir ümumi növ ya cins haqqında irəli sürülən fikir o növə və ya cinsə aid olan ayrıca fərd haqqında da irəli sürülməlidir. Buna görə də, sillogizmlər böyük və kiçik önərmə (mülahizə) və qərardan ibarətdir. Önərmə qərarın verilməsinin təməlində duran iddia və ya fikirdir. Böyük önərmə ümumi nəticəni, kiçik önərmə isə subyekt haqqında nəticəni açır. Sillogizmin örnəyi kimi belə bir üçlü mülahizəni gətirmək mümkündür:

  “Hər bir insan ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə). Deməli, Sokrat da ölməlidir (qərar).  
 
Aristotel Francesco Hayez'in rəsmində (1791–1882)

"Sofistlərin təkzib edilməsi" kitabında Aristotel yazırdı ki, bütün məntiqi yanlışlıqların kökü sillogizmlərdə olan yanlışlıqlardadır. Bu yanlışlıqlar isə ikiyə bölünür: bir qismi dilin xətaları, digəri isə anlamların təhrifidir. Dildəki xətalar sözlərin çoxmənalılığından, vurğuların düzgün qoyulmamasından irəli gəlir. Məna xətalarının isə səbəbi şeylərin mahiyyətinə deyil, onların təsadüfi tərəflərinə varmaq, mütləqlə nisbini fərqləndirməmək, sualları düzgün qoymamaq kimi amillərdən irəli gəlir[22].

Daha sonra Aristotel "Orqanon" əsərinin "Topika" (yun. Τοπικά) kitabında həqiqət anlayışını izah edən məntiqi dialoqlarını vermişdir. Burada o həqiqətin açılması üçün hər bir şeyin ilkin durumunun açılmasını və onun mahiyyətinin üzə çıxarılmasını tövsiyə etmişdir[23]. Onun fikrincə mülahizələrin istiqaməti də buna doğru sürülməlidir. Yəni həqiqi fikir mahiyyətə yönəlməlidir. Çoxmənalı söz haqqında fikir söylədikdə onu irəli sürülən iddianın mənasına uyğunlaşdırmaq lazımdır. Məsələn, "təbiət" sözünü insan və ya çevrəmizdə olan bütün canlılar mənasında işlətmək mümkündür. Ona görə də, istifadə edilən söz irəli sürülən fikrə uyğun olmalıdır.

Aristotelə görə məntiqi dialoqda sistem də olmalıdır. Öncə problem ortaya qoyulmalı, sonra mülahizənin induktiv (tək-tək hallardan ümumi nəticələrə, ayrı-ayrı faktlardan ümumiləşdirmələrə gətirən məntiqi nəticənin çıxarılmasıdır) ya deduktiv (ümumi müddəa ya da qanunlardan fərdi nəticənin çıxarılmasıdır) metodlarla irəli sürülməsi yolları haqqında düşünülməli, məsələlərin bənzər və fərqli tərəflərinə diqqət yetirilməlidir. Suallar doğru və konkret qoyulmalı, cavabların isə strategiyası olmalıdır[24].

Ruh haqqında

redaktə

Platon kimi Aristotel də ruh haqqında düşünmüşdür. O, ruhu həyatın əsası hesab edirdi. Ruh maddə və bədənin forması, onların hərəkətlərinin səbəbi və məqsədidir. O bitki, heyvaninsanlarda yaşayır. Ruh bədənlə birlikdə var olsa belə, ondan daha üstündür. Beləliklə, Aristotelə görə bədən ruha tabedir[25].

Platonda olduğu kimi, Aristotel də ruhların səviyyələri haqqında söhbət açmışdır. Onun fikrincə ruhların üç səviyyəsi vardır. Birincisi bitkiseldir (nəbatidir) ki, onun sayəsində fiziki inkişaf baş verir. İkincisi səviyyə nəfsani (heyvanidir). Bu səviyyədə ruh artıq görmək, eşitmək, duymaq, toxunmaq; ehtirasa və iştaha gəlmək kimi xüsusiyyətlərini təmin edir. Üçüncüsü isə düşüncəvidir ki, o ruhun ən yüksək səviyyəsidir[26].

Aristotelə görə bitkilərdə ruhun yalnız bitkisel, heyvanlarda nəfsani, insanlarda isə həm bitkisel, həm nəfsani, həm də düşüncəvi səviyyəsi vardır. Məhz düşüncəvi səviyyəsini inkişaf etdirən, xeyrə yönələn, mənəvi cəhətdən yüksələn, müdrikliyə çatan insanlar xoşbəxt olurlar.

Heyvanlar xoşbəxtliyin nə olduğunu bilmir, tanrılar isə daim xoşbəxt həyat keçirirlər. Yalnız insan öz xoşbəxtlik yolunu seçmək ya da onu inkar etmək imkanındadır. Aristotelə görə xoşbəxt olmaq üçün ruhun düşüncəvi səviyyəsini inkişaf etdirmək lazımdır ki, insan heyvanlardan seçilsin.

Psixologiya haqqında

redaktə

Psixologiyada Aristotel təbii-elmi və əxlaq psixologiyasını fərqləndirir. Birincisi "Nəfs haqqında" əsərdə şərh olunur. Nəfs (psyuxe) bioloji kontekstdə — heyvanat aləmində (bitkilərdən insanadək) müxtəlif "üzvi" funksiyaların daşıyıcısı kimi nəzərdən keçirilir. İkincisi isə "Nikomax etikası" əsərinin 1-ci və 6-cı kitablarında şərh olunur və insanın əxlaqi xarakterinin psixoloji əsasına yönəldilir. Nəfsin cismə münasibəti formanın materiyaya münasibəti kimidir. Əxlaq psixologiyası çərçivəsində Aristotel insan nəfsini rasional və irrasional hissələrə bölür. İrrasional hissə zəkadan tamamilə məhrum, əxlaqi fəaliyyətə dəxli olmayan bitki — reproduktiv yarımhissəyə və zəka ilə əlaqədar olan, zəkanı dinləmək qabiliyyətinə malik daha yüksək (emosional, "ehtirasların" yerləşdiyi yer) yarımhissəyə bölünür. Öz növbəsində nəfsin rasional hissəsi "elmi", yaxud "nəzəri" (nus) və "hesablayan", yaxud "qərar hazırlayan" ("sağlam düşüncə" qabiliyyəti) yarımhissələrə bölünür.

Əxlaq haqqında

redaktə
 
Aristotelin "Nikomaxus əxlaqı" kitabının ön səhifəsi. 1566 il

Aristotel əxlaq haqqında fikirlərini də ortaya qoymuşdur. Onun fikrincə əxlaqın məqsədi ruhun Xeyrə yönəlməsidir[27]. Bu isə insanı xoşbəxtliyə çatdırır. Bu yolda ruhun əqli səviyyəsi bitkisel və nəfsani səviyyələri üstələyir. Bunu əldə etmək üçün insan özünü Xeyrə yönəltmə istiqamətdə tərbiyələndirməlidir ki, bu da sonra vərdiş halını alsın və zaman keçdikcə insanın xüsusiyyətinə çevrilsin. Bununla belə xoşbəxt olmaq üçün sağlamlıq, yaxşı görkəm, müvafiq maddi durum kimi keyfiyyətlər də olmalıdır.

Xeyrin özəlliyi isə hər bir aşırılıqdan uzaqlaşmaqdır[28]. Məsələn, qorxaqlıq və məğrurluq aşırılıqlardırsa, bunların arasında olan comərdlik əxlaqın əsası olan Xeyirdir. Yenə də israfçılıq və xəsislik aşırılıqlardırsa, qənaətçilik məqsədəuyğun əxlaq nümunəsidir[29].

Aristotelə görə insan həyatdan həzz almalıdır, bu da Xeyrə çatmanın nəticəsində baş verir. Beləliklə, insanın mənəvi durumu o zaman yüksək olur ki, o etdiyi əməllərin doğru və xeyrə uyğun olduğunu hiss etsin. Əxlaqlı hərəkət isə hər hansı bir xeyirli işin görülməsi ilə dəyərləndirilmir, çünki xeyir əməllər çoxdur və insanlar onları eyni dərəcədə bütün həyatları boyu etməlidirlər ki, həyatdan həzz alsınlar[30]. Hər bir insan təbəqəsinin öz əxlaqi vəzifələri vardır. Eyni zamanda, ədalət anlayışı kimi hamı üçün bir olan xeyir vardır ki, ona hamı əməl etməlidir. Qeyd etmək lazımdır ki, hər bir əxlaqi hərəkət şüurlu olaraq yerinə yetirilir. Deməli, əxlaq düşüncə ilə sıx bağlıdır və buna görə də, insanın xeyirlə şəri bir-birindən ayırmaq imkanı vardır.

Kosmologiyası

redaktə

Kosmologiyada ciddi geosentrik modeli rəhbər tutan Aristotel dünyanın sonluluğunu (Kainatın sonsuzluğu haqqında atomist nəzəriyyənin əksinə) və Platonun "Timey"-inə və İoniya kosmogoniyalarının əksinə olaraq onun əbədiliyini təsbit edir. Aristotelə görə, dünya tərkibində dörd element — od, hava, su və torpaq olan Ayaltı aləmə və tərkibində "beşinci", ilahi element — efir, yaxud kvintessensiya olan göy cismləri və hərəkətsiz ulduzlar sferasından ibarət Ayüstü aləmə ayrılır. Ayaltı aləmin dörd elementindən hər biri ilkin iki xüsusiyyətin vəhdəti ilə səciyyələnir: od — isti + quru, hava — isti + rütubətli, su — rutubətli + soyuq, torpaq — quru + soyuq. Ənənəvi şərhə görə, ilkin xassələr keyfiyyətsiz "ilkin materiyaya" — substrata immanentdir və bu onların bir-birinə çevrilməsi imkanını izah edir: məs., istilik xassəsini itirən və soyuqluq keyfiyyətini əxz edən od hava olur və s. İki yüngül elementə (od və havaya) yuxarıya doğru "təbii" hərəkət, iki ağır elementə (su və torpağa) aşağıya doğru "təbii" hərəkət xasdır. Efirin dəyişməzliyi və onun daima fırlanması dünyanın əbədiliyini təmin edir. Ayüstü aləmdə yeganə dəyişilmə növü — məkanca yerdəyişmədir, Ayaltı aləm dəyişilmənin bütün növlərinə məruz qalır. Allahların "uca" dünyası haqqında mifoloji təsəvvürlərdən bəhrələnən bu dualist kosmologiya fiziki qanunların vəhdətini və Kainatın yekcinsliyini təsbit edən İoniya və atomistik fizika ilə müqayisədə ciddi tənəzzül idi.

Aristotelin özəl kosmologiası olmuşdur. Onun kosmologiasının əsasını yermərkəzçilik (geosentrizm) təşkil edirdi. Bu da yerin kainatın mərkəzində yerləşməsi haqqında təsəvvürdür. O hesab edirdi ki, yer kürə formasında olaraq hərəkətsizdir. Onun ətrafında ay, günəş, ulduzlar və göy fırlanır. Yermərkəzçilik təlimi orta əsrlər fəlsəfəsində kosmoloji baxışların formalaşmasında çox böyük rol oynamışdır.[31]

Fizikası

redaktə

Fizika sahəsinə toxunan Aristotel hesab edirdi ki, dünyanın əsasını beş ünsür təşkil edir. Onlardan dördü torpaq, su, havaod bizim səmaaltı dünyadadır[32]. Onlar hərəkətdədir və eyni zamanda formalarını da dəyişdirə bilərlər. Buna görə də, dünyada müxtəlif proseslər baş verir və dəyişikliklər müşahidə edilir. Bu ünsürlər isə öz növbəsində iki qütblü və ziddiyyətli ikiliklərdən yaranır. Belə ki, yer soyuqla istinin, hava quru ilə nəmin, su soyuqla istinin, od isə isti ilə qurunun əlaqələrindən doğur[33].

Aristotelə görə göydə olan nə varsa beşinci ünsür olan efirdən əmələ gəlmişdir[34]. Orada yalnız planetlərin və ulduzların əbədi və bərabər dairəvi hərəkəti mövcuddur. Bütün bunları isə simasız tanrı kimi təsəvvür edilən "İlk mühərrik" əmələ gətirmişdir. Onun fikirlərinə görə, kosmos sonsuz deyildir, onun bitdiyi yerdən yoxluq başlayır[35].

Bu fikirlər orta əsr Xristianİslam teologiyasında (ilahiyyatında) da geniş istifadə edilmişdir. Belə ki, orta əsrlərdə ilahiyyatçılar düşünürdülər ki, günah yerlə bağlı bir şeydir, ona görə də göy ünsürləri yerdəkilərdən fərqlənməlidir. Çünki, ideal aləm olaraq efir Tanrı və onun məlaikələrinin yeri kimi təsəvvür edilirdi. Bu səbəbdən də, varlığın başlanğıcı və sonu Tanrıdır. Yoxluq da buradan başlayırdı. Sonra isə elm inkişaf etdikcə sübut olunmuşdur ki, əslində yer və göy ünsürləri arasında heç bir fərq yoxdur. Bu da onu göstərirdi ki, Aristotelin bu kimi fikirləri artıq köhnəlmişdir.

Aristotelin təbiət haqqında təlimin də "təbiət", yaxud "təbiyyat" ("təbiətə aid olan", yəni "fizika") anlayışı heç də dünyanın sinonimi deyildir. Bu, əvvəla, "təbii/süni" müxalifliyi çərçivəsində usta əli ilə yaradılmayanı bildirən, ikincisi isə, "təbii/zorakı" müxalifliyi çərçivəsində "daxili", qeyri-məcburi hərəkət mənbəyini göstərən ontoloji kateqoriyadır. "Sənətin" yaratdığı hərəkətsiz (sükunətli) artefaktlar aləmindən fərqli olaraq, təbii varlıq hərəkətə və dəyişikliyə əzəli qadirliyi ilə səciyyələnir. Buna uyğun olaraq, Aristotel "təbiəti" "hərəkət və sükunətin" prinsipi kimi müəyyənləşdirir. Beləliklə, "hərəkət", yaxud "dəyişilmə prosesi" anlayışı nəzəri fizikanın mərkəzi probleminə çevrilir. Aristotelə görə, dəyişiklik dörd kateqoriyada mümkündür: mahiyyətə nəzərən (yaranma və məhv olma), xassələrə nəzərən (keyfiyyət dəyişikliyi), kəmiyyətə nəzərən (artma və azalma) və məkana nəzərən (məkan çərçivəsində yerdəyişmə). Hərəkəti məntiqi baxımdan qeyri-mümkün və ona görə də qeyrireal sayan Eleya məktəbi və platonizm nümayəndələrinin əksinə olaraq, Aristotel "Fizikada" (I. 5–7) dəyişikliyi üç amildən çıxış edərək izah edir: dəyişiklik substratı və ya materiya (prosesdə dəyişilməz qalan), formanın (yaxud keyfiyyətin) olmaması və dəyişiklik prosesində meydana çıxan forma (yaxud keyfiyyət). Beləliklə, dəyişiklik substratın yeni forma və ya keyfiyyət (məs., təhsilsiz Sokrat savadlı Sokrata çevrilir) almasından, yaxud, başqa cürə, imkanın gerçəyə keçməsindən ibarətdir. Aristotel boş məkanın mövcudluğunu qəbul etmir və ona görə də, "ətraf cismin ucqar sərhədi" kimi başa düşülən yalnız "yer" anlayışını işlədir: müvafiq olaraq, hər bir yerdəyişmə cismlərin "qarşılıqlıəvəzlənməsi"dir. Zaman "daha erkən və daha son hərəkətə nəzərən kəmiyyət" kimi müəyyənləşdirilir. Təbiət həmçinin məqsədəuyğunluq prinsipidir ("Allah və təbiət əbəs yerə iş görmürlər"), lakin Aristotelin teleologizminin providensializm, yaxud kreasionizmlə heç bir əlaqəsi yoxdur, çünki başlıca məqsəd bioloji növlərin əbədiliyini izah etməkdir: məqsədli səbəb formanın (növün) reallaşdırılmasıdır. Heyvanlar haqqında əsərlərində (A. külliyyatının dörddə biri) Aristotel elmi zoologiyanın əsasını qoymuş, deskriptiv-empirik yanaşmanı ("Heyvanların tarixi") heyvanların fiziologiyası və morfologiyasının teleoloji ("Heyvan hissələri haqqında", "Heyvanların doğulması haqqında", "Heyvanların hərəkəti haqqında") izahı ilə əlaqələndirmişdir.

Dövlət və cəmiyyət haqqında

redaktə

Aristotel dövlət və cəmiyyət haqqında da fikirlərini ortaya qoymuşdur. O, Platonun ideal dövlət haqqında təlimini tənqid etmişdir. Platonun ideal dövlətindən fərqli olaraq Aristotelin dövləti utopik deyil, gerçəklik kimi təsəvvür edilir. Bu dövlət modelində insanların xoşbəxtliyi əsas şərtdir, ancaq burada bütün münasibətlər gerçək və düşüncə ilə uyuşan müddəalara əsaslanır[36].

Dövlətin başlıca məqsədi xeyrin və ədalətin qurulmasıdır. İnsan öz təbiətinə görə şüura malik ictimai heyvandır[37]. O yalnız icma şəklində yaşayıb tərbiyə oluna bilər. Buna isə yalnız dövlətdə nail olmaq mümkündür. Ona görə də, insan həm də siyasi varlıqdır[38].

Əsl ədalət qanunların mövcudluğu ilə xarakterizə olunur. Dövlətdə yaşayan insanlar isə mütləq şəkildə qanunlara tabe olmalıdırlar. Bu isə əslində hər bir insanı ucaldır. Ona görə də, dövlət inkişaf etmiş cəmiyyətlərin birliyidir.

Eyni zamanda, cəmiyyətin əsasını həm də ailə təşkil edir. Ona görə də onun qanun və strukturunu Aristotel dövlətlə əlaqələndirirdi. Onun fəlsəfəsində ailə ictimai həyatın ilk mərhələsi kimi xarakterizə edilir[39], cəmiyyət və dövlət isə eynilik təşkil edir. Dövlətin məqsədi hər bir vətəndaşın xoşbəxt və güvəncli yaşamasını təmin etməkdir[40].

Aristotel quldarlıq cəmiyyətinin tərəfdarı idi, bu quruluşu da təbii durum kimi dəyərləndirmişdir. Tale insanların bir qismini hakimiyyət üçün, digərlərini isə onlara xidmət etmək üçün yaratmışdır. Buna baxmayaraq Aristotel aşırı olaraq varlanmağa da qarşı olmuşdur.

Həm də Platondan fərqli olaraq Aristotel insanların şəxsi mülkiyyətinə böyük önəm vermişdir[41]. O, dövlətdə yaşayan azad insanları mülkiyyətlərinə görə siniflərə bölürdü. Bunlar da varlılar, orta təbəqəyoxsullar idilər[42]. Aristotelin bu fikirləri sonralar kommunist və başqa solçu təlimlərində istifadə edilmişdir. Orada təbəqələşmə burjua, ziyalıfəhlə-kəndli sinfi kimi verilmişdir. Bu bölgüdə Aristotel ən çox orta təbəqəyə əhəmiyyət verirdi. Çünki, varlılarla yoxsullar arasında davamlı ziddiyyətlər vardır. Ona görə də o, dövlətin sabitliyi üçün orta təbəqənin möhkəmlənməsini vacib bilirdi. Aristotel düşünürdü ki, dövlətdə yoxsulların sayı artmamalıdır, çünki belə olarsa sabitlik pozula bilər[43].

Aristotelə görə siyasət və ideal dövlət quruluşu

redaktə
 
Aristotelə görə siyasət və ideal dövlət quruluşu

"Arzuolunan", yaxud ideal dövlət quruluşu özünün ilkin mənası ilə "aristokratiya"dır ("yaxşıların idarəsi"). Burada sosial funksiyaların zümrələr üzrə diferensiasiyası (Platon) yaşa görə fərqləndirmə ilə əvəzlənir: ideal polisin vətəndaşları gənclikdə hərbi, qocalıqda isə bilavasitə siyasi ("məşvərətçi") funksiyaları yerinə yetirirlər, fiziki əmək (əkinçilik, sənətkarlıq) və ticarət qulların işidir; azad vətəndaşı fərqləndirən cəhət — estetik və əqli fəaliyyətdə evdemoniyanı reallaşdırmaq üçün gərəkli olan "asudə vaxtdır" (sxole). Aristotelə görə, quldarlıq "təbiətən" mövcuddur və polis strukturunda "qul — ağa" münasibəti ailədə "arvad — ər" münasibəti kimi zəruri elementdir; qullar qeyri-yunanlardan ("barbarlar"dan) olmalıdırlar. Aristotel "qızıl tənasüb" haqqında təlimdən çıxış edərək, real şəraitdə əksər polislər üçün ən asan həyata keçirilən politiyanı (oliqarxiya ilə demokratiyanın qarışığı) şərti-nümunəvi dövlət quruluşu kimi irəli sürür; burada kasıblarla varlıların qütbləşməsi təmin olunmuş orta təbəqənin üstünlüyü ilə aradan qaldırılır.

Aristotelə görə siyasət insanların dövlətdə öz həyatlarını yüksək səviyyədə qurmaq və yönləndirmək üçün istifadə etdikləri vasitədir. Onun məqsədi insanları xeyrə doğru yönəltməkdir[44]. Ancaq, insanların çoxlu əskiklikləri də vardır. Ona görə də siyasətin məqsədi onları tərbiələndirməkdir. Beləliklə, hər bir vətəndaş qanunlara və hakimiyyətə tabe olmalı, öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bu məqsədlə də dövlət cəmiyyətə uyğun olan siyasi quruluşu seçməlidir.

Siyasət elmi nemətlərin hamı üçün praktiki əlçatan olmasına çalışır, necə ki etika fərdi nemətlərə can atır. Aristotelə görə, fərdi və ümumi rifah üst-üstə düşür, lakin ümumi rifah dəyər prioritetinə malikdir ("daha ilahi" olduğundan); deməli, siyasət bütün digər elmlərin və sənətlərin məqsədəuyğunluğunu və statusunu müəyyənləşdirən "arxitektonik" elmdir. Ailə sosial təşkilatlanmanın ilkin formasıdır; ailələr kənd icmalarında, kənd icmaları isə vətəndaş icmasında, yaxud sosial təşkilatlanmanın ali forması olan şəhər-dövlətdə (polis) birləşirlər. Vətəndaş statusu siyasi və məhkəmə praktikasında iştirak etmək hüququ ilə müəyyənləşir. Polis "təbiətən" mövcuddur, insan da təbiəti etibarilə "polis heyvanı"dır, yəni tənha yaşamağı bacarmayan və təbii olaraq icmalar yaradan varlıqdır. Ailə arvadın və uşaqların ərə-ataya könüllü tabeliyinə əsaslandığı kimi, polis də idarəolunanların idarəedənlərə tabeliyinə əsaslanır. Düzgün idarəçilik formalarında, yaxud konstitusiyalarda (politiyalarda) idarəedənlər ümumi, qüsurlularda isə şəxsi rifah naminə idarə edirlər. Düzgün formalara monarxiya (bir nəfərin idarəsi), aristokratiya (bir neçənin idarəsi) və politiya (çoxların idarəsi) aiddir. Monarxiyanın qüsurlu forması — tiraniya, aristokratiyanınoliqarxiya, politiyanın — demokratiyadır. İdarəçilik formaları vətəndaşların vəzifələrə yol tapması şərtlərini müəyyənləşdirən dəyərlər sistemi ilə fərqlənir. Oliqarxiya — sərvət, aristokratiya — şücaət, demokratiya — azadlıq prinsiplərinə əsaslanır.

Aristotelə görə dövlətdə insanlar nemətlər əldə etmək üçün birləşirlər. Dövlət vətəndaşlara həddən artıq varlanmaq imkanı verməməlidir. Hər hansı bir şəxsin həddən artıq hakimiyyət əldə etməsinin də qarşısı alınmalıdır. Dövlət həm də kölələri öz tabeliyində saxlamalıdır. Varlı vətəndaşlardan fərqli olaraq kölələr və yoxsullar dövlət işlərində iştirak edə bilməzlər.

Onu da qeyd etmək lazımdır ki, Aristotelin dövlət və siyasət haqqında fikirləri yunanlara ünvanlanmışdır. Başqa millətləri o barbar hesab etmiş, onların kölə ruhlu olduqlarını iddia etmişdir[45]. O qeyd edirdi ki, əgər yunanlar obyektiv səbəblər üzündən yaşadığı yerlərdə məqsədəuyğun dövləti qura bilmirlərsə, onda onlar xarici qüvvələrə müraciət edə bilərlər. O, burada əsasən makedoniyalıları nəzərdə tuturdu. O düşünürdü ki, onların vasitəsilə İran məğlub edilməli və bu ərazilərdə yeni yunan dövlətləri yaranmalıdır. Bunu isə öyrəncisi Makedonlu İskəndər reallaşdırmışdır.

Dövlət quruluşu haqqında

redaktə

Aristotelə görə bir necə dövlət quruluşu vardır. Onlar düzənli (nizamlı) və düzənsiz (nizamsız) olmaqla iki yerə bölünürlər.

Düzənli quruluşlar:

  1. Monarxiya bir adamın (kralın) hakimiyyəti;
  2. Aristokratiya yüksək imtiyazlı siniflərin hakimiyyətidir. Burada tək adamın deyil, azlığın hakimiyyəti həyata keçirilir.
  3. Politiya çoxluğun maraqlarını əks etdirən çoxluğun hakimiyyətidir, bu həm də mötədil demokratiyadır. Bu idarəetmə sistemi çox az millətlərdə ola bilər. Orada hər şey (əxlaq, rifah və s.) mötədildir, hədlər aşılmır, aşırılıqlara yol verilmir[46].

Düzənsiz quruluşlar:

  1. Tiraniya belə bir monarxiya quruluşudur ki, orada bir nəfər hakimiyyəti öz şəxsi maraqları üçün istifadə edir.
  2. Oliqarxiya öz maraqlarını güdən imtiyazlı siniflərdən olan azlığın hakimiyyətidir.
  3. Demokratiya isə cəmiyyətdə çoxluqda olan yoxsulların və azad vətəndaşların hakimiyyətidir. Bununla belə, demokratiya başqa düzənsiz hakimiyyətlərin arasında ən yaxşısıdır.[47]

Düzənsiz quruluşlarda hakimiyyəti əldə etmişlər öz şəxsi maraqlarını güdürlər.

Monarxiyadan yayınma tiraniyaya, aristokratidan yayınma oliqarxiyaya, polisiyadan yayınma demokratiyaya, demokratiyayadan yayınma isə oklokratiyaya gətirib çıxardır. Oklokratiya isə demokratiyanın aşırı formasıdır. Bu quruluşda boşboğazların (demaqoqların) idarə etdiyi kütlə öz istəyi və nəfsinə uyğun olaraq hakimiyyət qurur[48]. Bu kimi quruluş əsasən ölkələrdə qarışıqlıq zamanı ortaya çıxır.

Təsiri

redaktə
 
Aristotel ərəbdilli əlyazmada. XIII yüzillik

Aristotelin fəlsəfi irsi bəşəriyyətin düşüncə tarixində çox böyük izlər buraxmışdır. Ellinizm və Roma dövrləri, sonra isə orta əsrlər boyu filosoflar və alimlər Aristotelin əsərlərindən bəhrələnmiş, öz dünyagörüşlərini formalaşdırmışlar. Peripatetiklər adlanan bu filosoflar onun fəlsəfi irsinə müraciət edərək onu inkişaf etdirmişdirlər.

Aristotelin təliminin əsasında Tomas Akvinas "Tomizm" katolik kilsəsinin fəlsəfəsini yaratmışdır. Ümumiyyətlə Avropanın Dirçəliş dövrünə qədəm qoymasında Aristotel irsinin əhəmiyyəti böyük olmuşdur.

Əl-Fərabi, İbn Rüşd kimi orta əsr müsəlman filosofları da Aristotelin irsindən geniş istifadə etmiş, onlara şərhlər yazmışdırlar. Onlar Şərq peripatetizminin əsaslarını qoymuşdurlar.

Əsərləri

redaktə

Aristotel qədim dünyanın ən böyük filosoflarından biri olmuşdur. Onun elmi fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsi ən parlaq dövrlərini yaşaya bilmişdir. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilmişdir; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazmışdır.

Bu kitablar bütün dünyada tanınmış və sonrakı dövrlərdə elmin inkişafında misilsiz rol oynamışdırlar. Ümumiyyətlə, Aristotel bəşəriyyət tarixində ilk insandır ki, elmlərə sistemli yanaşmış və onların təsnifatını vermişdir.

Aristotelin çoxlu əsərləri zamanımıza gəlib çatmışdır. Bundan başqa Aristotelin fəlsəfi düşüncələri onun öyrəncilərinin və başqa yazarların əsərlərində də verilmişdir. Bir sıra tədqiqatçılar ehtimal edirlər ki, onun müəllifliyi ilə tanınan bəzi əsərlər ola bilsin Aristotelin deyil, başqa müəlliflər tərəfindən yazılmışdır.

Əsərlərin siyahısı

redaktə

Məntiq (Orqanon)

  • Kateqoriyalar / Κατηγοριῶν / Categoriae
  • Yorumlamaq haqqında / Περὶ ἑρμηνείας / De interpretatione
  • İlk analitika / ἀναλυτικά πρότερα / Analytica priora
  • Sonrakı analitika / ἀναλυτικά ὑστερα / Analytica posteriora
  • Topika / Τοπικῶν / Topica
  • Sofistlərin təkzib edilməsi / Περὶ τῶν σοφιστικῶν ἐλέγχων / De sophisticis elenchis

Təbiət haqqında

  • Fizika / Φυσικὴ ἀκρόασις / Physica
  • Göy haqqında / Περὶ οὐρανοῦ / De caelo
  • Yaranma və məhv olma haqqında / Περὶ γενέσεως καὶ φθορᾶς / De generatione et corruptione
  • Meteorologiya / Τα μετεωρολογικά / Meteorologica
  • Ruh haqqında / Περὶ ψυχῆς / De anima
  • Təbiət haqqında / Parva naturalia ("Малые сочинения о природе", цикл из 7 небольших трудов)
  • Heyvanat aləminin tarixi / Περὶ τὰ ζὼα ἱστορίαι / Historia animalium
  • Heyvanların hissələri haqqında / Περὶ ζῴων μορίων / De partibus animalium
  • Heyvanların hərəkəti haqqında / Περὶ ζῴων κινήσεως / De motu animalium
  • Heyvanların hərəkət üsulları haqqında / Περὶ ζῴων πορείας / De incessu animalium
  • Heyvanların yaranması haqqında / Περὶ ζῴων γενέσεως / De generatione animalium

Metafizika

  • Metafizika / Μετὰ τὰ φυσικά / Metaphysica

Etika və siyasət

  • Nikomaxus əxlaqı / Ἠθικὰ Νικομάχεια / Ethica Nicomachea
  • Evdem əxlaqı / Ἠθικὰ Εὐδήμεια / Ethica Eudemia
  • Politika / Πολιτικά /Politica

Azərbaycan dilinə tərcümələri

redaktə
  • Aristotel. Poetika /tərc. ed., ön söz və şərhlərin müəl. A. Aslanov.- B.: Şərq-Qərb , 2006.-120Qərn

Türk dilinə tərcümələri

redaktə
  • Aristoteles, Eudemos’a Etik, (Çev., S. Babür), Dost Kitabevi Yayınları, Ankara, 1999.
  • Aristoteles, Fizik, (Çev., S. Babür) 2. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001.
  • Aristoteles, Gökyüzü Üzerine, (Çev., S. Babür) 1. Baskı, Dost Kitabevi Yayınları, Ankara, 1997.
  • Aristoteles, İkinci Çözümlemeler, (Çev., A. Houshiary), Yapı Kredi Yayınları, İstanbul, 2005.
  • Aristoteles, Kategoriler, (Çev., S. Babür) 2. Baskı, İmge Kitabevi Yayınları, Ankara, 2002.
  • Aristoteles, Nikomakhos’a Etik, (Çev., S. Babür), Kebikeç Yayınları, Ankara, 2005.
  • Aristoteles, Poietika (şiir sanatı üzerine), (Çev., N. Kalaycı), Bilim ve Sanat Yayınları, Ankara, 2005.
  • Aristoteles, Yorum Üzerine, (Çev., S. Babür) 2. Baskı, İmge Kitabevi Yayınları, Ankara, 2002.
  • Aristoteles, Atinalıların Devleti, (Çev., F. Akderin) 1. Baskı, Alfa Yayınları, İstanbul 2005.
  • Aristoteles, Poetika,(Çev.Yılmaz Onay), Mitos-Boyut Yayınları, İstanbul 2008.
  • Aristoteles , Peri Poetika -Şiir Sanatı, Çeviren: Murat Temelli, ARK KİTAPLARI, İstanbul,2011

Xatirəsi

redaktə
  1. Saloniki şəhərində universitet;
  2. Saloniki şəhərində bir meydan;
  3. Aristoteliya bitkisi;
  4. Ayda krater;
  5. Asteroid (6123 Aristoteles).

Aristotelin adını daşıyırlar.

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 Aristotle.
  2. 1 2 3 Aristotle.
  3. 1 2 3 4 Лосев А. Ф., Лосев А. Ф. Аристотель // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  4. 1 2 3 4 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
  5. Arithmetizations of Syllogistic à la Leibniz (ing.). 2012.
  6. Isocrates and Aristotle on Rhetoric (ing.).
  7. Любкер Ф. Theophrastus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1375.
  8. Аристоксен (rus.). // Анрио — Атоксил 1926. Т. 3. С. 326.
  9. Любкер Ф. Eudemus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 500.
  10. Э. Р. Эвдем Родосский (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XL. С. 127.
  11. https://vk.com/doc18066328_459853124 Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904, Bakı (s.8)
  12. https://vk.com/doc18066328_462261043 Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), 1909, Bakı (s.13)
  13. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 19–22.
  14. Асмус В. Ф. Античная философия Arxivləşdirilib 2020-07-19 at the Wayback Machine. М.: Высшая школа, 1976, s. 267–268.
  15. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 90–92.
  16. Физика // Аристотель. Сочинения в четырех томах / Том 3 Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. Перевод В. П. Карпова: М. Мысль, 1981, s. 372.
  17. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 166.
  18. Физика // Аристотель. Сочинения в четырех томах / Том 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine Перевод В. П. Карпова: М. Мысль, 1981, s. 430–431.
  19. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 154.
  20. Aristotle. Organon / Translated by Octavius Freire Owen. London: Henry G. Bohn. 1853, pp. 5–6.
  21. Aristotle. Prior Analytics Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine / Translated by H. Tredennick. London: William Heinemann LTD, 1949, pp. 199–201.
  22. Топика / Перевод М. И. Иткина // Аристотель. Сочинения в 4 томах. Т.2 Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Мысль, 1978, s. 550–562.
  23. Топика / Перевод М. И. Иткина // Аристотель. Сочинения в 4 томах. Т.2. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine М.: Мысль, 1978, s. 349–350.
  24. Топика / Перевод М. И. Иткина // Аристотель. Сочинения в 4 томах. Т.2. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine М.: Мысль, 1978, s. 363–364.
  25. О душе / Перевод П. С. Попова // Аристотель. Сочинения в 4-х томах. Т. 1.: Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine Мысль, 1976, s. 131–135.
  26. О душе / Перевод П. С. Попова // Аристотель. Сочинения в 4-х томах. Т. 1. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1976, s. 145–147.
  27. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, pp. 265–267.
  28. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, pp. 121–123.
  29. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, pp. 56–57.
  30. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, pp. 74–79.
  31. Асмус В.Ф. Античная философия Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine. М.: Высшая школа, 1976, s. 305–308.
  32. Метеорологика / Перевод Н. В. Брагинской // Аристотель. Сочинения в 4 томах. Т. 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1981, s. 444.
  33. Метеорологика / Перевод Н. В. Брагинской // Аристотель. Сочинения в 4 томах. Т. 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1981, s. 448.
  34. О небе / Перевод А. В. Лебедева // Аристотель. Сочинения в 4-х томах. Т. 3 Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine.: Мысль, 1981, s. 272.
  35. О небе / Перевод А. В. Лебедева // Аристотель. Сочинения в 4-х томах. Т. 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1981, s. 284.
  36. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 414.
  37. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, p. 308.
  38. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910, p. 378.
  39. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 380.
  40. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 591.
  41. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 605.
  42. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 511.
  43. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 529.
  44. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 590–591.
  45. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 475.
  46. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 502–503.
  47. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 457.
  48. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine: Мысль, 1983, s. 496–497.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 82-96. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. — 116s.
  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi — fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 82-96. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
  • Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.
  • "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.604.
  • Politologiya. İzahlı lüğət. Bakı,2007, səh.15.
  • Ackrill, J. L. (1981). Aristotle the Philosopher. Oxford and New York: Oxford University Press.
  • Aristotle (1908–1952). The Works of Aristotle Translated into English Under the Editorship of W. D. Ross, 12 vols. Oxford: Clarendon Press.
  • Bolotin, David (1998). An Approach to Aristotle's Physics: With Particular Attention to the Role of His Manner of Writing. Albany: SUNY Press. 
  • Chappell, V. (1973). Aristotle's Conception of Matter, Journal of Philosophy 70: 679–696.
  • Halper, Edward C. (2005). One and Many in Aristotle's Metaphysics, Volume 2: The Central Books, Parmenides Publishing
  • Jaeger, Werner (1948). Robinson, Richard, ed. Aristotle: Fundamentals of the History of His Development (2nd ed.). Oxford: Clarendon Press.
  • Kiernan, Thomas P., ed. (1962). Aristotle Dictionary. New York: Philosophical Library.
  • Rose, Lynn E. (1968). Aristotle's Syllogistic. Springfield: Charles C Thomas Publisher.
  • Александров Г. Ф. Аристотель (философские и социально-политические взгляды). — М., 1940.
  • Зубов В. П. Аристотель: Человек. Наука. Судьба наследия. ("Научно-биографическая серия"). — М.: Изд-во АН. 1963. — 368 стр. — 25 000 экз.
  • Чанышев А. Н. Аристотель. — М.: Мысль, 1981. — 200 с. — (Мыслители прошлого). — 80 000 экз.
  • Лосев А. Ф., Тахо-Годи А. А. Аристотель: Жизнь и смысл. (Серия "Люди. Время. Идеи"). М.: — Дет. лит., 1982. 286 стр. 75000 экз.
  • Фохт Б. А. Lexicon Aristotelicum (Пособие для изучения Аристотеля как в подлиннике, так и в русском переводе). Краткий лексикон важнейших философских терминов, встречающихся в произведениях Аристотеля. Публ. и предисл. М. А. Солоповой // Историко-философский ежегодник-97. — М.: Наука, 1999. С. 39–74.
  • Орлов Е. В. Философский язык Аристотеля: Монография / отв. ред. В. П. Горан; Рос. акад. наук, Сиб. отд-ние, Ин-т философии и права. — Новосибирск: Изд-во СО РАН, 2011. — 317 с. ISBN 978-5-7692-1174-4.

Xarici keçidlər

redaktə